MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Deməli, MR = MC gəlirin maksimallaşdırılması şərtidir



Yüklə 1,26 Mb.
səhifə71/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   67   68   69   70   71   72   73   74   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Deməli, MR = MC gəlirin maksimallaşdırılması şərtidir,
MR və MC əyrilərinin kəsişmə nöqtəsi isə firmanın tarazlıq nöqtəsidir (şəkil 19.9-da E nöqtəsi).
Firmanın tarazlığı firma gəlirinin maksimuma çatdığı PE tarazlıq qiyməti və QE tarazlıq istehsal həcmi ilə səciyyə­lənir*
Firma gəlirinin maksimallaşdırılması şərtləri
Firma davranışının əsas konsepsiyası firmanın əsas məq­sədinin gəlir olması müddəasına söykənir. Mənfəəti maksi- mallaşdırmaq cəhdi sahibkarın bütün niyyət və hərəkətlərinə daxil olur. Bəs təkmil rəqabət şəraitində bu məqsəd necə hə­yata keçirilə bilər?
Problemin öyrənilməsində iki yanaşma mövcuddur. Bi­rinci ümumi göstəricilərə, ikinci isə son hədd və orta göstə­ricilərə əsaslanır.
Ümumi göstəricilər metodu
Firmanın ümumi gəliri ümumi gəlirlə (satışdan əldə olunan pul) ümumi xərclərin fərqindən ibarətdir.
TP=TR—TC
Aydındır ki, ümumi satış pulu ilə ümumi xərclər arasın­dakı fərq ən böyük kəmiyyətə çatdıqda gəlir maksimum olur.

QrafİK şəKİldə bu şəkİİ 19.10-da şərh olunub kİ, burada TR TC əyriləri arasındaKi ən böyÜK şaquli uzaqlaşma (AB) gəlirin Kəmiyyətini göstərir.
Bu qrafİK əyani şəKİldə göstərir Kİ, firma xərclərini azaltmaqda və məhsul istehsalını, yəni satışdan əldə olunan pulun ümumi məbləğini artırmaqda maraqlıdır.
Orta və son hədd göstəriciləri metodu
Yuxarıda qeyd olunmuşdu kİ, mənfəətin maKSİmallaşdı- rılması qaydası elə həcmdə məhsul buraxılışını nəzərdə tutur Kİ, bu zaman MR = MC olsun. LaKİn gəlirin cəbri və ya qra­fİK yolla müəyyənləşdirilməsində son hədd göstəricilərindən başqa gəlir və xərclərin orta göstəricilərindən də istifadə olunmalıdır.
Hər şeydən əvvəl qeyd edəK Kİ, orta gəlir satışdan əldə olunan pulun orta məbləği ilə orta xərclər arasındaKi fərqdən ibarətdir. TəKmil rəqabət şəraitində məhsul vahidinə düşən satış pulu onun bazar qiyməti ilə tam üst-üstə düşür. Demə­li, hər məhsul vahidinə düşən orta gəlir qiymətli orta xərc­lərin fərqinə bərabərdir. Gəliri qeyd etməK üçün adətən «17» yunan hərfindən istifadə edirlər.
AH - AR - AC - P - AC.
Belə olduqda ümumi mənfəəti orta mənfəəti istehsal olun­muş və satılmış məhsula vurmaqla hesablamaq olar.
Tn = An x q.
Gəlirin maKSİmallaşdırılması vəziyyəti 19.11-də qrafİK şərh olunmuşdur.
Gəliri maKsimallaşdıran Q istehsal həcmi firmanın tarazlıq nöqtəsinə, yəni son hədd gəliri (MR) və son hədd xərcləri (MC) əyrilərinin Kəsişmə nöqtəsinə müvafiqdir. Diqqət verən kİ, orta gəlir əyrisi (o həm də son hədd gəliri əyrisi, həm firmanın məhsuluna tələb əyrisi, həm də məhsulun bazar qiymətinin səviyyəsini ifadə edən əyridir) Kifayət qədər yuxarıda yerləşib və firmanın tarazlıq nöqtəsində (MR=MC) orta xərclər səviy­yəsindən yuxarıdır. Bu müsbət fərq qrafik şəkildə orta gəl- rin kəmiyyətinə bərabər NE şaquli parça ilə əks etdirilib. Ümumi gəlirə gəldikdə isə o, KNEPe dördbucaqlısının həcmi ilə təmsil olunmuşdur.
Aydındır ki, əgər qiymət orta xərclər səviyyəsindən yük­səkdirsə, yəni bütün istehsal xərcləri ödənilirsə və normal gəlirin alınması təmin olunursa, sahibkar gəlir əldə edir. Əgər satış qiyməti orta xərclərdən aşağıdırsa, sahibkar zərər çəkir. Zərərin olması, hələ o demək deyil ki, firma o dəqiqə mövcudluğuna son qoymalıdır. Qısamüddətli dövrdə itkiləri minimallaşdırmaq üçün fəaliyyəti davam etdirmək lazım gə­lir, çünki firmanın bağlanması daha böyük ziyanla müşayiət olunur. Bu vəziyyəti şərh etmək üçün daha bir əyri - orta dəyişən xərclər əyrisini quraq.
Xatırladaq ki, orta xərclər əyrisi və orta dəyişkən xərclər əyrisi arasındakı şaquli fərq orta təsbit olunmuş xərclərin kəmiyyətinə bərabərdir.
Fərz edək ki, firmanın məhsuluna tələb bir o qədər də yüksək deyil, bu halda ola bilər ki, bazar qiyməti orta xərc­lərin heç də hamısını deyil, yalnız orta dəyişənləri və orta təsbit olunmuş xərclərin bir qismini ödəsin (şəkil 19.12).
Bu halda əgər firma qısamüddətli dövrdə fəaliyyətini da­yandırsa, onun zərəri təsbit olunmuş xərclərin kəmiyyətinə bərabər olacaq (onsuz da bank kreditinə, lizinqə görə ödə­mələri etmək lazım gələcək). Lakin qısamüddətli dövrdə fir­ma istehsalını MR = MC olan həcmdə davam etdirsə, onda əməliyyat gəliri adlandırılan gəlir əldə etmiş olar və bununla da zərəri minimallaşdırar. Qiymət orta dəyişən xərclərdən yüksək olduğundan bu müsbət xərc (şaquli NE parçası) orta əməliyyat gəlirini təşkil edəcək. Ümumi əməliyyat gəliri PeENK dördbucaqlısının sahəsi ilə təmsil olunacaq. Bu halda zərər yalnız təsbit olunmuş xərclərin STEPe dördbucaqlısının sahəsinə bərabər olan qismini təşkil edəcək. Şəkil 19.12-də aşkar görünür ki, qısamüddətli dövrdə istehsalın dayandırılma­sı zamanı zərər (STNK) istehsalın davam etdirilməsi zamanı olduğundan (STEPe) xeyli çoxdur. Aydındır ki, uzunmüddətli dövrdə firma ya xərclərini xeyli azaltmalı, ya da istehsalı dayandırmalıdır. Beləliklə, MR = MC olan həcmdə məhsul istehsalı firmaya istehsalı dayandırmadan gəliri maksimal- laşdırmağa və ya zərəri minimallaşdırmağa imkan verir.
Bəs hansı halda firma qısamüddətli dövrdə belə istehsa­lını dayandırmalıdır? Aydındır ki, bunun üçün qiymət o qə­dər aşağı olmalıdır ki, ən yaxşı halda yalnız orta dəyişən xərclər ödənilsin (şəkil 19.13).

Bu halda firmanın istehsalı davam etdirməsindən və ya onu dayandırmasından asılı olmayaraq onun zərəri təsbit olunmuş ümumi xərclərə (STEPe) bərabər olacaq. AC əyrisi üzərində ən aşağıda yerləşən nöqtə firmanın bağlanma nöq­təsi adlanır.
Orta dəyişən xərclərin minimal səviyyəsindən aşağı qiy­mətlərdə firmanın heç bir şərtlə istehsalı davam etdirməyə- cəyinə görə MC əyrisinin AVC əyrisindən aşağıda yerləşən hissəsi əslində firmanın təklif əyrisi deyil.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin