MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İstehlakçı davranışının kardinalist nəzəriyyəsi



Yüklə 1,26 Mb.
səhifə80/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   76   77   78   79   80   81   82   83   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

13.2. İstehlakçı davranışının kardinalist nəzəriyyəsi
Ümumi və son hədd faydalılığı. Son hədd faydalılığının azalması qanunu
İstehlakçı davranışı istehlakçıların gəlirləri və şəxsi ma­raqları nəzərə alınaraq müxtəlif əmtəə və xidmətlərə olan tələblərinin formalaşması prosesidir.
İstehlakçı davranışını təhlil etməzdən əvvəl aşağıdakı şərtilikləri qəbul etmək lazımdır. Deyək ki:

  • bütün əmtəə və xidmət bazarları təkmil rəqabətli bazar­lardır, bütün əmtəə və xidmətlərin bazar qiyməti mövcuddur;

  • alış haqqında qərar qəbul etmək üçün istehlakçı lazımi səhih məlumatlara malikdir;

  • istehlakçı özünü səmərəli aparır, yəni özünün pul gəli­rini elə xərcləmək istəyir ki, maksimum məcmu faydalılıq əldə edə bilsin.

Ümumi və son hədd faydalılığı fərqləndirilir. Ümumi faydalılıq - müəyyən əmtəə vahidləri cəminin istehlakından alınan ləzzətdir. Son hədd faydalılığı isə həmin əmtəənin əlavə vahidinin alınması ilə əlaqədar ümumi faydalılığın çoxalmasına bərabər olan artıma deyilir. Son hədd fayda- lılığı tələbatın çox zərurilik dərəcəsini əks etdirir. Deyək ki, istehlakçı televizor almağa hazırlaşır, ilk alqıya tələbat çox yüksəkdir; ikinci və üçüncü televizorun son hədd faydalılığı müvafiq olaraq, aşağı olacaq. Son hədd faydalılığının azal­ması alınmış nemət vahidlərinin sayı artdıqca istehlakçı tə­rəfindən əmtəə vahidinin subyektiv qiymətləndirilməsinin aşağı düşməsi ilə bağlıdır. Nə üçün? Çünki bu konkret əmtəə (televizor) tədricən istehlakçını təmin edəcək.
Son hədd faydalılığının azalması prinsipini ilk dəfə 1854- cü ildə müəyyənləşdirmiş alman iqtisadçısı H.Qossenin (1810-1858) adı ilə Qossenin birinci qanunu adlandırırlar. Bu qanunun iki müddəası var. Birincisi növbəti nemət va­hidlərinin faydalılığının bir fasiləsiz istehlak aktında azal­masını qeyd edir ki, nəticədə bu nemətlə tam doyumluq yaranır. İkincisi təkrar istehlak aktlarında nemətin ilk va­hidlərinin faydalılığının azalmasıdır.
Son hədd faydalılığının azalması prinsipinin (qanununun) mahiyyəti ondadır ki, hər hansı bir nemətin istehlakmın artması ilə (qalanlarının istehlak həcminin dəyişilməz qal­ması şərti ilə) istehlakçının əldə etdiyi ümumi faydalılıq (TU) artır, lakin get-gedə daha az artır.
Faydalılıq subyektiv anlayışdır, buna görə də onun dəqiq kəmiyyət ölçülməsi qeyri-mümkündür. İqtisadçılar (onları kardinalist adlandırırlar) son hədd faydalılığını hesablama cəhdində şərti vahid #yutibi tətbiq edirlər ki, onun da köməkliyi ilə tələbatın təmin edilmə dərəcəsini müəyyənləş­dirirlər (ing. utility - faydalılıq). İstənilən məhsulun məcmu faydalılığını son hədd faydalılığı göstəricilərini cəmləmək yolu ilə müəyyənləşdirirlər. Məsələn, istehlakçı 10 əmtəə (alma) vahidi alır, bu miqdarda almanın ümumi faydalılığı (TU) U10 yutilə bərabərdir, 11-ci alma alınarsa, ümumi fay­dalılıq (TU) artar və Ull yutilə bərabər olar. Son hədd fay- dalılığı, yəni əlavə 11-ci almadan alman məmnunluq belə müəyyənləşdirilir:

Ü


MU =

(18.1)


U,-Uıa
İl-10


V,-Uıo
1



Şəkil 18.1. Ümumi (a) və son hədd (b) faydalı lığı

mumi və son hədd faydalılığının ümumi xüsusiyyətləri­ni qrafik şəkildə vermək olar (şəkil 18.1 və cədvəl 18.1).

