MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Qeyri-müəyyənlik və risk şəraitində istehlakçının səmərəli seçimi



Yüklə 1,26 Mb.
səhifə85/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   81   82   83   84   85   86   87   88   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

13.4. Qeyri-müəyyənlik və risk şəraitində istehlakçının səmərəli seçimi
İstehlakçının bazarda, ələlxüsus bahalı əmtəə (məişət elektrotexnikası, mebel) və ya qiymətli kağızlar (məsələn, səhmlər alanda kursun necə dəyişəcəyini - azalacağını və ya artacağını əvvəlcədən bilmək çətindir) alışında davranışı qey- ri-müəyyən kimi səciyyələndirilə bilən vəziyyətlə bağlıdır. İstehlakçı bərbərxanaya gedəndə və ya əşyalarını (xüsusilə xəz və ya dəri məmulatlarını) kimyəvi təmizləməyə verəndə, yaxud turist səfərinə yollananda müəyyən dərəcədə riskə gedir. Bütün hallarda nəticə 100% dəqiqliklə tam müəyyən deyil. Riskə getməyə dəyərmi? Qazanmaq (və ya heç olmasa uduzmamaq) üçün hansı qərarı qəbul etmək lazımdır?
Aparılmış tədqiqatlar (bu problem 17-ci fəsildə «Mikro- iqtisadiyyatda qeyri-müəyyənlik amili. Risklər nəzəriyyə­sində diqqətlə nəzərdən keçirilmişdir) göstərir ki, adamların çoxu qeyri-müəyyənlikdən, naməlumluqdan qaçmağa çalışır, yəni risk əleyhdarları qəbiləsinə aiddirlər. Riskə laqeyd olan (neytral) insanlar da var, riskə meyllilər də.
İnsanların qeyri-muəyyənlik və risk şəraitində davranışı­nın təhlilində kardinalist son hədd faydalılığı nəzəriyyəsi istifadə olunur. Burada düşüncə məntiqi belədir: insanın itirdiyi hər bir dollar udulan hər bir dollara nisbətən baha qiymətləndirilir, buna görə də əgər 1000$ udmaq imkanı və eyni zamanda 1000$ uduzmaq şansı varsa, onda uduşun son hədd faydalılığı (MU) uduzmağın son hədd (itki) faydalılı- ğmdan aşağı qiymətləndiriləcək. Risk əleyhdarı riskə getmə­yəcək, yəni səmərəli hərəkət edəcək və beləliklə ümumi faydalılığı (TU) maksimallaşdıracaq. Deməli, risk əleyhdar­larının davranışı son hədd faydalılığının azalması qanununa müvafiqdir.
İnsanların riskə getmək istəməməsi, hər yeni dollarda onların əldə etdikləri sərvətin faydalılıq artımının get-gedə azalması fikrini hələ 1738-ci ildə D.Bernulli söyləmişdi.
İnsanın qeyri-müəyyənlik şəraitində səmərəli qərar qəbul etməsi faydalılıq funksiyasına əsaslanır. Amerika alimləri C.Neyman və O.Morgenştern göstərmişlir ki, qərar qəbul edilməsində insan gözlənilən faydalılığm maksimallaşdırıl- masma can atacaq, yəni bütün mümkün variantlardan o ən böyük gözlənilən faydalılığı təmin edənini seçəcək. Neyman- Morgenştern faydalılıq funksiyası qərar qəbul edən insanın mümkün nəticələrin hər birinə şamil etdiyi faydalılıqdır. Hər bir insanın özünün riskə münasibətindən asılı olaraq onun bu və ya digər nəticələrə üstünlükverimini göstərən öz faydalılıq funksiyası var. Q
a) riskə meylli olmayan b) riskə neytral insan b) riskə meylli insan
insan üçün üçün üçün

rafik şakildə Neyman-Morgenştern faydalılıq funksiyası belədir (bax şəkil 18.3, a, b, c):

U - insanın əldə etmək istədiyi faydalılıq;
GPQ - gözlənilən pul qiymətləndirilməsi (uduş)
Şəkil 18.3. Neyman-Margenştern faydalılıq funksiyasının
qrafiki



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin