MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə62/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   58   59   60   61   62   63   64   65   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Sindikatlarda da texniki təkmillik, kvota uğrunda mübarizə gedir. Sindikat birləşmiş müəssisələrin istehsal sahəsində müstəqilliyini məhv etmir, lakin karteldən fərqli olaraq saziş iştirakçıları üçün məhsulun satışı və xammal alışının təmərküzləşməsini təmin edir. İştirakçıları bilavasi­tə bazarda mübarizə aparmaq imkanlarından məhrum etmək­lə sindikat onları bir-birini istehsal sahəsində üstələməyə sövq edir. Bu isə son nəticədə müəyyən vaxtdan sonra sindikat iştirakçılarının kvotaları ilə onların yeni güc nisbəti arasında ziddiyyətə səbəb olur ki, bu da mübarizənin kəskinləşməsinə gətirir və sindikatı daxildən partlada bilər.
Sindikat bazarı əmtəə qıtlığı vəziyyətində saxlamaq və qiymətləri şişirtmək məqsədilə satılan əmtəənin kəmiyyətini məhdudlaşdıra bilər. Buna misal «Prodast» sindikatı ola bilər: o, kvotaların yerinə
yetirilməməsinə görə mükafat verir və kvotadan artıq metal istehsal edənləri isə cərimə edirdi.
Trestlər daxilində mübarizə bir qədər fərqlidir. Trestlər bir­ləşən irmalann hamısının öz ticarət və istehsal müstəqilliyini itirdiyi və vahid idarəetməyə tabe olduğu inhisar formasıdır. Birləşmə iştirakçıları trestin səhmdarlarına çevrildiklərindən onlar öz səhmlərini satmaq imkanına malikdirlər. Trestdə də səhmlərin nəzarət paketini əldə etmək, yəni trest üzərində « nəzarət* uğrunda mübarizə gedir. Trestlərdə idarə heyə­tində ən nüfuzlu vəzifələr, mənfəətin bölüşdürülməsi uğrun­da mübarizə gedir. Belə ki, hərdən trestlərdə aparılan yenidən təşkillər yeni qrup ən iri səhmdarların hakim möv­qeyi ələ keçirməsi və əvvəl rəhbərlikdə olan qrupun sıxış- dırılmasmdan başqa bir şey deyil.
Konsern müxtəlif istehsallı firmaların mülkiyyət birliyi və onların fəaliyyəti üzərində nəzarətlə səciyyələnən inhisar­çı birləşmədir. Konserndə əsas mübarizə forması səhmlərin nəzarət paketinin və ən sərfəli firmalar üzərində nəzarətin ələ keçirilməsi, bu və ya digər sahələrdə təsir dairələri uğ­runda gedən mübarizələrdir. Belə ki, trest və konsernlərdə rəqabət mübarizəsi kifayət qədər oxşardır.
Müəyyən məhsulların istehsalçı inhisarları və istehlakçı inhisarları arasında mübarizə olduqca kəskin şəkil ala bilir. Məsələn, istehsal vasitələri istehsalı sahəsində inhisarın ya­ranması istehlakçı trestlərdə satıcı inhisarçıya təzyiq göstə­rib, onu qiymətləri aşağı salmağa məcbur etmək məqsədilə müvafiq əmtəələrin alışını məhdudlaşdırmaq meyli yaradır. Bu mümkün olmayanda istehlakçı trestlər Özləri müvafiq is­tehsal vasitələrinin istehsalına başlaya bilərlər — öncə öz eh­tiyaclarını ödəmək üçün, sonra isə hərdən də bazarda satmaq üçün Ford poladın qiymətinin həddən artıq artırılması ilə üzləşdikdə, poladəritmə şirkətləri ilə mübarizəyə başladı və öz poladəritmə zavodunu tikdirdi; həmin zavod poladəritmə müəssisələri arasında 11-ci yeri tuturdu.
Beləliklə, istehlakçı inhisarların müqaviməti və təzyiqi istehsalçı inhisarların qiymət müəyyənləşdirilməsindəki öz­başınalığını məhdudlaşdıra bilir. Bəzi hallarda inhisarçı qiy­mətlərə substitutlar və ya əvəzləyici əmtəələrin inhisar obyekti olan əmtəələrlə rəqabət mübarizəsi daha səmərəli təsir göstərir. Məsələn, yanacağa olan ehtiyac kömür, neft, elektrik enerjisi, qaz və sairlə ödənilə bilər. Yanacaq növlə­rindən hər hansı biri inhisar obyekti olursa və qiyməti artır­mağa başlayırsa, digər yanacaq növləri tərəfindən rəqabət güclənir. Eyni qaydada müxtəlif tikinti materialları (dəmir, daş və s.), əlvan metallar (mis və aliminium), nəqliyyat növ­ləri (tramvay, avtobus, metro, dəmir yolu, avtomobil, təyya­rə və s.) və s. biri-biri ilə rəqabət apara bilir. Buna görə də həmin tələbatı ödəyən əmtəələrdən birinin və ya bir qisminin inhisarlaşması müvafiq inhisarlaşmamış əmtəələrin onlarla rəqabətini kəskinləşdirir.
Rəqabət mübarizəsinin mühüm forması istehlakçının alıcılıq qabiliyyəti uğrunda və ya Amerika ədəbiyyatlarında deyildiyi kimi, «istehlakçı dolları» uğrunda mübarizədir. Bu mübarizənin mahiyyəti ondan ibarətdir ki, o, müxtəlif tələ­batları ödəyən inhisarlar tərəfindən biri-birinə qarşı aparılır. Bu başqa növ istehlakları alıcı büdcəsindən sıxışdırıb çıxart­maqdır. Əhalinin alıcılıq qabiliyyəti hər bir müəyyən anda müəyyən bir kəmiyyət olduğundan bu və ya digər istehlak növünün əhəmiyyətli dərəcədə artırılması yalnız hər hansı başqa əmtəələrin istehlakının azaldılması hesabına müm­kündür. Buna görə də, hər bir inhisar başqa sahələrdə isteh­sal olunan əmtəələri alıcı büdcəsindən sıxışdırıb çıxartmaq yolu ilə satışını genişləndirməkdə maraqlıdır. Məsələn, me­bel və digər məişət əşyaları istehsal edən inhisarlar reklam,
kreditə satma yolu ilə alıcılara daha çox öz mallarından sırı­mağa çalışırlar. Lakin paltar, ayaqqabı, saat, velosiped, ma­şın və s. istehsal edən inhisarlar da eyni metodlarla həmin nəticəyə nail olmağa çalışırlar. Beləliklə, istehlakçının alıcı­lıq qabiliyyəti uğrunda mübarizə gedir.
İnhisarların rəqabət mübarizəsi aparmaq metodları və vasitələri aşağıdakılardır:

  • xammaldan, materialdan məhrum etmək - kartelə da­xil olmağa məcburetmənin ən mühüm fəndlərindən biridir;

  • «alyanslar*, yəni sahibkarların fəhlə ittifaqları ilə razı­laşmaları yolu ilə iş qüvvəsindən məhrum etmək;

  • yük gətirilməsindən məhrum etmək;

  • satışdan məhrum etmək;

  • ticarət əlaqələrinin yalnız kartellərlə aparılması haq­qında alıcı ilə razılaşma;

  • kreditdən məhrumetmə, baykot elan edilməsi. Bura rə­qib müəssisələrinin yerləşdiyi torpaq sahələrinin alınması­nı, aksiyaların, patentlərin alınmasını, lazımi adamlara rüşvət verilməsini, dövlət orqanları vasitəsilə təzyiq göstə­rilməsini və s. aid etmək olar.

Müxtəlif kəşf, ixtira və texniki təkmilləşdirmələrə pa­tentlərin ələ keçirilməsi həm sahədaxili, həm də sahələrarası rəqabətdə geniş istifadə olunur. Patentləri ələ keçirməklə inhisar başqa sahələrdən buraya can atan inhisarları «öz» sahəsinə buraxmamağa çalışır. İnhisarlar rəqiblərinə qarşı avadanlıq istehsalını öz əllərinə keçirmək yolu ilə mübarizə aparırlar. Rəqabət mübarizəsi vasitəsi kimi diversifikasiya, istehsalın kombinə edilməsindən istifadə olunur. Diversifi­kasiya bir sahə inhisarının başqa istehsal sahələrinə nüfuz edib oradan rəqibləri sıxışdırıb çıxartmasıdır.
Son zamanlar elmi-texniki inqilab tamamilə əks meyl - iri müəssisələrin parçalanması meylini, texniki cəhətdən qabaqcıl xırda və orta müəssisələrin rolunun artmasını do­ğurmuşdur. Bir sıra inkişaf etmiş ölkələrdə bütün təsərrüfat təşkilatlarının 70-80%-ni onlar təşkil edir.
ölkəmizdə totalitar dövlət iqtisadiyyatının dağılması tam inhisarçılığm bütün növlərinin sındırılmasını nəzərdə tutur.
İnhisarların yaranması onların öz məhsullarına yüksək inhisarçı qiymətlər və aldıqları məhsullara aşağı inhisarçı qiymətlər (məsələn, xammal və s.) müəyyənləşdirmək hesa­bına iqtisadi xeyir götürməklə şərtlənir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin