MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Müəssisənin təşkilati iqtisadi formaları



Yüklə 1,26 Mb.
səhifə50/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   46   47   48   49   50   51   52   53   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

8.3. Müəssisənin təşkilati iqtisadi formaları
Müəssisələrin təmərküzləşmə dərəcəsinə görə təsnifatı. Məşğul olanların sayından (və deməli, istehsal fəaliyyətinin həcmindən) asılı olaraq firmalar kiçik, orta və iri olurlar. Firmanın hər hansı bir kateqoriyaya aid edilməsi normativ­ləri müxtəlif ölkələrdə fərqlidir.
Kiçik firmalar səciyyələnir:

  • çoxsaylılıqla (ABŞ-da hər il yaradılan 700 min firma­dan çoxu kiçikdir);

  • çeviklik, bazar konyunkturasına tez reaksiya vermək qabiliyyəti ilə;

  • sürətlə yeniləşməklə (hər il ləğv olunan firmaların sayı demək olar ki, yarananların sayına bərabərdir, lakin yalnız 7%-i tamamilə iflasa uğrayır).

Kiçik firmaların bazar iqtisadiyyatında rolunu belə səciyyələndirmək olar:
1. Bütün hissələri birləşdirərək bir əmtəənin bol, başqa­sının isə defisit olduğu «qurama iqisadiyyat»ın əmələ gəl­məsinin qarşısını alan xırda sahibkarlıq bazar iqtisadiyyatı­nın özülü hesab olunur.

  1. Kiçik firmalar aşağıda sadalananlar sayəsində daim rəqabəti saxlayırlar:

  • özlərinin çoxsaylılığı və çevik olmaları;

  • aşağı qiymətlərilə;

  • idarəetməyə, reklama və s. vəsait sərf olunmadığından istehsal xərclərinin aşağı olması ilə.

Kiçik firmalar kütləvi istehsalın və böyük xərclərin tələb olunmadığı fəaliyyət sahələrini seçirlər, yəni kiçik firmala­rın özlərinin fəaliyyət sahəsi olduğundan onlar çox vaxt bö­yük biznesin yolunda durmurlar, iri şirkətlərə onların fəaliyyətinə birbaşa təhlükəsi olmayan kiçik biznesi iflasa uğratmaq sərfəli deyil. Kiçik firmanın fəaliyyətindən bütün şirkətin məhsulunun keyfiyyəti asılı olduğundan, kiçik firmanı öz quruluşuna daxil etmək, onunla əməkdaşlıq et­məkdən və ya ona yardım etməkdən daha az sərfəlidir. Kiçik biznesin milli təşəbbüskarlığın əlaməti kimi dövlət tərəfin­dən dəstəklənməsi mühüm rol oynayır. Kiçik müəssisələrin güclü rəqabət şəraitində «yaşarlılığı» bununla izah olunur.
İnkişaf etmiş ölkələrdə orta firmalar kiçiklərdən fərqli olaraq elə də çoxsaylı deyildi. Bununla yanaşı, hazırda onla­rın azalmasına meyl yaranıb. Aşağıdakı səbəblərə görə orta firmaları bəzən «nəsli kəsilən sinif» adlandırırlar:

  • kiçik firmalar kimi çevikliyi, çoxsaylığı və iri firmalar kimi qüvvəsi olmadığına görə (yəni orta mövqe tuturlar);

  • yalnız dar sahədə ixtisaslaşaraq, yəni bazarın müəyyən sa­həsini tutaraq arada mini-inhisar yaratmaqla mövcud ola bilərlər.

Bununla belə, ixtisaslaşmış bazar daha az təsirlərə məruz qaldığından orta firma kiçik firmadan daha sabitdir.
Orta firmaların bazar iqtisadiyyatında rolu birmənalı deyil.
Birincisi, orta firmalar iri biznes üçün böyük rəqabət qüvvəsidir.
ikincisi, orta firmaların özləri inhisarlaşmaya meyllidir­lər. Bunun bariz nümunəsi İsveçin 10 il ərzində 400-dən çox firmanı ələ keçirmiş «Elektrolüks» konsernidir.
Üçüncüsü, orta firmalar kapitalın daha sonrakı təmər­küzləşmə mənbəyidirlər (orta firmaların payına ən yüksək udma faizi düşür).
Bazar iqtisadiyyatının ən qüvvətli subyekti olan iri fir­malar həm müsbət, həm də mənfi cəhətlərə malikdirlər, on­ların həm üstünlükləri, həm də «zəif nöqtələri» var.
İri firmaların üstünlükləri aşağıdakılardır:

  • kütləvi istehsala yalnız iri müəsisələr qabildir. Bu adi faktı ölkəni yedirtmək ümidini yalnız kiçik mülkiyyətə bağ­layanlar çox vaxt unudurlar. ABŞ-da kiçik firmaların 34% kənd təsərrüfatı məhsullarının yalnız 3.2%, 1,4% iri təsər­rüfatlar isə 32%-ni istehsal edir;

  • iri firmalar yeni sahələrə yiyələnmə (axı, yalnız avto- mobilqayırmada «kandar» investisiyaların həcmi 1 mlrd, dollara çatıb) və iri elmi tədqiqat işlərinin keçirilməsinə (ABŞ-da elmi tədqiqatların 99%-ni 600 şirkət maliyyələşdi­rir) imkanları olduğu üçün elmi-texniki inkişafın aparıcı qüvvələridir;

  • iri firmalar sabitlik və vəziyyətlərinin səbatlığı ilə sə­ciyyələnirlər ki, bu da iqtisadiyyatda stabilliyə səbəb olur. İri şirkətlər fiziki cəhətdən ləğv olunmur, yalnız sahiblərini dəyişirlər;

  • yalnız iri firmalar istehsalın miqyası, kombinasiyalar nəticəsində qənaət yolu ilə ictimai əməyə böyük qənaət edə və iri miqyasda məşğulluğu təmin edə bilirlər.

Lakin iri firmanın üstünlüyü hələ onun gəliri və qazan­cının daim artacağına zəmanət vermir. Məsələ bundadır ki, hər bir şirkətin fəaliyyətinin artımında onun ölçüləri ilə şərtlənən məhdudiyyəti var. Optimal ölçünün hüdudlarından kənara çıxanda nəqliyyat xərcləri, istehsalın idarə olunma­sının çətinliyi və s. səbəblərə görə iri firmanın qəliri azalır, iqtisadi nəzəriyyədə iri firmanın belə vəziyyəti firmanın gəlirliliyinin düşməsi şəraiti ilə izah olunur.




    1. Yüklə 1,26 Mb.

      Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin