Bazarı təsərrüfatçı subyektlər arasında ictimai əlaqələr sistemi və ya tipi kimi də nəzərdən keçirirlər5. Bildiyimiz kimi, iki növ təsərrüfat əlaqələri mövcuddur:
natural-əşya, təmənnasız, tələbatların həcmi və quruluşuna müvafiq;
əmtəə, bazar vasitəsilə həyata keçirilən.
İkinci növ münasibətlərin səciyyəvi xüsusiyyətləri bunlardır: mübadilə aparan tərəflərin qarşılıqlı razılaşmaları, ekvivalent əvəzləmə, sərbəst tərəfdaş seçimi, rəqabət. Əmtəə (bazar) əlaqələri yalnız əmtəə və xidmətlərin azad alqı-satqısı əsasında mümkündür. Bilavasitə məhdud fondlaşdırma, kar- toçkalardan istifadə və başqa məhdudiyyətlər (səyyar ticarət şəklində və s.) bazar əlaqələrinin deformasiyasını göstərir. Məhdud fondlaşdırma və ya kartoçkalar üzrə bölgü, formal alqı-satqı aktları ilə müşayiət olunsa da, formasına görə birinci növ təsərrüfat əlaqələrinə daha yaxındır. Buradan da, bazarın təsərrüfatçı sistemlər arasında rəqabət formalı əlaqələr kimi dərki daha ədalətli olar.
Bazar vasitəsilə həyata keçirilən əmtəə münasibətlərində yalnız birbaşa (istehsal - bazar - istehlakçı) təsərrüfat əlaqələri deyil, dolayı (istehlakçı - bazar - istehsal) əlaqələr də mühüm rol oynayırlar.
3.4. Bazarın mahiyyəti. İqtisadi sistemdə funksiyaları və rolu Bazar iqtisadi kateqoriyadır və iqtisadi kateqoriya kimi mübadilə, tədavül, ticarət, ticarət xidmətləri ilə sıx bağlıdır. Bazarın təriflərinin təhlilindən məlumdur ki, o mübadilə və əmtəə təsərrüfatını yaratmış şərtlərin təbii-tarixi inkişafının nəticəsi olub. Bazar 6-7 min il əvvəl yaranıb, inkişaf edib və hal-hazırda da inkişaf edir. O sivilizasiyanın nəticəsidir. Bəs bazarla bağlı kateqoriyaların vəhdəti və fərqləri nədədir? Mübadiləni iki tərəfdən nəzərdən keçirmək olar: əmtəə və xidmətlərin hərəkəti prosesi, bir növ maddələrin ictimai mübadiləsi kimi; bu mübadilə zamanı fərdlərin girdiyi müəyyən ictimai münasibətlərin yaradılmasıdır. iqtisadi kateqoriya kimi mübadilə ikinci tərəfi də ifadə edir, yəni öz istehlakı üçün deyil, başqaları üçün, ictimai tələbatları ödəmək üçün əldə olunmuş əmək nəticələrinin hərəkətinə nəzərən istehsalçı və istehlakçı kimi çıxış edən insanlar arasındakı iqtisadi əlaqələri təmsil edir. Məhz mübadilə nəticəsində pərakəndə, təsərrüfatca təcrid olunmuş əmtəə istehsalçıları və istehlakçılar təmasda olurlar.