MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 13. Mikroiqtisadiyyatda istehlakçı davranışı



Yüklə 1,26 Mb.
səhifə79/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   75   76   77   78   79   80   81   82   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 13. Mikroiqtisadiyyatda istehlakçı davranışı
13.1. İstehlakçı davranışı və əmtəənin faydalılığı
13.2. İstehlakçı davranışının kardinalist nəzəriyyəsi
13.3. İstehlakçı davranışının ordinalist nəzəriyyəsi
13.4. Qeyri-müəyyənlik və risk şəraitində istehlakçının səmərəli seçimi
13.5. Məhsul elementlərinin xüsusiyyətlərinin təhlili əsasında istehlakçı seçimi


13.1. İstehlakçı davranışı və əmtəənin faydalılığı
Nemətlərin insanların bu və ya digər tələbatlarını ödəmək qabiliyyəti onların faydal ılığmdadır. Bu və ya digər neməti alarkən insanlar həmin faydalılığı özləri üçün qiymətləndi­rirlər. Bu faydalılıq həmin nemətin istehlakmdan aldığı ləz­zətə (faydalılıq) görə insanın ödədiyi qiymətdə maddiləşir. Beləliklə, faydalılıq nəzəriyyəsi əmtəə və xidmətlərə qiymə­tin formalaşması prosesini izah edir.
Faydalılıq nəzəriyyəsinin iqtisad elminin inkişafında rolu və əhəmiyyəti əvəzsizdir. O, XVIII əsrdə yaranmış və klassik eləcə də marksist siyasi iqtisaddan fərqli olaraq, onun əsas tədqiqat obyekti istehsal sahəsi deyil, tədavül sahəsi olmuş­dur, çünki müxtəlif nemətlərin faydalı xüsusiyyətlərinin həm alıcılar, həm də satıcılar tərəfindən qiymətləndirilməsi məhz mübadilədə (bazarda) baş verir; onların qarşılıqlı tə­siri nəticəsində nemətin qiymətliliyi, onun qiyməti müəyyən­ləşir. Ona lazım olan neməti almaq üçün hansı miqdarda pul verməyə hazır olması problemini hər bir alıcı özü müstəqil həll edir. Qiymətin formalaşmasının bu konsepsiyasının əsa­sında - nemətin qiymətliliyinin alıcı tərəfindən yalnız sub­yektiv müəyyənləşdirməsi prosesi durur. Buna görə də bu iqtisadi konsepsiya (faydalılıq nəzəriyyəsi) insan tələbatları­na yönümlənib ki, onlar da istehsalı özlərinə tabe etdirir, onun inkişafını istiqamətləndirirlər. Bu konsepsiya çərçivə­sində istehsal naminə istehsalı inkişaf etdirmək qeyri-müm­kün olur, çünki istehsal amillərinin qiymətliliyi onların istehsalı üçün aldıqları istehlak şeylərinin qiymətliliyindən, faydalılığından asılıdır.
Faydalılıq nəzəriyyəsi sonrakı inkişafını son hədd fayda- lılığı, yəni istehlakçının hər növbəti əlavə nemət vahidini alarkən əldə etdiyi faydalılıq nəzəriyyəsində aldı.
«Faydalılıq* məfhumunun özü elm aləminə ilk dəfə ingi­lis sosioloqu İ.Bentam (1748-1832) tərəfindən daxil edilmiş­dir. Lakin əmtəənin qiymətliliyi ilə onun istehlakından alınan faydalılıq arasındakı əlaqəni yalnız A.Smit (1723-1790) izah edə bilmişdi. O, «istehlakdakı qiymətlilik»lə (faydalılıq) və «mübadilədəki qiymətliliyi* fərqləndirmişdi.
1862-ci ildə ingilis iqtisadçısı U.Cevons (1835-1882) son hədd faydalılığı nəzəriyyəsini irəli sürdü və sübut etdi ki, ümumi deyil, məhz son hədd faydalılığmın bazar qiymətinə aidiyyatı var. Son hədd faydalılığı konsepsiyasının tam şər­hini o, «Siyasi iqtisadın nəzəriyyəsi* (1871) əsərində ver­mişdir.
İqtisadi nəzəriyyə baxımından, istehlakçının bazarda dav­ranışını onun faydalılığı qiymətləndirməsi müəyyənləşdirir. Faydalılığı necə ölçməli? İqtisadi nəzəriyyədə onun ölçülmə­sində iki yanaşma məlumdur: kardinalist və oridinalist. Fay- daldığın ölçülməsində kardİnalist yanaşma faydalılığın miq­darının tam dəqiq, kəmiyyət müəyyənliyini nəzərdə tutur. Kardinalistlər (K.Menger, L.Valras) faydalılıq ölçüsü kimi «yutil» şərti-subyektiv vahiddən istifadə edirlər.
Faydalılığın ölçülməsinə ordinalist yanaşma müəyyən dü­zümü, yəni əmtəə və xidmətlərin üstünlük verilməsi, seçim ardıcıllığı prinsipinə əsasən sıralanmasını nəzərdə tutur. «Ordinar>> məfhumunun özü dərəcələnmiş və ya müəyyən qaydada düzümlənmiş (1-ci, 2-ci, 3-cü və s.) deməkdir. Müa­sir ordinalistlər (V.Pareto, t.Fişer, C.Hiks) faydalılıq dedik­də yalnız üstünlüklərin sıralanmasını başa düşürlər.
Tarixi və metodoloji cəhətdən kardinalizm ordinalizmdən əvvəl gəlir, buna görə də faydalılıq nəzəriyyəsinin öyrənilmə­sini kardİnalist mövqelərdən başlamaq lazımdır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin