MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə81/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   77   78   79   80   81   82   83   84   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

A
D son Büdcə gəlirindən
hədd xərclərin pul
faydalılığı vahidinə düşən orta
D dəstin son hədd
qiyməti faydalılığı

dəstin son B dəstin son

hədd hədd
faydalılımı faydalılığı
A dəstin B dəstin
qiyməti qiyməti
(18.2)
Və ya deməK olar Kİ, istehlaKçı öz vəsaitlərini əmtəə alışı üzrə aşağıdam Kimi bölüşdürsə maKSİmum məmnunluq ala bilər.
MUa MUb MUd _
Pa Pb P^~“ "X (18.3)
burada MUA, MUB, MUD - A, B, D əmtəələrinin son hədd faydalılığıdır;
PA, PB, PD - A, B, D dəstlərinin qiymətidir.
X - pulların hədd faydalılığını səciyyələndirən vahiddir.
Bu bərabərliyi (18.3) aşağıdaxı Kimi izah etməx olar. mua/Pa nisbəti istehlaxçının A əmtəəsinin alınmasına xərc­lərinin 1 rubl artması zamanı ümumi faydalılığın artımını göstərir. Aydındır Kİ, istehlaxçı üçün ən optimal hal belə nisbətlərin bir-birinə bərabər olmasıdır.
Başqa sözlə, alıcı bu əmtəəyə xərclənmiş bir pul vahidi he­sabı ilə son hədd faydalılığı, digər əmtəəyə xərclənmiş pul vahidinə düşən son hədd faydalılığına bərabər olana ximi tə­ləb göstərəcəx. Və onlardan hər biri pulun son hədd faydalılı- ğı ximi (məsələn, 1 rubl) nəzərdən Keçirilə bilər. X Kəmiyyəti istehlakçının pul gəlirinin 1 rubl artacağı təqdirdə ümumi faydalılığın (TU) neçə yutil artacağını göstərir.
Beləliklə, (18.3) bərabərliyi göstərir ki, müvazinətlik və­ziyyətində (yəni gəlirin və əmtəələrin qiymətlərinin verilmiş kəmiyyətində maksimum mümkün məcmu faydalılığın səviy­yəsi) hər hansı bir əmtəənin alınmasına xərclənmiş sonuncu pul vahidindən əldə olunmuş faydalılıq, hansı əmtəənin alın­ması üçün xərclənməsinə baxmayaraq, eynidir. Bu müddəa Qossenin ikinci qanunu adını almışdır.
Təhlili davam etdirərək fərz etmək olar ki, A əmtəəsinin qiyməti artıb, onda (18.3) bərabərliyində birinci nisbət MUA/PA azalır.
Onu bərpa etmək və ümumi faydalılığı (TU) maksimallaş- dırmaq üçün istehlakçı A əmtəəsinin istehlakını azaltmalıdır. Beləliklə, əmtəənin qiyməti qalxdıqca, ona tələbin kəmiyyəti azalır.
Bununla da, qiymət hər bir istehlakçının son hədd fayda- lılığını ayrılıqda ölçməyə imkan verir, çünki müxtəlif isteh­lakçıların pul vahidlərinin son hədd faydalılığı eyni deyil. Varlı və bir o qədər varlı olmayan adamların müvazinət şərt­ləri müxtəlifdir. Lakin onların aldıqları müxtəlif əmtəələrin son hədd faydalılıqlarının nisbəti eyni olacaq, çünki istənilən nemətin qiyməti hamı üçün eynidir. Əgər yuxarıda nəzərdən keçirdiyimiz faydalılığın maksimallaşdırılması (18.3) düstu­runu dəyişsək və onu aşağıdakı kimi versək:
MUa Pa MUb Pb MUa Pa
MUb “ PB ; MUd Pd ’ MUd Pd ”” (18.4)
görmək olar ki, istənilən iki nemətin MU-ları arasındakı nisbət onlara müvafiq olan P-lərin nisbətinə bərabərdir. De­məli, «n» nemətlərin son hədd faydalılıqları arasındakı nis­bət onların müvafiq qiymətləri aralarındakı nisbət kimidir. Bu bütün istehlakçılar üçün doğrudur. Deyək ki, üç nemətin qiyməti 5, 3. 2-dir, bu halda həmin əmtəələrin son hədd fay- dalılığı da 5:3:2 kimi nisbətdə olmalıdır. Lakin varlı isteh­lakçı üçün bu son hədd faydalılıqları, məsələn, 10, 6, 4, ona nisbətən kasıb üçün isə 15, 9, 6 ola bilərlər. Lakin onlar ara­sındakı nisbət hər iki halda eyni olacaq.
Qeyd edək ki, yuxarıda verilimiş düsturlarda nəzərə alı­nan bu göstərilən istehlak nemətləri qiymətləri tam dəqiq deyillər. Onlar yalnız əmtəənin bazar qiymətindən deyil, həm də onun alınmasına vaxt sərfini də nəzərə alan tam qiyməti əks etdirmirlir. Bu məqamın xüsusi əhəmiyyəti var, çünki iqtisadi resurs kimi vaxtın özünün müəyyən qiyməti var (məsələn, ABŞ qanunlarına müvafiq olaraq iş saatının mini­mum qiyməti 5 dollardır). Buna görə də məxrəc elə dəqiqləş­dirilməlidir ki, ümumi P qiymətinə (kəsrin məxrəci) A əmtəənin özünün dəyəri ilə yanaşı əmtəənin alınmasına (ax­tarmaq, növbəyə dayanmaq, yerinə çatdırmaq, yenidən hazır­lamaq və s.) və onu istehlaka hazırlamağa (buna istehlak xərcləri deyirlər) lazım olan vaxt sərfi də daxil olsun. Belə olanda, məsələn, istehlakçı evdəki nahara vaxt və vəsait xər­cini və restorandakı nahara xərci müqayisə edərək öz pul gəlirini elə bölüşdürməyə çalışacaq ki, bundan daha çox öz tələbatlarını ödəmək üçün istifadə edə bilsin və bu zaman məcmu faydalılığı maksimallaşdırsın.
Bunu hələ A.Smit göstərmişdi: «Hər bir cismin həqiqi qiyməti, yəni hər bir cismin onu əldə etmək istəyənə həqiqə­tən hansı hesaba başa gəldiyi bu cismi almaq üçün lazım olan əmək və cəhdlərdir».x Buna görə də xeyli azad vaxt resursu­na malik insanlar, həmçinin azad vaxtın onlar üçün qiyməti nisbətən aşağı olanlar əmtəələrin ümumi növbə qaydasında bölüşdürülməsi zamanı müəyyən üstünlüyə malik olurlar və növbədə keçirdikləri vaxtı pul gəlirinə çevirə bilərlər (məsə­lən, növbə ilə aldıqları əmtəəni daha baha qiymətə satmaq və ya növbədə yerini satmaqla); qıtlıq iqtisadiyyatında buna rast gəlinir.
Gəlir effekti və əvəzləmə effekti. Qiffen paradoksu
Qeyd edək ki, son hədd faydahlığınm azalması qanunu daim işlədiyindən faydalılığm maksimallaşdırılması qaydası­nı və məntiqi cəhətdən onunla uyğunlaşan tələb əyrisini qiy­mətin aşağı düşməsini nəzərə almaqla daim dəqiqləşdirmək lazım gəlir. Bu onunla əlaqədardır ki, alınan hər bir əmtəə­nin son hədd faydalılığı azalmaqla qiymətinin düşməsi isteh­lakçını bu əmtəədən yenə almağa sövq edir. Eyni bir əmtəənin hər bir növbəti satışı istehlakçının qiymət düşməsindən və sabit gəlir, bir də qarşılıqlı əvəzlənən əmtəələrin nisbətən da­ha yüksək qiymətləri şəraitində əlavə fayda götürməsi şərti ilə mümkündür. Aydındır ki, yüksək qiymət alıcının qabağını alır, aşağı qiymət isə alıcını əmtəə alışına şirnikləndirir.
Əmtəə qiymətinin aşağı düşməsi iki nəticəyə səbəb olur ki, bunlar da öz növbəsində əmtəələrə tələbin artımını şərtləndirir.


  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin