1. Bazar quruluşu və ya spesifik rəqabət vəziyyəti firmanın davranışına və onun bazar strategiyası və taktikasının seçilməsinə həlledici təsir göstərir



Yüklə 52 Kb.
tarix02.01.2022
ölçüsü52 Kb.
#42975

1.Bazar quruluşu və ya spesifik rəqabət vəziyyəti firmanın davranışına və onun bazar strategiyası və taktikasının seçilməsinə həlledici təsir göstərir.

Firmanın davranışı isə, öz növbəsində, bilavasitə onun fəaliyyət nəticələrinin göstəriciləri: qiymət, gəlir, səmərəlilik ilə bilavasitə bağlıdır. Firmanın davranışı və nəticəliliyi bütün sahənin fəaliyyəti və uğur qazanmasına təsir etməyə bilməz, sahənin vəziyyəti isə bütövlükdə milli iqtisadiyyata təsir edir. Beləliklə, bazar iqtisadiyyatında tərəfmüqabillərin qarşılıqlı şərtlənməsinin səviyyəsi xeyli yüksək olduğundan, bazarın təşkili və ya quruluşu yalnız mikroiqtisadiyyat üçün deyil, həm də makroiqtisadiyyat üçün ən mühüm əhəmiyyət kəsb edir. Bu tezisi şərti məntiqi sxem şəklində yazmaq olar: Bazarın quruluşu —> firmanın davranışı —> firmanın uğurluluğu —> sahənin uğurluluğu —> milli iqtisadiyyatın uğurluluğu. BazEirın quruluşu bu və ya digər dərəcədə mürəkkəb ola bilər və bundan başqa, Özündə qeyri-bazar elementlərini ehtiva edə bilər. Bununla belə onun təsnifat aparmağa imkan verən səciyyəvi əsas əlamətləri var. Müasir iqtisadi nəzəriyyədə bazar quruluşunun dörd tipi göstərilir: təkmil rəqabət, inhisar rəqabəti, oliqopoliya və xalis inhisar. Birinci və sonuncu iki qütb, iki son hədd modellərdir ki, bunlar arasın 515 Tekmit reqabət şəraitində iınnanın davranışı da qeyri-təkmil adlandırılan inhisarçı rəqabət və oliqopoliya ara formaları yerləşir. Əslində inhisar da qeyri-təkmil rəqabətə aiddir, doğrudur, bəzi tədqiqatçılar onu rəqabətin olmaması kimi qiymətləndirirlər. Yuxarıda göstərilən təsnifatın əsasında aşağıdakı əlamətlər durur: ■ sahədə firmaların sayı; ■ ayrılıqda götürülmüş firmanın qiymətlərə nəzarəti; ■ sahəyə giriş və ondan çıxma azadlığı; ■ məhsulun xarakteri; ■ firmanın məhsuluna tələb əyrisinin xarakteri. Göstərilən dörd modelin hamısı verilmiş təsnifat əlamətləri əsasında növbə ilə aşağıdakı fəsillərdə nəzərdən keçiriləcək.