Teatra (il ərzində)

Teatra gedişlərin (il

Teatra gedişlərin (il

gedişlərin miqdarı

ərzində) ümumi

ərzində) son hədd

(Q)

faydalılığı (TU)

faydalılığı (MU)

0

0



1

10

10

2

13

3

3

15

2

4

16

1

5

16

0



Cədvəl 18.1 və şəkil 18.1-dəki (a və b) qrafiklər istehlak­çının il ərzində teatra getməkdən aldığı ümumi və son hədd faydalılığı arasındakı əlaqəni göstərirlər.
Cədvələ baxanda faydalılıq vahidinin necə dəyişdiyini görmək olar. Teatra ilk gediş insana 10 yutelə bərabər fayda verir, ikinci gediş daha az, 3-ə bərabər, məmnunluq verir, növbəti gediş ondan da az (yalnız 2) məmnunluq verir və bu meyl belə də davam edir.
Teatra gedişlərin sayı 1-dən 2-yə qədər artdıqca, ümumi faydalılıq (TU) 10-dan 13-ə kimi və b.k. artır. Qeyd etmək lazımdır ki, qrafikdəki əyri (şəkil 18.1, a) üfüqiləşən nöqtə­də (4-cü və 5-ci gediş) ümumi faydalılıq (TU) maksimaldır, son hədd faydalılımı isə (MU) 0-a bərabərdir (şəkil 18.1, b).
Verilmiş qrafiklər əsasında aşağıdakı nəticələrə gəlmək olar: əmtəə (və ya xidmətlər) istehlakı tədricən çoxaldıqca məcmu faydalılıq (TU) artır, lakin getdikcə azalan templə. Buna görə də son hədd faydalılığı (MU) azalır. Əyrilərin və­ziyyəti və mailliyi istehlakçının zövqündən asılı olacaq, lakin əyrilərin forması hamısı üçün eyni olacaq. Bu son hədd fay- dalılığmın azalması qanununun fəaliyyəti ilə izah olunur ki, bu qanuna görə əmtəə və ya xidmətin istehlakı artdıqca hər bir əlavə əmtəə və ya xidmətin son hədd faydalılığı azalır.
İstehlakçının davranış qaydası
Hər bir növbəti əmtəə vahidi get-gedə daha az son hədd və ya əlavə faydalılığa malikdirsə, istehlakçı əlavə əmtəə va­hidini yalnız onların qiymətinin aşağı düşdüyü halda alacaq. Son hədd faydalılığı qanunu azalan tələb (azalan tələb əyrisi) qanununu əsaslandırmağa imkan verir və istehlakçının ala biləcəyi müxtəlif əmtəə və xidmətlər arasında öz pul gəlirini necə bölüşdürməli olduğunu izah edir.
İstehlakçı tam şüurlu (səmərəli) insandır və öz pul gəli­rini elə xərcləmək istəyir ki, maksimum məcmu gəliri əldə edə bilsin. O istədiyi hər şeyi ala bilməz, çünki pul gəliri məhduddur, onun almaq istədiyi əmtəələrin isə müəyyən qiy­məti var. Buna görə də istehlakçı müxtəlif əmtəələr arasında seçim etməlidir ki, pul gəlirinin məhdudluğunda onun
nün nöqteyi-nəzərindən daha üstün bildiyi əmtəə və xidmət­lər dəstinə yiyələnə bilsin.
BeləlİKİə, istehlaxçının öz pul gəlirinə əldə edə biləcəyi hansı əmtəə və xidmətlər dəsti ona daha çox fayda verir? İstehlaxçı davranışı qaydası bundan ibarətdir Kİ, əmtəə alın­masına hər bir sonuncu pul vahidi xərci eyni son hədd, yəni əlavə faydalılıq gətirməlidir.
Faydalılığın maKsimallaşdınlması qaydasını aşağıdam Ki­mi ifadə etmən olar:

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin