MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Şəkil 18.23. Yeni əmtəənin meydana çıxması



Yüklə 1,26 Mb.
səhifə88/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   84   85   86   87   88   89   90   91   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Şəkil 18.23. Yeni əmtəənin meydana çıxması

Bu metodun da çatışmazlıqları yox deyil. Belə ki, alıcı üçün əhəmiyyətli olan bütün xüsusiyyətlərin müəyyənləşdi­rilməsi bəzi çətinlik yaradır, bir də, real gerçəklikdə hər hal­da əmtəələrin xüsusiyyətləri deyil, özləri alınır.


Sonda yuxarıda deyilənləri ümumiləşdirərək qeyd edək ki, iqtisad elmi yerində saymır, «yeni nəzəriyyələr* və istehlak - çı davranışı və tələbinin təhlili metodları yaranır ki, bunlar ənənəvi nəzəriyyəni tamamlayır və bazara başqa bucaq altın­dan baxmağa imkan verir (məsələn, son hədd faydalılığının ayrı-ayrı sosial qrupları və ya sinifləri tərəfindən qiymətlən­dirilməsi - C.Klark), amma ordinalist nəzəriyyə indi də ən geniş yayılmış və ümumi qəbul olunaraq qalmaqdadır.


Mövzu 14. İstehsal xərclərinin təbiəti və quruluşu
14.1. İstehsal xərcləri: mühasibat və iqtisadi yanaşmalar
14.2. Qısamüddətli dövrdə istehsal xərcləri
14.3. Uzunmüddətli dövrdə istehsal xərcləri
14.4. İstehsal xərcləri və miqyas effekti
14.5. İstehsal xərclərinin minimumlaşdırılması. İzokosta


