6.4. Müasir iqtisadiyyatda mülkiyyətin növ və formaları Çox vaxt deyirlər ki, bazar münasibətlərinin əsasını fərdi və ya ayrı-ayrı şəxslərin mülkiyyəti kimi nəzərdə tutulan xüsusi mülkiyyət təşkil edir. Dünya təcrübəsi inkişaf etmiş bazar iqtisadiyyatının, sivil bazarın mülkiyyətin müxtəlif formalarına əsaslandığını göstərir. Bu isə bazarın əsasında, çoxlu sayda bazar subyektlərinin olmasını tələb edən, rəqabətin durması ilə izah olunur. Bazarın özü mülkiyyətin formalarına laqeyddir. O, bazar subyektlərinin nə dərəcədə müstəqil olmasına və öz təsərrüfat fəaliyyətlərində (qanun çərçivəsində) nə qədər sərbəst olmasına, eləcə də rəqabətin şərtlərinə etinasız deyil. Bəşəriyyət tarixinə mülkiyyətin ən müxtəlif formaları məlumdur. Bunların isə ən çox əhəmiyyət kəsb edənləri dövlət və xüsusi mülkiyyətdir. Dövlət mülkiyyəti. Müasir dünyada elə bir ölkə yoxdur ki, orada dövlət aktiv təsərrüfat fəaliyyəti aparmasın. Qərb ölkələrində əsas fondlarda dövlətin payına 7-dən 30-a qədər və daha çox faiz düşür. Mülkiyyətin dövlət forması iqtisadiyyatın baza sahələrində üstünlük təşkil edir ki, burada birbaşa mərkəzləşdirilmiş idarəetməyə, dövlət investisiyalarının həyata keçirilməsinə həqiqətən də böyük tələbat olur, gəlirlilik meyli ictimai maraqlar üçün kifayət etmir. Bura yalnız ümumi şəkildə (bütöv tam kimi) işlənən fəaliyyət növləri aiddir ki, buna səbəb də bu fəaliyyət növlərinin və onların maddi zəmininin dövlət idarəetmə forması (informasiya vasitələri, sosial və istehsal quruluşları, ekoloji mühafizə, fundamental elm və məsələn, kosmosun fəthi kimi, elm tutumlu istehsalat və s.) obyektiv olaraq yaranır. Dövlət mülkiyyət forması iflasa uğrayan qeyri-hökumət müəssisələrinə kömək etmək lazım olduqda da yaranır. Bu faktik olaraq ziyanla işləyən müəssisələrin milliləşdirilməsi, dövlət vəsaiti hesabına onların sağlamlaşdırıl- ması və sonrakıözəlsizləşdirilməsi zəminində aparılır. Rusiyada bu yaxınlara qədər «vahid fabrika», dövlət mülkiyyətinin inkişafı zəminində istehsalın 10 dəfə və çox böyüdülməsi meyli üstünlük təşkil edirdi. Dövlət mülkiyyəti aparıcı və ümumxalq elan olunmuşdu, hal-hazırda isə bu bir çox iqtisadçılar tərəfindən haqlı olaraq etirazla qarşılanır. İctimai mülkiyyətin deformasiyası nəticəsində istismarın aşağıdakı növləri yarandı: hər il 10-15 mln. «xalq düşmənlə- ri» və onların ailə üzvlərinin istismar olunduğu «diişərgə»; 35 mln kəndlini və 3 mln. sürgün olunmuşları istismar edən «kazarma»; plutokratik mənimsəmə forması (gizli iqtisadiyyat, korrupsiya, total təsərrüfatsızlıq və təsərrüfat cinayətinin digər növləri) olan «dövlət» istismarı. Dünya təcrübəsi göstərir ki, dövlət mülkiyyəti səmərəli ola bilir, çünki onun mülkiyyətin digər formaları ilə müqayisədə aşağıdakı funksiyaları ilə şərtləndirilmiş müəyyən üstünlükləri vardır: makrotənzimetməni həyata keçirmək bacarığı, cəmiyyətin bütövlükdə iqtisadi inkişaf strategiyasını formalaşdırmaq, nəticə etibarilə insana yönəldilmiş ən yüksək səmərəliliyə nail olmaq meyarına əsasən milli iqtisadi quruluşunu optimallaşdırmaq. Bununla yanaşı, iqtisadi və sosial quruluşdan asılı olmayaraq dövlət mülkiyyəti əksər hallarda digər formalara nisbətən daha az səmərəliliklə fəaliyyət göstərir. Bu bir tərəfdən bazarın imkanlarının məhdud olduğu və əməyə marağın aşağı olduğu sahələrdə dövlət mülkiyyətinin inkişafı ilə əlaqədardır. Digər tərəfdən isə mülkiyyətçinin məsuliyyətsizliyi və müəssisənin bazar istiqamətini itirməsi üzündən normal fəaliyyət göstərən bazarı olan sahələrdə də dövlət mülkiyyətinin səmərəliliyi azala bilər. Mülkiyyətin dövlət formasının üstünlük təşkil etməsi dövlət inhisarının yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafı, istehlakçı və əhali üçün zərərli, istehsalçı üçün isə olduqca əlverişlidir. Beləliklə, dövlət mülkiyyətini deyil, onun inhisar vəziyyətini aradan götürməkdən danışmaq olar. Dövlət mülkiyyəti ümummilli, respublika və bələdiyyə mülkiyyəti şəklində iqtisadiyyatda həmişə mühüm rol oynayır. Bələdiyyələşmə (lat. murıicipium - özü-özünü idarə edən cəmiyyət) torpaq, tikinti, yerli təsərrüfat işi üzərində dövlət mülkiyyət hüququnun şəhər (kənd - kənd yerlərində) özünüidarə orqanlarına verilməsinə deyilir. Bələdiyyə mülkiyyətinin yaranma tarixi XIX əsrin sonlarına (bəzi ölkələrdə ortalarına), təşəkkül tapması isə XX əsrin əvvəllərinə təsadüf edir. Xüsusi mülkiyyət. «Xüsusi mülkiyyət» məfhumu tarixən dövlət əmlakını bütün digər əmlaklardan ayırmaq məqsədilə yaranmışdır. Buna görə də hesab olunurdu ki, dövlət əmlakı olmayan nə varsa, xüsusi əmlakdır. Mülkiyyət formalarının böyük müxtəlifliyi olan müasir dövrdə nəinki ayrı- ayrı vətəndaşların, eləcə də kooperativlərin, assosiasiyaların, xalq müəssisələrinin mülkiyyəti «qeyri-dövlət» mülkiyyəti hesab olunur. Qərb iqtisadi nəzəriyyəsində və təcrübəsində «mülkiyyətin istənilən qeyri-dövlət forması xüsusi mülkiyyətdir fikri təsdiq olunub. Bu yanaşmanın öz məntiqi var. Dövlət öz cəmiyyətinin təmsilçisi kimi çıxış edir, mülkiyyətin digər subyektləri isə cəmiyyətin yalnız bir hissəsini təcəssüm etdirirlər, ona görə də onları mülkiyyətin sahibi hesab etmək düzgün olardı. Bugünkü gündə çoxları sübut etməyə çalışır ki, xüsusi mülkiyyət bölünməz, heç nə ilə məhdudlaşdırılmayan (öz sahibinin iradəsindən başqa) mülkiyyətdir. Əslində, xüsusi mülkiyyətçinin öz mülkiyyət obyektinin üzərində lazımi hesab etdiyi bütün əməliyyatları, bu əməliyyatların digər şəxslərin xüsusi mülkiyyət sahəsinə nüfuz etməməsi şərtilə aparmağa tam hüququ vardır. Sivil cəmiyyətdə mülkiyyətçilərin müəyyən davranış qaydaları hazırlanmışdır. Xüsusi mülkiyyətə aşağıdakıları aid etmək olar:
İqtisadi vahid kimi ev təsərrüfatı - şəxsi ehtiyaclar üçün məhsul və xidmətlər istehsalını həyata keçirir;
Qanunvericiliyə müvafiq surətdə fəaliyyət göstərən leqal xüsusi müəssisələr. Bunlar fərdidən, kustardan irilərinə qədər istənilən ölçülü müəssisələrdir.