§2. Təkmil raqabətU bazar modeli. Rəqabət qabiliyyətli firmanın tələbi^ təklifi və gəUri Bütün modellər kimi, təkmil rəqabətli bazar modeli də xalis abstraksiyadır, amma ağıllı abstraksiyadır, çünki o istənilən bazar quruluşunun ən tipik əlamətlərini əks etdirir və faydalı abstraksiyadır, çünki bazarın öz ünü tənzimləmə mexanizmini dərk etməyə və onun obyektiv imkanlarını və daxili hüdudlarını qiymətləndirməyə imkan verir. Bazar göstərilmiş təsnifat əlamətlərinə müvafiq olaraq, aşağıdakı şərtlər gözləniləndə təkmil rəqabətli hesab olunur. ■ Sahə bazarında bir-birindən asılı olmayan çoxsaylı istehsalçı firmalar fəaliyyət göstərir və digər tərəfdən çoxsaylı istehlakçı mövcuddur. ■ İstehsalçıların çoxsaylılığı səbəbindən onların hər birinin fərdi istehsal səviyyəsi sahə ilə müqayisədə cüzidir. Buna görə də ayrılıqda götürülmüş firma sahə təklifinə və deməli, bazar qiymətinə təsir edə bilmir. Müvafiq olaraq ayn-ayrı istehlakçılar da sahə tələbini dəyişə və qiymət üzərində nəzarəti ələ keçirə bilmir. Həm istehsalçı, həm istehlakçı hazır qiymətlə rastlaşırlar. Onlar bazar qiymətini mövcudluq kimi qəbul edirlər. ■Firmaların sahəyə heç nə ilə məhdudlaşmayan girişi və çıxışı mövcuddur. ■Sahə məhsulu diferensiasiya olunmayıb, məsələn, kök, taxıl, kartof kimi bircinslidir. Hər hansı bir ticarət markaları yoxdur. ■Hər firmanın təklif etdiyi məhsul sahə təklifinin cüzi hissəsini təşkil etdiyindən bazar onun bütün məhsulunu cari bazar qiymətləri ilə qəbul etməyə hazırdır. Bu o deməkdir ki, məhsula tələb əyrisi koordinat başlanğıcından məhsulun bazar qiymətinə bərabər kəmiyyət qədər aralıda duran üfüqi xətdir. Aydındır ki, real həyatda belə bazar quruluşu çətin ki, nə vaxtsa mövcud olmuş olsun, çünki yuxarıda göstərilən prinsiplərin çoxu tam gözlənilmir. Belə ki, sahəyə daxil olmağa və biznes yaratmağa müəyyən bürokratik və ya iqtisadi məhdudiyyətlər həmişə mövcuddur; əmtəələri diferensiasiya edən çoxsaylı ticarət markaları var; hətta sahədə çoxsaylı satıcılar olduğu halda onlarla paralel bazar hökmranlığına malik olan və qiyməti diktə edən hökmran firmalar mövcuddur, Beləliklə, göstərilən prinsiplər %asən şərtidir. Bununla belə rəqabət qabiliyyətli firmanın davranışını və müxtəlif modifikasiyalardan uzaqlaşaraq bazar mexanizminin təmiz halda fəaliyyətini başa düşmək üçün bu şərtiliklər zəruridir. Müəyyən bazar quruluşunun, məsələn, təkmil bazar rəqabətinin, bazar modelini təhlil etmək üçün firmanın məqsədini (məqsədlərini) dəqiqləşdirən daha bir vacib şərtiliyə yer vermək lazımdır. İqtisadi nəzəriyyədə firmanın əsas məqsədinin gəlirin maksimallaşdırılması olduğu fikri üstünlük təşkil edir. Ən müxtəlif məktəblərin nümayəndələri bu fikri bölüşürlər. Bu bəlkə də yeganə məsələdir ki, marksistlər, neoklassiklər, monetaristlər və bir çox başqaları arasında fikir müxtəlifliyi yoxdur. Belə ki, K. Marks «Kapital*da izafi dəyəri kapitalizmin əsas iqtisadi qanunu kimi qiymətləndirir dirmək və ya aşağıdakı kimi göstərmək olar; T P - T R - T C =£ i=IPiQi 1=1

burada n - istehsal olunan məhsulun növlərinin miqdarı; m - tətbiq olunan istehsal amillərinin miqdarı; p - i məhsulun qiyməti; q - istehsal olunmuş i məhsulun miqdarı; w - i istehsal amilinin qiyməti; X - istifadə olunan i istehsal amilinin miqdarı, tkiamilli birməhsullu modeldə gəlir funksiyasını belə yazmaq olar: TP=TR-TC=PQ - (rK+wL)=Pf (K,L)-(rK+wL) burada K - tətbiq olunan kapitalın miqdarı; L - tətbiq olunan əməyin miqdarı; r - kapital vahidinin qiyməti; w - əmək vahidinin qiyməti. Gəlir funksiyasını bildikdə onun qrafik təsvirini vermək olar. Bunun üçün istehsal həcmini gəlir və xərclər vasitəsilə ifadə edək. Q=TP/P+rK/P+wL/P Deyək ki, kapitalın miqdarı təsbit olunmuşdur (qısamüddətli dövr). Onda şaquli oxda məhsul istehsalının həcmini istehsalın dəyişən amili olan əməkdən asılı olaraq əks etdirmək olar. Gəlir səviyyəsi dəyişkən ola bildiyindən bir sıra paralel düz xətlər - izoprofit alarıq. Əyrilərin maillik bucağı w/P nisbəti ilə müəyyənləşir, İzoprofitlərdən hər birinin şaquli oxla kəsişmə nöqtəsi TP/P+rK/P cəmi ilə müəyyənləşir (bax şəkil 19.1). İzoprofit istehsal olunan məhsulun kəmiyyətinin və dəyişən amilin kəmiyyətinin eyni bir səviyyədə gəlir verən bütün mümkün kombinasiyalarmı səciyyələndirən nöqtələrin həndəsi yeridir yüksək izoprofit ilə toxunma nöqtəsində əldə olunur. İndi isə bütün amillərin dəyişkən olduğu uzunmüddətli dövr üçün gəlirin funksiyasım nəzərdən keçirək. Məlum olduğu kimi, funksiya ilk fərdi verilənlər sıfra bərabər olanda maksimallaşır. Gəlirin kapitala funksiyasını diferensiallaşdırıb nəticələri sıfra bərabər etsək aşağıdakını alarıq: PdQ/dk - r = 0, yaxud P x MP^ = r Əməə nisbətdə eyni əməliyyat aşağıdakı tənliyi verər: PdQ/dL - w = 0, yaxud P x MPL = w Beləliklə, belə nəticəyə gəlmək olar ki, firma gəlirini istehsal amili vasitəsilə yaradılmış son hədd məhsulunun dəyəri həmin istehsal amilinin dəyərinə bərabər olduğu halda maksimallaşdınr. İstehsalın həcmini seçəndə firma müxtəlif miqdarda resurslar işlədə və onları müxtəlif qiymətlərə ala bilər, tki dövrü: 1 və 2 - müqayisə edək. Hər dövrdə məhsulun və istehsal amillərinin qiymətlər səvİ3ryəsi verilir: müvafiq olaraq Pj, rı, Wj və ?2, r2, W2. İstehsal olunan məhsulun, istifadə olunan kapitalın və əməyin optimal miqdarı Qı, Kı, Lı və Q2, K2, L2 ilə göstərilir. Deyək ki, ikinci dövrdə firma başqa həcmdə resurs alır və başqa həcmdə məhsul istehsal edir, amma resursların və hazır məhsulun qiyməti birinci dövrdəki kimi qalır. Bu halda gəlirin maksimallaşdıniması məsələsi həyata keçirilirsə, birinci dövrün gəliri ikinci dövrün gəlirindən az olmamalıdır (o ya bərabər və ya artıq olmalıdır). Bunu aşağıdakı bərabərsizlik şəklində yazmaq olar: PjQı - (r^Kı + WjLı) > P1Q2 - (rıK2 + W1L2). Müvafiq olaraq istifadə olunan resurslarm və istehsal olunan məhsulun həcminin birinci dövrdəki kimi qalması şərti ilə Bu iki şərtin (bərabərsizliyin) gözlənilməsi gəlirin maksimallaşdınlmasmm zəif aksiomunun (WAPM — Weak Axiom of Profit Maximization) mahiyyətini təşkil edir. Bərabərsizliyin gözlənilməməsi firmanın gəliri maksimallaşdırmaması (texnologiyanın daimiliyi şərti ilə) deməkdir. Bərabərsizliklər aşağıdakı kimi dəyişdirilsə, aksiomanın mənası daha aydın olar. İkinci bərabərsizliyi birincidən çıxaq və göstəriciləri Q, K və L göstəriciləri üzrə qruplaşdıraq. APAQ — (ArAK + AwAL) > 0. Başqa sözlə, əgər texnologiya dəyişilməz qalarsa, hazır məhsulun və (və ya) resursların qiyməti dəyişdiyi təqdirdə firma resursların istehlakı və məhsul istehsalını elə dəyişməlidir ki, satışdan əldə olunmuş pulun ümumi dəyişməsi ilə xərclərin ümumi həcminin dəyişməsi arasındakı fərq mənfi olmasın. Bu nəticə gəlirin müəyyənləşdirilməsi və gəlirin maksimallaşdınlması prinsipinə tam uyğundur. Birdən fərq mənfi olarsa, deməli, firma ya qiymət dəyişiləndən əvvəl, ya da qiymət dəyişiləndən sonra gəliri maksimallaşdırmır. RəqabətqabiUyyətli firmanın tələbi, təklifi və gəliri Rəqabətqabiliyyətli firma hazır qiymətlə rastlaşandır, yəni o istehsal etdiyi hər şeyi cari bazar qiymətlərinə sata bilər. Qüvvədə olan bazar qiymətinə satmaq mümkündürsə, ucuz satmağın mənası yoxdur. Baha satmaq mümkün deyil, çünki bu halda firmanın məhsuluna tələb o saat sıfra düşər: bazarda belə məhsulu bazar qiymətinə təklif edən çoxlu başqa satıcılar var. Buna görə də, yuxanda qeyd olunduğu kimi, rəqabət qabiliyyətli firmanın məhsuluna tələb üfüqi xətdir

3, Qısamüddətli dövrdə firmanın tarazhğı. Firma gəlirinin maksimumlafdırılması şərtləri Sahənin tarazlığı (şəkil 19.7) və firmanın tarazlığı (şəkil 19.8) qrafiklərinin müqayisəsi üzərində dayanaq. Bu qrafiklərin istehsal miqyasından başqa tələb əyrisinin raailliyi ilə də fərqləndiyini görmək çətin deyil. Firmanın davranışının təhlili zamanı mühüm bir şərtiliyə yol verilir ki, bu da istehsalçının özünü səmərəli aparmasından ibarətdir. İstehsalçı davranışının səmərəliliyi istehlakçının istifadə etdiyi prinsiplə eynidir. Faydalı nəticə (bu halda istehsalçının gəliri) daha bir məhsul vahidi istehsalının verdiyi son hədd uduşu həmin əlavə vahidin istehsalına son hədd məsrəflərdən çox olduqda əldə olunur. Son hədd gəliri və son hədd xərclər arasındakı müsbət fərq firmanın hədd gəlirini təşkil edir.

Başqa sÖzlə, istehsalçı istehsal həcmini onun son hədd gəliri hədd xərcləri ilə bərabərləşənə qədər artıracaq. MR = MC olduğu halda istehsalçı öz gəlirinə daha heç nə əlavə edə bilməyəcək, çünki sonuncunun həcmi maksimuma çatmış olur. Əgər istehsal yenə də davam etdirilsə, onda son hədd gəliri son hədd xərclərindən az olar, gəlir isə aşağı düşməyə başlayar Deməli, MR = MC gəlirin maksimallaşdıniması şərtidir, MR və MC əyrilərinin kəsişmə nöqtəsi isə firmanın tarazlıq nöqtəsidir

Firmanın tarazlığı firma gəlirinin maksimuma çatdığı PE tarazlıq qiyməti və Qj. tarazlıq istehsal həcmi ilə səciyyələnir. Firma gəlirinin maksimallaşdırılması şərtləri Firma davranışının əsas konsepsiyası firmanın əsas məqsədinin gəlir olması müddəasına söykənir. Mənfəəti maksimallaşdırmaq cəhdi sahibkEirın bütün niyyət və hərəkətlərinə daxil olur. Bəs təkmil rəqabət şəraitində bu məqsəd necə həyata keçirilə bilər? Problemin öyrənilməsində iki yanaşma mövcuddur. Birinci ümumi göstəricilərə, ikinci isə son hədd və orta göstəricilərə əsaslanır. Ümumi göstəricilər metodu Firmanın ümumi gəliri ümumi gəlirlə (satışdan əldə olunan pul) ümumi xərclərin fərqindən ibarətdir. TP=TR-TC Aydındır ki, ümumi satış pulu ilə ümumi xərclər arasındakı fərq ən böyük kəmiyyətə çatdıqda gəlir maksimum olur.

QrafİK şəKİldə bu ŞƏKÜ 19.10-da şərh olunub Kİ, burada TR və TC əyriləri arasındaKi ən böyÜK şaquli uzaqlaşma (AB) gəlirin Kəmiyyətini göstərir. Bu qrafiK əyani şəKİldə göstərir Kİ, firma xərclərini azaltmaqda və məhsul istehsalını, yəni satışdan əldə olunan pulun ümumi məbləğini artırmaqda maraqlıdır. Orta və son hədd göstəriciləri metodu Yuxanda qeyd olunmuşdu Kİ, mənfəətin maKSİmallaşdırılması qaydası elə həcmdə məhsul buraxılışını nəzərdə tutur Kİ, bu zaman MR = MC olsun. LaKİn gəlirin cəbri və ya qrafiK yolla müəyyənləşdirilməsində son hədd göstəricilərindən başqa gəlir və xərclərin orta göstəricilərindən də istifadə olunmalıdır. Hər şeydən əvvəl qeyd edəK Kİ, orta gəlir satışdan əldə olunan pulun orta məbləği ilə orta xərclər arasındaKi fərqdən ibarətdir. TəKmil rəqabət şəraitində məhsul vahidinə düşən satış pulu onun bazar qiyməti ilə tam üst-üstə düşür. Deməli, hər məhsul vahidinə düşən orta gəlir qiymətli orta xərclərin fərqinə bərabərdir. Gəliri qeyd etməK üçün adətən yunan hərfindən istifadə edirlər. AH = AR - AC = P - AC. Belə olduqda ümumi mənfəəti orta mənfəəti istehsal olunmuş və satılmış məhsula vurmaqla hesablamaq olar. TO = Ail X Q. Gəlirin maKSimallaşdırılması vəziyyəti 19.11-də qrafİK şərh olunmuşdur. Gəliri maKsimallaşdıran Q istehsal həcmi firmanın tarazlıq nöqtəsinə, yəni son hədd gəliri (MR) və son hədd xərcləri (MC) əyrilərinin Kəsişmə nöqtəsinə müvafiqdir. Diqqət verəK Kİ,orta gəlir əyrisi (o həm də son hədd gəliri əyrisi, həm firmanın məhsuluna tələb əyrisi, həm də məhsulun bazar qiymətinin səviyyəsini ifadə edən əyridir) Kifayət qədər yuxarıda yerləşib

