4.4. Bazar infrastrukturunun yaranması və əsas elementləri Bazar infrastrukturu əmtəə və xidmətlərin hərəkətlərini, alqı-satqı aktlarını və ya bazara xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur. Müasir bazarın infrastrukturunun əsas elementləri bunlardır:
iş fəallığının həvəsləndirilməsi təyinatlı ictimai və dövlət fondları;
xüsusi azad sahibkarlıq zonaları.
İnfrastruktur bazar subyektlərinin sivil xarakterli fəaliyyətini təmin etməlidir, özü də onun elementləri subyektlərə kənardan verilməyib, bazar münasibətlərinin özündən törənmişlər.