Referat elmi rəhbər: Nağıyeva Vüsalə Tələbə: Həbibova Aydan Bakı-2023 plan



Yüklə 56,3 Kb.
səhifə1/4
tarix07.01.2024
ölçüsü56,3 Kb.
#207973
növüReferat
  1   2   3   4
Həbibova Aydan Mikroiqtisadiyyat


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Mühasibat uçotu
Fənn: Mikroiqtisadiyyat
Kafedra: İqtisadi nəzəriyyə
Qrup: 322S
Kurs: 2
Mövzu: “Təkmil rəqabətli bazar modeli”

REFERAT
Elmi rəhbər: Nağıyeva Vüsalə
Tələbə: Həbibova Aydan
Bakı-2023
PLAN
Giriş
1. Təkmil rəqabətli bazar modeli
2. Qısamüddətli dövrdə firmanın tarazlığı
3. Xalis inhisar şəraitində firmanın davranışı
4.İnhisarçı firmanın qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlığı
5. İnhisar və cəmiyyət
Nəticə
Ədəbiyyat
GİRİŞ
İstehlakçı və istehsalçı artığını bir araya gətirdiyimiz zaman, rəqabətli bazarların cəmiyyət üçün ümumi (bəzən sosial artı deyilən) bir artı yaratdığı çox açıqdır. Başqa sözlə, bazar rəqabətli bazar deyil, inhisarçı olduğu zaman bazarda cəmiyyət üçün yaratdığı ümumi artı və ya dəyər miqdarında azalma var.
Müəyyən bazar quruluşunun, məsələn, təkmil bazar rəqa­bətinin, bazar modelini təhlil etmək üçün firmanın məqsə­dini (məqsədlərini) dəqiqləşdirən daha bir vacib şərtiliyə yer vermək lazımdır, iqtisadi nəzəriyyədə firmanın əsas məqsə­dinin gəlirin maksimallaşdırılması olduğu fikri üstünlük təşkil edir. Ən müxtəlif məktəblərin nümayəndələri bu fikri bölüşürlər. Bu bəlkə də yeganə məsələdir ki, marksistlər, neoklassiklər, monetaristlər və bir çox başqaları arasında fi­kir müxtəlifliyi yoxdur. 


1. Təkmil rəqabətli bazar modeli
Bütün modellər kimi, təkmil rəqabətli bazar modeli də xalis abstraksiyadır, amma ağıllı abstraksiyadır, çünki o istənilən bazar quruluşunun ən tipik əlamətlərini əks etdirir və faydalı abstraksiyadır, çünki bazarın öz ünü tənzimləmə mexanizmini dərk etməyə və onun obyektiv imkanlarını və daxili hüdudlarını qiymətləndirməyə imkan verir. Bazar göstərilmiş təsnifat əlamətlərinə müvafiq olaraq, aşağıdakı şərtlər gözləniləndə təkmil rəqabətli hesab olunur.
■ Sahə bazarında bir-birindən asılı olmayan çoxsaylı istehsalçı firmalar fəaliyyət göstərir və digər tərəfdən çoxsaylı istehlakçı mövcuddur. ,
■ İstehsalçıların çoxsaylılığı səbəbindən onların hər birinin fərdi istehsal səviyyəsi sahə ilə müqayisədə cüzidir. Buna görə də ayrılıqda götürülmüş firma sahə təklifinə və deməli, bazar qiymətinə təsir edə bilmir. Müvafiq olaraq ayn-ayrı istehlakçılar da sahə tələbini dəyişə və qiymət üzərində nəzarəti ələ keçirə bilmir. Həm istehsalçı, həm istehlakçı hazır qiymətlə rastlaşırlar. Onlar bazar qiymətini mövcudluq kimi qəbul edirlər. Firmaların sahəyə heç nə ilə məhdudlaşmayan girişi və çıxışı mövcuddur.
■ Sahə məhsulu diferensiasiya olunmayıb, məsələn, kök, taxıl, kartof kimi bircinslidir. Hər hansı bir ticarət markaları yoxdur.
■ Hər firmanın təklif etdiyi məhsul sahə təklifinin cüzi hissəsini təşkil etdiyindən bazar onun bütün məhsulunu cari bazar qiymətləri ilə qəbul etməyə hazırdır. Bu o deməkdir ki, məhsula tələb əyrisi koordinat başlanğıcından məhsulun bazar qiymətinə bərabər kəmiyyət qədər aralıda duran üfüqi xətdir. Aydındır ki, real həyatda belə bazar quruluşu çətin ki, nə vaxtsa mövcud olmuş olsun, çünki yuxanda göstərilən prinsiplərin çoxu tam gözlənilmir. Belə ki, sahəyə daxil olmağa və biznes yaratmağa müəyyən bürokratik və ya iqtisadi məhdudiyyətlər həmişə mövcuddur; əmtəələri diferensiasiya edən çoxsaylı ticarət markaları var; hətta sahədə çoxsaylı satıcılar olduğu halda onlarla paralel bazar hökmranlığına malik olan və qiyməti diktə edən hökmran firmalar mövcuddur. Beləliklə, göstərilən prinsiplər əsasən şərtidir. Bununla belə rəqabət qabiliyyətli firmanın davranışını və müxtəlif modifikasiyalardan uzaqlaşaraq bazar mexanizminin təmiz halda fəaliyyətini başa düşmək üçün bu şərtiliklər zəruridir.
Müəyyən bazar quruluşunun, məsələn, təkmil bazar rəqabətinin, bazar modelini təhlil etmək üçün firmanın məqsədini (məqsədlərini) dəqiqləşdirən daha bir vacib şərtiliyə yer vermək lazımdır, iqtisadi nəzəriyyədə firmanın əsas məqsədinin gəlirin maksimallaşdırılması olduğu fikri üstünlük təşkil edir. Ən müxtəlif məktəblərin nümayəndələri bu fikri bölüşürlər. Bu bəlkə də yeganə məsələdir ki, marksistlər, neoklassiklər, monetaristlər və bir çox başqaları arasında fikir müxtəlifliyi yoxdur. Belə ki, K. Marks «Kapital»da izafi dəyəri kapitalizmin əsas iqtisadi qanunu kimi qiymətləndirir və gəlirə can atmanı kapitalist sahibkarlığının əsas vadaredici səbəbi hesab edir. Marks ingilis həmkarlar ittifaqı xadimi və publisisti Danninqin gəlir haqqındakı aşağıdakı maraqlı fikrinə istinad edir. «Təbiət boşluqdan qorxduğu kimi, kapital da gəlirin olmamasından və ya az olmasından qorxur. Kifayət qədər gəlir olduqda isə kapital cəsarətlənir. 10% gəlir olduqda kapital hər şəkildə işlədilməsinə razı olur; 20% olarsa kapital cuşə gəlir; 50% olduqda isə hətta başını da verməyə hazırdır; 100% kapital bütün bəşər qanunlarını tapdalayır; 300% olduqda o hətta asılacağını göz önündə tutmalı da olsa, heç bir cinayətdən geri durmaz. Əgər hay-küy və söyüş gəlir versə, kapital bunların hər ikisinə kömək edər. Qaçaqmalçılıq və qul alveri buna sübutdur»*. Müasir iqtisadçıların çoxu da həmçinin gəlirin maksimal- laşdınlması fikrinə üstünlük verirlər 5 6 . Qeyd etmək lazımdır ki, hazırda əsas kimi firmanın digər məqsədlərini, ümumi gəlirin maksimallaşdınlması, satışdan əldə olunan pulun ümumi məbləğinin maksimallaşdınlması, firma artımının maksimal- laşdırılması və s. (daha təfərrüatlı bax. Fəsil 16) nəzərdən keçirən bir sıra alternativ nəzəriyyələr də mövcuddur. Müasir alternativ firma nəzəriyyələri nəzəri və praktik cəhətdən nə qədər dəyərli olsalar da, bununla belə firmanın realizə etdiyi çoxsaylı məqsədlər arasında gəlirin maksimallaşdırılmasının heç də axırıncı yerlərdə olmadığını inkar etmirlər. Ən ümumi şəkildə ümumi gəliri (TP - total profit; ümumi gəliri ümumi məhsuldan (TR) fərqləndirmək üçün latın hərfindən deyil, yunan hərfindən (P) istifadə olunur) satışdan əldə olunan pulun ümumi məbləği ilə ümumi xərclər arasındakı fərq kimi müəyyənləşdirmək və ya aşağıdakı kimi göstərmək olar: n n TP = TR - TC p q, - 2 w,x„ i=t j=J ı t' burada n - istehsal olunan məhsulun növlərinin miqdarı; m - tətbiq olunan istehsal amillərinin miqdarı; p - i məhsulun qiyməti; q - istehsal olunmuş i məhsulun miqdarı; w - i istehsal amilinin qiyməti; x - istifadə olunan i istehsal amilinin miqdarı, tkiamilli birməhsullu modeldə gəlir funksiyasını belə yazmaq olar: TP-TR-TC=PQ - (rK+wL)=Pf (K,L)-(rK+wL) burada K - tətbiq olunan kapitalın miqdarı; L - tətbiq olunan əməyin miqdarı; r - kapital vahidinin qiyməti; w - əmək vahidinin qiyməti. Gəlir funksiyasını bildikdə onun qrafik təsvirini vermək olar. Bunun üçün istehsal həcmini gəlir və xərclər vasitəsilə ifadə edək. Q=TP/P+rK/P+wL/P Deyək ki, kapitalın miqdarı təsbit olunmuşdur (qısamüddətli dövr). Onda şaquli oxda məhsul istehsalının həcmini istehsalın dəyişən amili olan əməkdən asılı olaraq əks etdirmək olar. Gəlir səviyyəsi dəyişkən ola bildiyindən bir sıra paralel düz xətlər - izoprofit alarıq. Əyrilərin maillik bucağı w/P nisbəti ilə müəyyənləşir. Izoprofitlərdən hər birinin şaquli oxla kəsişmə nöqtəsi TP/P+rK/P cəmi ilə müəyyənləşir (bax şəkil 19.1). İzoprofit istehsal olunan məhsulun kəmiyyətinin və dəyişən amilin kəmiyyətinin eyni bir səviyyədə gəlir verən bütün mümkün kombinasiyalarını səciyyələndirən nöqtələrin həndəsi yeridir.

Yüklə 56,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin