MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə20/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   16   17   18   19   20   21   22   23   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

3.5. Bazarın təsnifatı
Bazarın inkişaf tarixi onun aşağıdakı növlərini fərqlən­dirməyə imkan verir: inkişaf etməmiş, azad, tənzimlənən və deformasiya edilmiş.
İnkişaf etməmiş bazarda bazar münasibətləri təsadüfi, əsasən əmtəə (barter) səciyyəlidir. Lakin burada da artıq ba­zar müəyyən rol oynayır, cəmiyyət üzvlərinin təbəqələşməsi­nə rəvac verir, bu və ya digər əmtəənin istehsalına marağı gücləndirir.
Azad (klassik) bazar səciyyələnir:

  • qeyri-məhdud sayda iştirakçı və onlar arasında azad rəqabətlə;

  • bütün cəmiyyət üzvlərinin istənilən təsərrüfat sahəsi­nə tam azad daxil ola bilməsi ilə;

  • istehsal amillərinin tam səfərbərliyi ilə; kapitalın məh­dudiyyətsiz azad hərəkəti ilə;

  • iştirakçının hər birində bazar haqqında tam dolğun in­formasiyanın (gəlir norması, tələb, təklif və s. haqqında) ol­ması ilə. Bazar subyektlərinin səmərəli davranış prinsipini (gəlirin artması hesabına fərdi rifah halını optimallaşdır- maq; baha satıb ucuz almaq) informasiyasız həyata keçirmək mümkün deyil;

  • eyniadlı əmtəələrin mütləq eyniliyi (ticarət markaları­nın olmaması və s);

  • azad rəqabət iştirakçılarından heç birinin digərinə qey­ri-iqtisadi metodlarla təsir edə bilməməsi;

  • azad rəqabətin gedişində qiymətlərin kortəbii müəy­yənləşməsi;

  • inhisarçı (bir istehsalçı), monopsoniya (bir alıcı) və döv­lət tənzimləməsinin olmaması ilə.

Azad bazarın üstünlüyü ondadır ki, o özütənzimləmə me­xanizmi əsasında fəaliyyət göstərir, insana tərəf dönür, tələb əsasında qiymətlər vasitəsilə istehsala kapital qoyulu­şunu istiqamətləndirir. Azad bazar mexanizmi öncədən defi- sitsiz bazar mexanizmidir və bunları təmin edir: cəmiyyətdə resursların səmərəli bölüşdürülməsi; çeviklik və dəyişən şərtlərə yüksək uyğunluq; bazar subyektlərinin seçim və fəaliyyət azadlığı; ETT-nin nailiyyətlərindən maksimum isti­fadə; ən müxtəlif tələbatları ödəyə bilmək qabiliyyətini; əm­təə və xidmətlərin keyfiyyətinin artmasını; pozulmuş tarazlığın nisbətən tez bərpasını. Belə təəssürat yaranır ki, bazar sanki avtomatik fəaliyyət göstərir, həqiqətdə isə tən­zimləmə burada sınaqlar və səhvlər metodu ilə aparılır.
Lakin azad bazarın ciddi çatışmazlıqları da var.

  1. Azad bazar əhalinin həyat səviyyəsinin təbəqələşməsi­nə gətirir ki, bu da bir o qədər də pis deyil, çünki əməyə cid­di motivləri təmin edir. Pis odur ki, o kasıblara qarşı sərt və etinasızdır, əhalinin sosial «müdafiəsini» təmin etmir. Azad bazarın sosial nəticələri işsizlik, müflisləşmə, əhalinin ayrı-ayrı qruplarının kasıblığıdır. Ümumbəşəri mövqedən ba­zar bölgüsü ədalətsizdir, çünki hamıya minimum yaşayış sə­viyyəsini təmin etmir. Deməli, sosial problemlərin həlli üçün dövlətin müdaxiləsi zəruridir.

Bazarda bölgü əldə olunan gəlir əsasında həyata keçirilir. Bazar münasibətləri mövqeyindən, azad rəqabət zəminində əldə olunan istənilən gəlir ədalətlidir. Bu gəliri əldə etməyə qabil olmayanlar isə (sağlamlığına, qocalığına və s. görə) dilənçi vəziyyətinə düşməlidirlər.
Bazar cəmiyyətin bütün üzvlərinin əmək hüququnu təmin etmək iqtidarında deyil. Yalnız iş qüvvəsinə tələbatı olanlar işə düzələ bilirlər. Azad bazar əhalinin tam məşğulluğuna və qiymətlərin sabit səviyyədə qalmasına təminat vermir.

  1. Azad rəqabət mexanizmi iqtisadiyyatı istehsalın inki­şafı üçün lazımi qədər pulla təmin etmir. Pul çatışmazlığı olur. Emissiya problemini dövlət bankı qismində dövlət öz üzərinə götürür.

  2. Azad rəqabətçilərin fəaliyyəti çox vaxt arzuolunmaz nəticələrə gətirir, məsələn, ətraf mühitin çirkləndirilməsi, ərzaq məhsullarının pestisidlərlə və başqa zərərli maddələrlə zəhərlənməsi, narkomanlığın, alkoqolizmin yayılması və s. Beləliklə, azad bazar çox vaxt qəbul olunan qərarların müm­kün olan mənfi nəticələrinə göz yumur, həmçinin bərpaolun- maz resursların qorunmasına rəvac vermir.

  3. Azad bazar kollektiv istifadə üçün əmtəə və xidmətlə­rin istehsalına həvəs yaratmır, cəmiyyəti hər bir adamın eh­tiyac duyduğu və heç kimin mənfəət əldə etmədiyi (müdafiə, dövlətin idarə edilməsi, təbiətin mühafizəsi və s.) xidmətlər­lə təmin etmək iqtidarında deyil.

  4. Bazar fundamental tədqiqatlar üçün təsirli maraq ya­ratmır. O hazırda mövcud olan elmi-texniki nailiyyətləri rea­lizə edir, lakin elm və texnikada fundamental tədqiqatlar aparmaq üçün vəsait ayırmır, halbuki cəmiyyətin uzaq pers­pektivdə inkişafı üçün onlar olduqca zəruridir.

  5. Azad bazar zəminində fəaliyyət göstərən iqtisadiyyat müvafiq resession (istehsalın artım tempinin tənəzzül və ya sürətin aşağı düşməsi) və inflyasiya prosesləri qeyri-sabit inkişafa məruz qalır.

  6. Bazar cəmiyyət üçün vacib olan, lakin yalnız kommer­siya kateqoriyalarına tabe ola bilməyəcək fəaliyyət növlərinə (səhiyyə, təhsil, elm, mədəniyyət, vahid nəqliyyat sistemi, zərər gətirən istehsal) şamil edilmir.

Azad bazar - abstraksiyadır: hazırda, elə keçmişdə də (müxtəlif dərəcədə), bazar tənzimlənəndir, çünki heç bir dövlətçilik azad bazarın şərtlərinə cavab vermir.
Hazırda bizdə çoxları hesab edir ki, bazar iqtisadiyyatına keçid azad bazarın formalaşması deməkdir, çünki yalnız azad bazar insanların təşəbbüsü və işgüzar fəallığını tam sər­bəstləşdirər, həyatlarını yaxşılaşdırar. Əslində isə tam azad­lıq yoxdur və ola da bilməz. Hələ N.l.Buxarin qeyd edirdi ki, təsərrüfatçılıq edən subyekt özünün motivlərində və fəa­liyyətində ictimai mühitdən asılıdır, Q.V.Plexanov isə vur- ğulayırdı ki, təsərrüfat fəaliyyəti azadlığı özü-özlüyündə deyil, iqtisadi qanunları dərketmənin nəticəsi kimi mövcud­dur və onlara tabe olmaq və obyektiv qarşılıqlı əlaqələrə mü­vafiq olaraq öz fəaliyyətini qurmaq bacarığından ibarətdir.

  1. Helbreyt bildirir ki, bu gün Adam Smit dövrünün azad ba­zarı ola bilməz və buna çağıran şəxs klinik xarakterli psixi xəstədir.

Beləliklə, tam iqtisadi azadlıq mümkün deyil,*lakin iqti­sadiyyatın sürətli inkişafı üçün kifayət edən və normal, si­vil, tənzimlənən bazarın fəaliyyəti ilə təmin olunan iqtisadi azadlıq olmalıdır.

Bazarın obyektləri:




  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin