Dəyər qanunu dəyərin pulla ifadə olunmuş qiymət qanunudur. Yuxanda göstərildiyi kimi, dəyərin substansiyası ictimai zəruri iş vaxtı ilə ölçülən mücərrəd ictimai zəruri əməkdir. Bu o deməkdir ki, mübadilə nisbətlərinin müəyyənləşdirilməsində əmtəə istehsalına sərf olunan fərdi əmək və iş vaxtı deyil, yalnız bazarın qəbul etdiyi əmək və iş vaxtı həlledici əhəmiyyət kəsb edir. Kifayət qədər dəqiqliklə demək olar ki, ictimai zəruri vaxt həmin növ əmtəənin əsas kütləsinin istehsalına sərf olunan vaxtdır.
Dəyər qanununun fəaliyyəti üçün ən mühüm şərt - bazar mexanizmli azad bazarın olmasıdır. Əmək məhsullarının əsas hissəsi əmtəə forması alanda dəyər qanunu istehsalın tənzimləyicisi olur. Bu kapitalizmdə və qanşıq iqtisadiyyatda özünə yer alır.
Hər bir konkret halda qiymətlə dəyər üst-üstə düşmür. Bununla belə bütün bazar miqyasında əmtəə qiymətlərinin cəmi dəyərlərin cəminə bərabərdir, qiymətlərin öz ətrafında dəyişdiyi mərkəz dəyərdir. Dəyər qanunu bu mənada qiymətin dəyərdən çoxsaylı yayınmalarından özünə yol açır, özünün həyata keçməməsi yolu ilə həyata keçir.
Azalan (hədd) faydalılıq qanunu Bazar mexanizminin təhlili faydalılıq həddi nəzəriyyəsinin təhlili aparılmadan mümkün deyil. Hələ XIX əsrin sonunda Avstriya məktəbinin nümayəndələri (E.Bem-Baverk, K.Menger, F.Vizer) faydalılıq həddi nəzəriyyəsini təbliğ etməyə başlamışdılar. Bu nəzəriyyənin məğzi ondadır ki, iqtisadi nemətin qiymətliliyı müəyyən tələbatı ödəyən həmin nemətin son hədd faydalılığı ilə müəyyənləşir. Bu müddəanı başqa cür də vermək olar: nemətin qiymətliliyi bu və ya digər miqdarda nemətlə təmin edilən tələbatlar sırasında sonuncu yer tutan tələbatın nıühümlüyü (intensivliyi) ilə müəyyənləşir.
5.2. Tələb və onun azalması qanunu Qərb iqtisadi ədəbiyyatında tələb münasib qiymətə və müəyyən zaman kəsiyində alma biləcək əmtəə miqdarına deyilir.
Bazarda tələb istehlakçı, daha doğrusu, alıcı tərəfdə çıxış edir və insanların tələbatını əks etdirir. Buna görə də tələb dedikdə bazarda əmtəə şəklində təmsil olunmuş tələbat başa düşülməlidir. Lakin bu hər tələbat deyil, yalnız təmin olunmalı olan və pul ekvivalenti ilə təmin edilmiş, yəni tədiyə qabiliyyətli tələbdir. İqtisadçı üçün tələbin həqiqi nümayəndəsi yalnız alacağının müqabilində onun ekvivalentini təklif edə biləndir. Müasir şəraitdə belə ekvivalent qismində pul çıxış edir. Buradan da məlumdur ki, tədiyə qabiliyyətli tələb tələbata bərabər deyil. Sonuncular daha çox ola bilər.
Mübadilə və bazar inkişaf etdikcə tələb kateqoriyası da dəyişilir. Belə ki, əmtəə əmtəəyə dəyişdirilərkən tələb pul şəklində deyil, dəyişdirilməli olan və mübadilə zamanı ekvivalent qismində çıxış edən əmtəə şəklində təmsil olunur. Əmtəə mübadiləsi və bazarın inkişaf etməsilə, pulun və əmtəə tədavülünün yaranması ilə tələb artıq pul şəklində çıxış edir, yəni tədiyə qabiliyyətli tələb kimi təzahür edir. Sonuncudan fərqli olaraq, tədiyə qabiliyyətli tələb yalnız pul ekvivalenti ilə təmin olunmuş deyil, həm də mütləq «bazara çıxarılmış* tələbatdır. Keynsə görə, bu səmərəli tələbdir. O çox konkretdir (tədiyə qabiliyyətli tələbdən fərqli olaraq), çünki həmişə müəyyən əmtəə və ya xidmətin alınmasına yö- nümlənir.
Tədiyə qabiliyyətli tələblər istehsal amillərinə (bu, istehsalın tələbidir) və istehlak şeylərinə (əhalinin tələbi) olan tələblərə bölünürlər. Sonuncu əhalinin əlində, əmanət kassalarında olan pul kütləsinin həcmindən, müxtəlif ödənişlərdən və mirasdan, bazarın Ölçülərindən, əmtəənin qiyməti, fayda- lılığı və keyfiyyətindən, subyektiv zövqlərdən çox asılıdır.