«Kölgə iqtisadiyyatı»nın tərkibində olan qeyri-leqal xüsusi müəssisələr. Bura ayrı-ayrı şəxslərin dövlətin xüsusi icazəsi olmadan əmtəə istehsalı və xidmət göstərmək sahəsindəki bütün fəaliyyətləri daxildir.
■ Mənzilin kirayə verməsindən tutmuş ayrı-ayrı şəxslər arasında pul əməliyyatlarının aparılmasına qədər xüsusi əmlakın və ya qənaətlə yığılmış şəxsi pulun istənilən istifadə forması. Xüsusi bölmə mərkəzdən heç bir göstəriş olmadan özü- özünə inkişaf edir ki, bu da xüsusi mülkiyyətin həyat qabiliyyətliliyini göstərir. Xüsusi bölmənin inkişafının əsas şərtlərindən biri müəssisənin təsis edilməsində və istənilən istehsal fəaliyyətinin başlanmasına tam sərbəstlik verilməsidir. Xüsusi bölmə heç bir qadağa ilə üzləşməməlidir, onun mülkiyyətində olan əmlakı icarəyə verənlə icarəçi arasında azad müqavilə əsasında icarəyəverməyə, eləcə də istənilən yüksək qiymətli əşyanı yığmağa, satmağa və almağa qeyri- məhdud hüququ olmalıdır. Satıcı ilə alıcı arasındakı azad müqaviləyə əsaslanan sərbəst qiymətlər, sərbəst xarici ticarət fəaliyyəti, xüsusi mülkiyyətin tərkibində olan evin və əmlakın sərbəst alqı-satqısı, faiz ödəməklə sərbəst kreditləş- dirmə, işçi qüvvəsi tutma sərbəstliyi, istənilən xüsusi müəssisəyə maliyyə investisiyası sərbəstliyi xüsusi bölmənin inkişafı üçün lazım olan mühitdir. Xüsusi bölmənin inkişafının ikinci şərti xüsusi müqa- vilədəki mükəlləfiyyətlərin yerinə yetirilməsinə qanunun təminat verməsini tələb edir. Əgər xüsusi müqavilə hər hansı bir şəkildə pozularsa zərər çəkmiş vətəndaş zərər verəni üzərinə götürdüyü mükəlləfiyyətləri yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət etmək hüqüquna malik olmalıdır. Üçüncü şərt xüsusi mülkiyyətin tam təhlükəsizliyinin təmin olunmasının zəruriliyidir. Onun toxunulmazlığının təminatı qanunda, partiya proqramlarında və aparıcı dövlət xadimlərinin bəyannamələrində nəzərə alınmalıdır. Müsadirənin heç vaxt olmayacağına təminat lazımdır. Dördüncü şərt kredit siyasətinin xüsusi kapitalqoymanı həvəsləndirilməsini tələb edir. Mülkiyyətin bütün formalarını inkişaf etdirmək üçün bərabər imkanlar müddəasını mükəmməl hesab etmək olar. Real gerçəklikdə isə dövlət bölməsi tərəfindən həddindən çox kapital yığılmış, bürokratik aparatın, dövlət bank sisteminin və dövlət müəssisələrinin birləşməsi baş vermişdir. Bunlar dövlət bölməsinin baş- lanğıcdakı şübhəsiz üstünlüyünü şərtləndirir. Buna baxmayaraq, xüsusi bölmənin səmərəliliyi maliyyə çətinlikləri qarşısında, kreditləşmənin istənilən şərtlərində belə, daim iflas olmaq təhlükəsi gözlədiyi üçün artır. Xüsusi sektorun sonrakı inkişafı üçün cəmiyyətdə xüsusi bölməyə hörmətlə yanaşılması (beşinci şərt) olduqca vacibdir. Bazar iqtisadiyyatı şəraitində satıcının təklif elədiyi əmtəə alıcıya lazımdırsa və bu alıcı soruşulan qiyməti ödəməyə hazırdısa, sahibkarın satıcı olaraq fəaliyyət göstərməsinə ictimai faydalı hal kimi baxılmalıdır.