Təsərrüfat fəaliyyətinin əsas formaları: biznes, sahibkarlıq və kommersiya
Bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti mikro- səviyyədə sahibkarlıq, sərəncamçılıq, biznes, ticarət, marketinq, menecment kimi anlayışlarla səciyyələnir. Sahibkarlıq gəlir əldə etmək məqsədilə yenilikdən, riskdən, ixtiraçılıqdan istifadə edilən təsərrüfat fəaliyyətidir. Sahibkarlıq məfhumu altında geniş mənada iqtisadiyyat sahəsində fəallıq, təşəbbüskarlıq, zirəklik başa düşülür. Dar mənada bu mülkiyyətçinin və ya təsərrüfatçılıq subyektinin risk, məşğuliyyət və yenilikçiliklə müşayiət edilən iqtisadi fəaliyyətidir. Sonuncu sahibkarlığın əsas cəhətlərini səciyyələndirir. Məsuliyyətlə bağlı olmayan təsərrüfat fəaliyyəti sahibkarlığı yox, sadəcə tapşırıqla sərəncamçılığı səciyyələndirir. Sahibkarlıq biznesin formalarından biridir. Biznes mənfəət və ya şəxsi gəlir gətirən (fırıldaq da biz- nesdi) iş və ya istənilən fəaliyyət növüdür. Qərb ədəbiyyatlarında biznesi insanların öz tələbatlarını ödəmək üçün yaratdıqları işlərin aparılması sistemi kimi səciyyələndirirlər. Biznes sisteminin mahiyyəti ondan ibarətdir ki, bazar iqtisadiyyatının hər bir subyekti öz işi ilə məşğul olur və eyni zamanda cəmiyyətdə elə mexanizmlər işlənib hazırlanıb ki, öz iqtisadi təşəbbüsünü, işgüzarlığını, iş qabiliyyətini leqal olaraq həyata keçirən başqa insanlara biznes xələl gətirmir. «Biznes» və «sahibkarlıq» anlayışları arasında, onlardan birincisinin əcnəbi mənşəli, digərinin döğma olduqlarını nəzərə alaraq, bərabərlik işarəsi qoymaq olar. Bununla yanaşı «sahibkarlıq» məfhumunu təsərrüfat fəaliyyətinin yenilikçi tərəfini qeyd etmək istəyəndə işlədirlər. Biznes və sahibkarlıq ilə yanaşı tez-tez «kommersiya fəaliyyəti» və ya «kommersiya» məfhumları işlədilir. Kommersiya insanların məhsulun realizə edilməsi və ticarət mənfəətinin əldə olunmasına yönəlmiş ticarət fəaliyyətidir. Kommersiya anlayışı geniş və dar mənada işlənilir. Geniş mənada kommersiya hər bir biznesin tərkib hissəsi olan ticarət sazişlərinin bağlanmasıdır. Dar mənada isə tədavül sahəsində bilavasitə satış və gəlirin əldə olunması ilə bağlı sahibkarlıq fəaliyyətinin bir hissəsidir. Müasir kommersiyanın başlıca rolu bilavasitə istehsala hərtərəfli xidmətdən və tədavül sahəsinin təkmilləşdirilmə- sindən ibarətdir. Kommersiya fəaliyyətinin ən yeni formalarına lizinqi (istehsal vasitələrinin satışının maliyyələşdirilməsi və aktivləş- dirilməsi üçün icarə və kreditin özünəməxsus uzlaşması) və faktorinqi (yeni müştərilərə olan tələblərin alınması yolu ilə məhsulun realizə edilməsi üzrə ticarət sazişlərini sürətləndirən kommersiya fəaliyyəti formasıdır) aid etmək olar. Qeyri-myəyyənliyi və riski maksimal dərəcədə azaltmağa marketinq imkan verir. Bu bazarı «planlaşdırmaq», rəqabət mübarizəsində firmanın salamat qalmasını təmin etmək cəhdidir. Özü də marketinq digər rəqabət hərəkətlərindən rəqibləri boğmağa deyil, əksinə, bazarda öz yerini dəqiq müəyyənləşdirməklə rəqabətdən qaçmağa yönümlənməsi ilə fərqlənir. Kommersiya fəaliyyətinin xüsusi növü kimi marketinq özündə firma qarşısında duran məsələləri həll etmək üçün istehlakçı ehtiyaclarını öyrənməyə, xidmət göstərməyə, təmin etməyə yönəlmiş bir neçə fəaliyyət növünü birləşdirir. Marketinq bazar iqtisadiyyatı şəraitndə yalnız alıcı tələblərinin ilkin tədqiqi əsasında deyil, daha vacib olan, həmin tələbin bazarda öz-özünə formalaşması əsasında qurulmuş müəssisələrin (firmaların) fəaliyyətinin tam təşkili sistemidir. « Marketinq » məfhumu ilk dəfə XX əsrin əvvəllərində ABŞ-da yaranıb. O ingiliscə «market» (bazar) sözündən əmələ gəlib və rus dilində bazarda fəaliyyət mənasını verir. Marketinqdən istifadə ilə naməlum bazarda işləmək cəmiyyətinin bazarda öz yerini təsərrüfat fəaliyyətinin, tələbin və perspektivlərinin öncədən və dəqiq öyrənilməsinə əsaslanan təşkili formasına verdi. Firmanın idarə olunması ilkin olaraq mülkiyyətçi sahibkar tərəfindən həyata keçirilirdi. Lakin sahibkarlıq inkişaf etdikcə, bu funksiya bilavasitə mülkiyyətçidən ayrılıb istehsalın peşəkar təşkilatçılarının, mülkiyyətçinin adından idarəetmə funksiyasını yerinə yetirən menecerlərin müstəqil əmək formasına çevrildi. Menecment belə yarandı. Menecment inkişaf etmiş ölkələrdə istehsalın səmərəliliyinin və gəlirin artırılması məqsədi ilə təsərrüfat fəaliyyətinin idarə olunmasının bir qrup peşəkar tərəfindən işlənilib hazırlanan və istifadə olunan prinsiplərin, üsulların, vasitələrin və formaların vəhdətidir. Menecmentin vəzifələri: müəssisələrin maraqlarına cavab verən məqsədlə insanların tələbatlarının bazar vasitəsilə ödənilməsi üçün əmtəə və xidmətlər istehsalı; yeni bazarların mənimsənilməsi, yeni müştərilərin tələbatlarınin ödənilməsi; arzu olunanı həyata keçirən qərarların qəbul olunması. Fəaliyyət göstərən kommersiya müəssisəsinin spesifik orqanı kimi menecmentin səmərəliliyini iqtisadi uğurların göstəriciləri ilə ölçmək olar. Menecmentdə əsas məsələ qarşıya müəssisənin maraqlarına cavab verən məqsədlərin qoyulmasıdır. Menecerlərin köhnə müəssisə rəbərlərindən prinsipial fərqləri bundadır.