Fərqləndirirlər:
Orta ümumi xərclər orta təsbit olunmuş xərclərlə orta dəyişən xərclərin cəminə bərabərdir.
AOAFC+AVC
Qrafik şəkildə orta xərclər qrupu aşağıdakı kimi olacaq (şəkil 14.3).
Şəkil 14.3. Orta xərclər: təsbit olunmuş, dəyişən, ümumi
Orta təsbit olunmuş xərclər əyrisi mütəmadi soldan sağa enərək X oxuna asimptotik yaxınlaşacaq, çünki eyni bir təsbit olunmuş xərc göstəricisi daim artan məhsul həcminə bölünəcək.
Orta ümumi xərclər əyrisi əvvəl enir, sonra isə qalxır. Bu istehsal amillərinin məhsuldarlığının azalması səmərəsinin nəticəsidir. Orta xərclər sanki məhsuldarlığın (orta məhsul) əks tərəfidir: resursun hər vahidinə düşən orta məhsul nə qədər çox olsa, məhsulun hər vahidinə düşən xərclər bir o qədər az olar. Bu orta məhsul və orta xərclərin timsalında aydın görünür (şəkil 14.4).
Orta dəyişən xərclər əyrisi bütövlükdə orta ümumi xərclər əyrisinin hərəkətini təkrarlayacaq. Amma iki əyri arasındakı şaquli məsafə məhsul istehsalı artdıqca azalacaq. Bu təsbit olunmuş orta xərclərin dönmədən azalması ilə izah olunur.
Xərclərin təsnifatında son hədd xərcləri kateqoriyası mühüm yer utur. Son hədd xərcləri əlavə məhsul vahidinin istehsalı ilə əlaqədar ümumi xərclərin artmasını səciyyələndirir.
Şəkil 14.4. Orta məhsul (a) və orta xərclər (b) əyriləri
Aşağıdakı misal son hədd xərclərinin təbiətini və onların ümumi xərclər və dəyişən xərclərlə əlaqəsini anlamağa kömək edər (bax cədvəl 14.1).
Cədvəl 14.1.
Məhsulun
miqdarı
|
Məcmu dəyişən xərclər
|
Son hədd xərcləri
|
0
|
0
|
0
|
1
|
10
|
10
|
2
|
18
|
8
|
3
|
24
|
6
|
Ümumi dəyişən xərclər bütün son hədd xərclərinin cəminə bərabərdir. Son hədd xəcləri iki yanaşı duran məcmu dəyişən xərclərin qiymətləri fərqinə bərabərdir və ya MC=ATVC/AQ. Dəyişən məcmu xərclər əyrisinin kəskin əyilmə nöqtəsi olur. Bu nöqtə son hədd xərclərinin minimal qiymətinə müvafiqdir, bu göstərici dəyişən xərclər əyrisinin maillik bucağı haqqında təsəvvür yaradır. Bu nöqtədə MC daha azalmayıb artmağa başlayır, dəyişən xərclər əyrisinin mailliyi isə aza- landan artana çevrilir.
Dəyişən orta xərclər və son hədd xərclərinin qarşılıqlı əlaqəsini nəzərdən keçirmək maraqlı olar. Dəyişən orta xərclər həmişə son hədd xərclərindən sonra dəyişir və bu dəyişmədə həmişə bir qədər arxada gedir. Dəyişən orta xərclər son hədd xərcləri əyriləri qrafik şəkildə orta məhsul və son hədd məhsulu əyrilərinin güzgü kimi əksi olacaq (şək. 14.8 və 14.9).
Qrafiklərdən əyani görünür ki, son hədd xərcləri dəyişən orta xərclərdən artıq olduqda dəyişən orta xərclər artır, son h
Şəkil 14.8. Orta və son hədd məhsulları əyriləri
Şəkil 14.9. Dəyişən orta xərclər və son hədd xərcləri əyriləri
ədd xərcləri dəyişən orta xərclərdən az olduqda isə, onlar azalır. Son hədd xərcləri əyrisi dəyişən orta xarclər əyrisini onun minimum qiymətində kəsir.
Dostları ilə paylaş: |