14.1. İstehsal xərcləri: mühasibat və iqtisadi yanaşmalar
Hazır məhsul bazarında firma istehsalçı-təchizatçı kimi çıxış edir, onun davranışını isə əmtəə və xidmətlər təklifi sə­ciyyələndirir. Bəs təklif nə ilə müəyyənləşir, firmanın bu və ya digər həcmdə məhsul istehsal edə bilməsi nə ilə şərtlənir? Təklifin ən mühüm amillərindən biri istehsal xərcləridir.
istehsal xərcləri eyni zamanda həm sadə, həm də çox mü­rəkkəb kateqoriyadır. Sadədir, ona görə ki, xərclər sözünün mənasının Özü bunun nə olduğunu və istehsalın təşkilinin sahibkara neçəyə başa gəldiyini bildirir. Mürəkkəbdir, çünki xərclərin mahiyyəti, təsnifatı və ölçüsünün müəyyənləşdiril- məsinə li r sıra metodik cəhətdən müxtəlif yanaşmalar möv­cuddur.
Əwəİcə xərclərin mühasibat səciyyəsi xüsusiyyətləri üzə­rində dayanmaq lazımdır, çünki xərclər istehsalla bağlı istə­nilən uçot sisteminin ayrılmaz tərkib hissəsidir. Mühasibatda xərclər dedikdə istehsal amilləri bazarında resursların alın­masına sərf olunan xərclərin məcmusu başa düşülür. Özü də resursların bazar qiyməti xərclərin kəmiyyətini təşkil edir.
Mühasiblərdən fərqli olaraq iqtisadçıları problemin yalnız zahiri və kifayət qədər aşkar tərəfi qane etmir. Onlar xərc­lərin daxili mahiyyətini də açmağa cəhd edirlər. Burada da yanaşmalar fərqli ola bilər.
Belə ki, marksizm, birincisi, kapitalist və ictimai istehsal xərclərini fərqləndirir. Birinci əmtəə istehsalının sahibkara neçəyə başa gəldiyini, ikincisi əmtəə istehsalının cəmiyyətə neçəyə başa gəldiyini göstərir. Sahibkar istehsala kapital, cəmiyyət isə əmək sərf edir. Özü də əmək məsrəfi kapital məsrəfindən çoxdur, çünki bura mənfəət şəklində sahibkar tərəfindən havayı mənimsənilən izafi əmək də daxildir. İkincisi, istehsalın kapitalist xərclərinə gəldikdə isə, Marks onları əmtəə dəyərinin kapital xərcini ödəyən ayrıca hissəsi kimi müəyyənləşdirir. Bu zaman diqqət ona yönəldilir ki, bu məhz kapital xərci deyil, dəyərin fəhlələr tərəfindən yaradı­lıb, həmişə ayrılmağa məcbur olan və istehsal prosesinin bər­pasına sərf olunan hissəsidir.
Marksist mövqeyindən fərqli olaraq müasir iqtisadi nəzəriyyədə kifayət qədər yayılmış mövqe ondan ibarətdir ki, istehsal xərcləri məcburi xərclərdir, yəni itirilmiş alter­nativlərdən ən yaxşısını səciyyələndirirlər. Məcburi xərclərə aşkar və gizli xərclər daxildir.
Aşkar xərclər bazardan alınmış istehsal amillərinin qiy­məti ilə, resurs satıcısını həmin sövdəni onun üçün ən yaxşı alternativ qismində seçməyə məcbur edən qiymətlə müəyyən­ləşir.
Gizli xərclər bazar sövdələşməsi zamanı pul verilməsini nəzərdə tutmurlar. Bununla belə, burada da söhbət müəyyən qurbanlardan gedir. Məsələn, torpaq sahəsinin, istehsal bina­sının, avadanlığın sahibi onlardan özü istifadə etməyib, ica­rəyə verə və mütəmadi renta ödənişi ala bilərdi. Alınmamış renta şəxsi investisiya resurslarının məcburi xərclərini təşkil edir. Başqa bir misal: kiçik restoranın sahibi mətbəxdəki işlərdə, müştərilərə xidmət göstərilməsində, mühasibat işlə­rinin aparılmasında şəxsən iştirak edir. Hətta o, özünə əmək haqqı yazmasa belə, bu yenə də məcburi xərclərdir, çünki o, başqa yerdə işləyib əvəzində əmək haqqı ala bilərdi. Alınma­mış əmək haqqı restoran işlətmənin məcburi xərclərini (iti­rilmiş imkanlar) təşkil edir.
Gizli xərclər mühasibat kitablarına düşmür. Lakin iqti­sadçılar demək olar ki həmişə onları nəzərə alırlar.
Məcburi istehsal xərclərinin daha bir tərkib hissəsi var: bu müəyyən bir orta, adi mənfəət norması əsasında hesablan­mış normal mənfəətdir. Normal mənfəət kapitala həmin tətbiq sahəsində qalmağa imkan verən minimal mənfəətdir. Beləliklə, belə mənfəəti müəyyən kapital qiyməti, investisi­yalar qiyməti, biznesin iştirakı qiyməti hesab etmək olar. Əgər biznesin iştirak qiyməti başqa yerdə mümkün olan gə­lirdən aşağı olarsa, sahibkar istehsalı dayandırıb kapitalını başqa sahəyə keçirə bilər. Məhz buna görə də normal mənfəət xərclərin növü kimi nəzərdən keçirilir.
Normal mənfəət marksizmin orta mənfəət kateqoriyası ilə müqayisə oluna bilər. Orta mənfəət kapitalların sahələra- rası rəqabətinin nəticəsində yaranır. Kapitalların bir istehsal sahəsindən digərinə axını nəticəsində hər bir kapital öz kə­miyyətinə mütənasib səviyyədə mənfəət əldə edəcək. Mənfəət normasının onun orta kəmiyyətindən aşağı düşməsi kapitalın sahədən çıxmasına səbəb olur. Orta mənfəətdən artıq mən­fəət əldə olunması üstəlik mənfəət əldə olunması deməkdir ki, bu da sahəyə kapital cəlb edir. Azad rəqabət şəraitində üstəlik mənfəət yalnız qısamüddətli dövrdə əldə oluna bilər. Uzunmüddətli dövrdə bütün istehsalçılar orta mənfəət əldə edirlər. Marksizmdən fərqli olan nəzəriyyələrdə də analoji nəticələrə gəlirlər.
Marksın üstəlik mənfəət adlandırdığını müasir ədəbiy­yatda müxtəlif cür adlandırırlar. Normal səviyyədən yuxarı mənfəət iqtisadi mənfəət, supermənfəət, yüksək mənfəət, xa­lis mənfəət, istehsalçının artıqlığı və ya sadəcə olaraq mənfəət adlandırıla bilər.
Beləliklə, tam məcburi xərclərə daxildir:
1   ...   84   85   86   87   88   89   90   91   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin