MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə19/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   15   16   17   18   19   20   21   22   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Geniş mənada mübadiləni - bu fəaliyyət, xidmət, təcrü­bə, nəticə və s. mübadiləsini və dar mənada - yalnız əməyin nəticələri və ya məhsul mübadiləsini fərqləndirmək lazımdır. Əmtəə təsərrüfatı şəraitində sonuncusu əmtəə mübadiləsi (Ə- Ə) formasını alır.
Əmtəə tədavülü - daha inkişaf etmiş əmtəə mübadiləsi formasıdır. Bu qarşılıqlı əvəzləmə və ekvivalentlik, prosesin iştirakçılarının qarşılıqlı razılığı əsasında pul vasitəsilə (Ə- P-Ə) həyata keçirilən əmtəə mübadiləsidir.
Ticarət - bu insanların əmtəə mübadiləsi və alqı-satqı aktlarının həyata keçirilməsi üzrə fəaliyyətidir. Əmtəə sa­hiblərinin ticarət razılaşmaları - satış (əmtəənin pula dəyiş­dirilməsi) və alışdır (pulun əmtəəyə dəyişdirilməsi); hər iki aktın vəhdəti və belə razılaşmaların əldə olunması ticarət fəaliyyətinin mahiyyətini təşkil edir.
Ticarət xidmətləri - əmtəələrin alqı-satqısını həyata ke­çirən insanların vasitəçilik fəaliyyəti münasibətləridir. Əm­təələrin (xalis formada) alqı-satqı əməliyyatlarının məhsul (sırf özünü) yaratmaması və buna görə də ictimai tələbatı əmtəəni əşya kimi deyil, fəaliyyətin Özü kimi Ödəməsi bu fəaliyyəti xidmət adlandırmağa əsas verir. Ticarət fəaliyyəti­nin əmtəə istehsalçısından (ona əmtəəsinin realizə edilmə­sində, həmin əmtəənin istehsalına çəkilən xərclərinin daha tez və sərfəli ödənilməsində xidmət göstərilir) və istehlakçı­dan (ona ödəniş qabiliyyətinin imkan verdiyi tələbatlarını ödəməkdə xidmət göstərilir) təcrid olunması əsas və əlavələ­rə bölünə biləcək ticarət xidmətlərinin meydana gəlməsinin digər mühüm səbəbidir.
Əsas ticarət xidmətlərinə aşağıdakı ticarət əməliyyatları aiddir: ticarətçilər tərəfindən alıcılıq tələbatının, əmtəə mənbələrinin öyrənilməsi, reklam, müxtəlif sərgilərin təşki­li, təsərrüfat müqavilələrinin, ayrı-ayrı sazişlərin bağlanma­sı, əmtəənin göstərilməsi, ixtisaslaşdırılmış məsləhətlərin verilməsi, əmtəənin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması; əmtəənin reallaşdırılması ilə bağlı pulların qə­bulu, verilməsi və saxlanılması, müxtəlif sənədlərin tərtiba­tı, əmtəə kütləsinin hərəkətinin uçotu və ona nəzarət və bir çox başqaları.
Əlavə ticarət xidmətlərinə istehsal prosesinin tədavül sahəsində (daşınma, qablama, saxlama və s.) davamı ilə bağlı xidmətlər aiddir ki, bu da istehsalın tədavül sahəsindən tam ayrılması ilə şərtlənir.
Tədavül sahəsində maliyyə və kredit sistemi xidmətləri də var ki, bunlar dəyərin pul şəklində müstəqil hərəkət tələbatını ödəyirlər və sözün əsl mənasında ticarət xidməti deyillər.
Ticarət xidmətləri haqqında belə təsəvvür K.Marksın me­todologiyası, hələ qədim dövrlərdən məlum ticarət kapitalı mahiyyətinin onun tərəfindən edilmiş təhlili əsasında yaran­mışdır.
Bazar ictimai əməyin bölgüsünün dərinləşməsinə və iqti­sadiyyatda inteqrasiya proseslərinin artmasına rəvac verir. Bu funksiya hazırda Rusiya üçün zəruridir və respublikalar və regionlar arasında vahid ümumrusiya bazarının fəaliyyət göstərməsi üçün şərait yaradılması üzrə iqtisadi sazişlər bağ­lanılmasının xeyrinə mühüm amil ola bilər.
Tənzimləyici funksiya iqtisadiyyatın bütün sahələrinə bazarın təsirini nəzərdə tutur və çeşid quruluşunda istehsal və istehlakın razılaşdırılması; tələb və təklifin qiymətə, həc­mə və quruluşa görə tənzimlənməsini; milli iqtisadiyyatın sahələri, regionları arasında istehsal və mübadilə nisbətlərini təmin edir.
Bazar nə istehsal etməli, kim üçün istehsal etməli, necə istehsal etməli, suallarına cavab verir.
Bazarda «gözəgörünməz əl» tənzimləyici fəaliyyət göstə­rir. A.Smit onun haqqında yazırdı: «Sahibkar yalnız öz ma­raqlarını nəzərdə tutur, yalnız öz xeyrini güdür, özü də bu zaman gözəgörünməz əllə heç nəzərdə belə tutmadığı məqsə­də yönəldilir. Öz maraqlarını güdəndə o, cəmiyyətin maraq­larına daha fəal xidmət edir, nəinki şüurlu surətdə bu xidməti həyata keçirməyə çalışanda»6.
Müasir bazar yalnız «gözəgörünməz əl»lə deyil, həm də dövlət tərəfindən tənzimlənir.
Həvəsləndirici funksiya istehsalçıları yeni məhsul yarat­mağa, zəruri əmtəələri az xərclə istehsal etməyə və kifayət qədər gəlir götürməyə, elmi-texniki tərəqqini və bu zəmində istehsalın intensivləşdirilməsi və bütün iqtisadiyyatın səmə­rəli işləməsini həvəsləndirməyə maraqlı etməkdir. Bazarın həvəsləndirici funksiyanı yerinə yetirməsi olduqca vacibdir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin