Əmtəə və xidmətlərbazarı. Buraya əsasən müxtəlif ərzaq məhsulları, şəxsi istehlak malları, məişət, kommunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.
İstehsal vasitələri bazarı. Buraya istehsal proseslərini həyata keçirtmək üçün lazım olan əmək cisimləri və əmək vasitələri, habelə onların tərkibindəki bütün kompleks şeylər daxildir. Daşınmaz əmlak, əmək alətləri, xammal və materiallar, energetika resursları, faydalı qazıntılar da buraya aiddir. Bu bazara bəzən istehsal amilləri bazarı da deyilir.
İş qüvvəsi bazarı. Buraya sərbəst surətdə sövdələşmələr nəticəsində (müqavilələr üzrə) iş qüvvəsinin alqı-satqısı (muzdla tutulması) daxildir.
Elmi-texniki tədqiqatlar bazarına hazır iş variantları, innovasiya, kəşflər, patentlər, texnoloji üsulların təkmilləşdirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərə bilən elmi-texniki ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiqləyən rəsmi sənədlərin, lisenziyaların alqı-satqısı daxildir.
Valyuta, qiymətli kağızlar (maliyyə) bazarına müxtəlif ölkə valyutalarının, səhmlərinin, istiqrazlarının, çeklərin, akkredittivlərin, veksillərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.
Mənzil bazarı mülklərin, bağ evlərinin, özəlləşdirilmiş mənzillərin sərbəst surətdə alınıb-satılmasını əhatə edir.
Torpaq bazarı müxtəlif torpaq sahələrinin icarəsi və alqı-satqısını əhatə edir.
İnformasiya məhsulları bazarı,
Mövzu 4. Bazar quruluşu və infrastrukturu
4.1. Bazar quruluşunun mahiyyəti
4.2. Bazar sisteminin çoxmeyarlılıq xarakteri
4.3. Bazar infrastrukturunun mahiyyəti
4.4. Bazar infrastrukturunun yaranması və əsas elementləri
4.5. Birjalar və bazar iqtisadiyyatında onların rolu
Dostları ilə paylaş: |