«İnfrastruktur» məfhumu iqtisadi təhlildə ilk dəfə silahlı qüvvələrin həyat qabiliyyətini təmin edən obyekt və qurğuları göstərmək üçün istifadə olunmuşdur (XX əsrin əvvəli). «İnfrastruktur» məfhumu latın sözləri infra - aşağı, altında; structura -tikili, yerləşmədən əmələ gəlib. Məfhumdan geniş istifadə olunmasına baxmayaraq, o, müxtəlif cür şərh olunur. Bir qrup müəlliflər infrastrukturun əsas vəzifəsinin istehsala və əhaliyə xidmət etmək, qulluq göstərmək olduğunu hesab edərək, infrastrukturu bütün xidmət sistemi kimi təyin edir. Digərləri infrastrukturu yalnız sənayeyə xidmət sistemi kimi başa düşür, onun təyinatını istehsal üçün ümumi şəraitin yaradılmasında, əsas istehsalın fəaliyyətinin təmin edil«İnfrastruktur» məfhumu iqtisadi təhlildə ilk dəfə silahlı qüvvələrin həyat qabiliyyətini təmin edən obyekt və qurğuları göstərmək üçün istifadə olunmuşdur (XX əsrin əvvəli). «İnfrastruktur» məfhumu latın sözləri infra - aşağı, altında; structura -tikili, yerləşmədən əmələ gəlib. Məfhumdan geniş istifadə olunmasına baxmayaraq, o, müxtəlif cür şərh olunur. Bir qrup müəlliflər infrastrukturun əsas vəzifəsinin istehsala və əhaliyə xidmət etmək, qulluq göstərmək olduğunu hesab edərək, infrastrukturu bütün xidmət sistemi kimi təyin edir. Digərləri infrastrukturu yalnız sənayeyə xidmət sistemi kimi başa düşür, onun təyinatını istehsal üçün ümumi şəraitin yaradılmasında, əsas istehsalın fəaliyyətinin təmin edilməsində görürlər. Belə bir baxış da mövcuddur ki, infrastruktur sənaye müəssisələrinin uğurlu fəaliyyəti üçün lazımi maddi-texniki bazanı təmin edən obyekt və qurğular şəklində olan yığılmış maddi sərvətdir ki, milli sərvətin bir hissəsi kimi maneəsiz fəaliyyət sahəsini təmin etməlidir. XX əsrin 40-cı illərində Qərbdə infrastruktur məfhumu altında maddi istehsala xidmət edən sahələrin məcmusunu başa düşməyə başladılar. Bizim iqtisadiyyatda bu problem 70-ci illərdə fəal nəzərdən keçirilməyə başladı. infrastruktur istənilən bütöv sistemin zəruri tərkib . hissəsidir. O iqtisadi və ya siyasi həyatın ümumi quruluşunun tabeli, köməkçi səciyyəsi olub, iqtisadi və ya siyasi sistemin bütövlükdə normal təsərrüfat fəaliyyətini təmin edən tərkib hissəsidir. İnfrastrukturun, ictimai istehsalın nisbətən müstəqil sahəsi kimi formalaşması prosesi ictimai əmək bölgüsü ilə bağlı olan bir sıra mərhələlərdən keçib. Belə ki, sənətkarlığın əkinçilikdən ayrılması və ya ikinci ictimai əmək bölgüsü şəhərləri meydana gətirməklə şəhər və kənd arasında əmtəə mübadiləsini gücləndirdi ki, bu da infrastruktur obyektləri- in inkişafına səbəb olurdu. Cəmiyyətdə üçüncü iri əmək bölgüsü - ticarətin əkinçilik və sənayedən ayrılması - təsərrüfat dövriyyəsinə yeni ərazilər cəlb olunması hesabına məhsul mübadiləsinin artımına daha da rəvac verdi, bu da öz növbəsində infrastruktur sahəsinin genişlənməsini zəruri etdi. Hazırda istehsala xidmət göstərən istehsal infrastrukturunu (nəqliyyat, rabitə, topdansatış ticarəti və s.), fəaliyyəti şəxsi tələbatların ödənilməsinə, əhalinin həyat fəaliyyətinin və intellektual inkişafının təmin edilməsinə yönümlənmiş xidmət sahəsi obyektlərinin (əhaliyə xidmət edən nəqliyyat və rabitə, təhsil, səhiyyə, sosial təminat və s.) cəmindən ibarət sosial infrastrukturu, həmçinin bazar infrastrukturunu fərqləndirirlər. İstehsal infrastrukturu məsələsi nəzərdən keçirilərkən qeyd olunmalıdır ki, o hər hansı bir məhsulu istehsal etmir, yalnız onun istehsalı üçün zəruri şərtləri yaradır.İqtisadiyyatın infrastruktur elementləri iqtisadiyyatın infrastruktura həvalə etdiyi Özünəməxsus funksiyaların nəticəsidir. Zaman keçdikcə bu funksiyalar dəyişir və get-gedə əsas istehsaldan ayrılırlar. Buna görə də, istehsalat infrastrukturunun ilkin əlamətləri kimi onun istehsal prosesini təmin etməkdən ibarət olan funksiyaları çıxış edir.İnfrastruktur müəssisələrinin təsərrüfat fəaliyyətinin xüsusiyyəti budur ki, onların fəaliyyətinin nəticələrini ehtiyat kimi saxlamaq və ya anbara vurmaq mümkün deyil, çünki o daşıma, qoruma, informasiya ötürmə və s. şəklində təzahür edir. İnfrastrukturu yardımçı və ya ikinci dərəcəli sahə kimi səciyyələndirmək olmaz.İnfrastrukturun yeni növü bazar infrastrukturudur. Bazar mexanizmi inkişaf etdikcə, ölkə iqtisadiyyatında tələb və təklifi əks etdirən təşkil olunmuş sistemin ixtisaslaşmış fəaliyyət növündən ayrı-ayrı bazarın tələbatlarım ödəməyə qədər tələbatları ödəmək üzrə ixtisaslaşmış fəaliyyət növünə zərurət yaranır. Bazarın yaranması onun sivil fəaliyyətini təmin edən yeni təşkilatların, qurumların yaranmasını şərtləndirdi.