əvəzləmənin son hədd norması X və Y əmtəələrin qiymətlər nisbətinə bərabər olanda, yəni
M ^Y
RS
XY Bundan belə nəticəyə gələ bilərİK Kİ, son hədd faydalılıq nəzəriyyəsi mövqeyindən yanaşdıqda MRS İKİ əmtəənin son hədd faydalılıqları nisbətinə eKvivalentdir.
Məhsul elementləri xüsusiyyətlərinin
təhlili əsasında istehlaK seçimi Hazırda iqtisadçılar məhsulun elementlərinin faydalılığı- na, yəni məhsullar və ya xidmətlərin öz təbiətlərinə və alıcıların psixoloji qiymətləndirməsinə görə malİK olduqları müxtəlif Keyfiyyət-texnİKİ, sosial parametrlərinə get-gedə daha çox diqqət yetirilir.
Nemətin son hədd faydalılığı onu təşıcil edən elementlərin və ya xassələrinin son hədd faydalılığının məcmu qiymətləndirilməsi Kimi nəzərdən Keçirilir.
Faydalılığın təhlilinə belə yanaşma istehsal olunan əmtəələrin geniş diversifİKasiyasının mövcud olduğu müasir şəraitdə yönümlənməyə və müxtəlif siniflərə mənsub istehlaKçıların gəlir səviyyələrindən, zövqlərindən, ənənələrindən, maraq- larından asılı olaraq müəyyən nemətə tələbatlarının müxtəlif səviyyələrdə ödənilməsi problemini həll etməyə imkan verir.
Buna əyani misal müxtəlif faydalılıq elementləri (təhlükəsizlik, rahatlıq, sürət, dizayn, servis xidməti) ilə təchiz olunmuş müasir avtomobillər ola bilər ki, onların faydalılığı eyni zamanda ən zəruri faydalılıq minimumu ilə məhdudlaşa bilər.
Məşhur Amerika iqtisadçısı K.Lankasterin təklif etdiyi və xüsusiyyətlərinin təhlili (attribute analysis - ing.) kimi məlum olan istehlakçı davranışı və tələbinin yeni təhlil metodu məhz belə məsələləri həll edir. O, aşağıdakı aksiomlara əsaslanır.
Əmtəə özü-özlüyündə istehlakçıya faydalılıq (məmnunluq) gətirmir, o, müəyyən xüsusiyyətlərə malikdir və məhz onlar faydalılığın daşıyıcılarıdırlar.
Adətən əmtəə birdən artıq xüsusiyyətə malik olur və bu xüsusiyyətlərin bir çoxu bir neçə əmtəə üçün ümumi olur.
Əmtəə kombinasiyaları (dəstləri) əmtəələrin hər birinə ayrılıqda xas olanlardan fərqli xüsusiyyətlərə malik ola bilirlər.
Nemətə tələb nemətlərin xüsusiyyətlərinə və ya onlara malik olmaqdan gözlənilən xidmətlərdən törəmə tələbdir (belə ki, avtomobillərə tələb nəqliyyat xidməti, onların təhlükəsizliyi, rahatlığı, nüfuzu, mülkiyyət obyekti olmaları və sairdən gələn törəmə tələbdir).
Ordinalist nəzəriyyədən fərqli olaraq bu metodda üstünlük- verimi sistemi ordinalist konsepsiyada olduğu kimi əmtəələrin özlərinə deyil, onların çoxsaylı xüsusiyyətlərinə söykənir. Fərqsizlik əyriləri də müvafiq olaraq müəyyən istehlakçı üçün eyni faydalılığa malik xüsusiyyət çoxluğunu göstərirlər. Buna görə də fərqsizlik xəritəsi əmtəələrin özlərini deyil, xüsusiyyətlər müstəvisini göstərirlər.
Xüsusiyyətlərin təhlili ənənəvi ordinalist nəzəriyyəyə alternativ deyil, o əslində onu tamamlayır, istehlakçı davranışı və tələbinin elmi təhlilinin imkanlarını genişləndirir. Bu metodun köməkliyi ilə ənənəvi ordinalist nəzəriyyənin həll edə bilmədiyi məsələ: bazara yeni əmtəələrin gəlməsi ilə istehlak tələbinin necə dəyişməsi məsələsi Öz həllini tapır.
Bu vəziyyəti qrafik modelin köməkliyi ilə nəzərdən keçirək.
Şəkil 18.23-də bazarda cəmi üç müxtəlif əmtəə (A, B, C) olan ilkin vəziyyət göstərilmişdir. Deyək ki, A'B'C' B nöqtəsində Uj U: əyrisinə toxunan ilkin effektivli həddir. Beləliklə, bu istehlakçı üç əmtəədən birini - B'-ni alır. Yeni əmtəədə (D) onun üçün əhəmiyyətli xüsusiyyətlər Y:X nisbə- tindədir, bu da C-dəkindən çox, B-dəkindən azdır. Yeni əmtəənin qiyməti elədir ki, səmərəli hədd A'B'C'D vəziyyətinə dəyişilir. İndi, göründüyü kimi, istehlakçı tələbi B əm- tədən yeni D əmtəəyə yönəltməklə daha yüksəkdəki U2 U2 fərqsizlik əyrisinə çata bilər.