Mövzu 5. Tələb və təklifin formalaşması
5.1. Bazar mexanizminin əsas qanunlarının xarakteristikası
5.2. Tələb və onun azalması qanunu
5.3. Təklif və onun dəyişilməsi qanunu
5.4. Tələbin və təklifin elastikliyi
5.5. Bazar tarazlığı. Tələb və təklif qanunu
5.1. Bazar mexanizminin əsas qanunlarının xarakteristikası
Məlumdur ki, istənilən təsərrüfat mexanizmi qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur, elementlərin hərəkət dinamikasını, həmçinin iqtisadi sistemin təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar məcmusudur.
Bazar mexanizmi bazarın əsas elementləri: tələb, təklif, qiymət, rəqabət və bazarın əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqə və qarşılıqlı təsir mexanizmidir.
Bunlar bazarın əsas parametrləridir ki, istehsalçı və istehlakçılar bazar təsərrüfat sistemində öz iqtisadi fəaliyyətlərində onları əldə rəhbər tuturlar. Bu bazar münasibətlərinin əsası, bazarın mahiyyətidir.
İstehsal tərəfdən təklif, istehlak tərəfdən tələb çıxış edir. Bazarda biri-birinə qarşı dursalar da, bu iki element biri- biri ilə qırılmaz tellərlə bağlıdır. Onları əks istiqamətlərə yönəlmiş iki qüvvə ilə müqayisə etmək olar. Bazarın konkret şəraitlərindən asılı olaraq təklif və tələb az və ya çox müddətə taraşlaşırlar. Tələb və təklifin tarazlığı vəziyyətinə gəlməsi kortəbii və dövlətin tənzimləyici təsiri altında baş verə bilir.
Qeyd olunmalıdır ki, bazar mexanizmi öz şəxsi məqsədlərini güdən (mənfəət) sahibkarları son nəticədə istehlakçının xeyrinə hərəkət etməyə məcbur edən vadaretmə mexanizmi kimi fəaliyyət göstərir. Bu necə baş verir?
Dəbdə olan əmtəəyə ödənməmiş tələb tələbin qiymətini artırır, lakin tələbatı tam ödəmir. Əmtəə istehsalçıları seçim qarşısındadırlar: ya istehsalı genişləndirib qiyməti aşağı salmaq və beləliklə, çox sayda alıcının tələbatını ödəmək, ya da rəqiblər bazardakı bu boşluğu doldurub müştəriləri və onlarla bir yerdə nəinki yüksək mənfəət (yüksək qiymətdən), hətta mənfəəti də əldən alıncaya qədər yüksək qiyməti saxlamaq. Bu təhlükə istehsalçını vaxtında istehsalı genişləndirib bazar tam doluncayadək qiyməti aşağı salmağa vadar edir. Belə mexanizm rəqabət olanda işləyir.
Dostları ilə paylaş: |