Rəqabətqabiliyyətli firmanın mənfəətini maksimallaşdıran İstehsal həcmi (firmanın tarazlığı) və firmanın tarazlıq nöqtəsində (MR=MC) orta xərclər səviyyəsindən yuxandır. Bu müsbət fərq qrafik şəkildə orta gəlrin kəmiyyətinə bərabər NE şaquli parça ilə əks etdirilib. Ümumi gəlirə gəldikdə isə o, KNEPg dördbucaqlısının həcmi ilə təmsil olunmuşdur. Aydındır ki, əgər qiymət orta xərclər səviyyəsindən yüksəkdirsə, yəni bütün istehsal xərcləri ödənilirsə və normal gəlirin alınması təmin olunursa, sahibkar gəlir əldə edir. Əgər satış qiyməti orta xərclərdən aşağıdırsa, sahibkar zərər çəkir. Zərərin olması, hələ o demək deyil ki, firma o dəqiqə mövcudluğuna son qoymalıdır. Qısamüddətli dövrdə itkiləri minimallaşdırmaq üçün fəaliyyəti davam etdirmək lazım gəlir, çünki firmanın bağlanması daha böyük ziyanla müşayiət olunur. Bu vəziyyəti şərh etmək üçün daha bir əyri - orta dəyişən xərclər əyrisini quraq. Xatırladaq ki, orta xərclər əyrisi və orta dəyişkən xərclər əyrisi arasındakı şaquli fərq orta təsbit olunmuş xərclərin kəmiyyətinə bərabərdir. Bu halda əgər firma qısamüddətli dövrdə fəaliyyətini dayandırsa, onun zərəri təsbit olunmuş xərclərin kəmiyyətinə bərabər olacaq (onsuz da bank kreditinə, lizinqə görə ödəmələri etmək lazım gələcək). Lakin qısamüddətli dövrdə firma istehsalım MR = MC olan həcmdə davam etdirsə, onda əməliyyat gəliri adlandırılan gəlir əldə etmiş olar və bununla da zərəri minimallaşdırar. Qiymət orta dəyişən xərclərdən yüksək oldu^ndan bu müsbət xərc (şaquli NE parçası) orta əməliyyat gəlirini təşkil edəcək. Ümumi əməliyyat gəliri PgENK dördbucaqlısının sahəsi ilə təmsil olunacaq. Bu halda zərər yalnız təsbit olunmuş xərclərin STEPE dördbucaqlısının sahəsinə bərabər olan qismini təşkil edəcək. Şəkil 19.12-də aşkar görünür ki, qısamüddətli dövrdə istehsalın dayandırılması zamanı zərər (STNK) istehsalın davam etdirilməsi zamanı olduğundan (STEPg) xeyli çoxdur. Aydındır ki, uzunmüddətli dövrdə firma ya xərclərini xeyli azaltmalı, ya da istehsalı dayandırmalıdır. Beləliklə, MR = MC olan həcmdə məhsul istehsalı firmaya istehsalı dayandırmadan gəliri maksimal- laşdırmaga və ya zərəri minimallaşdırmağa imkan verir.



Bu halda firmanın istehsalı davam etdirməsindən və ya onu dayandırmasından asılı olmayaraq onun zərəri təsbit olunmuş ümumi xərclərə (STEFg) bərabər olacaq. AC əyrisi üzərində ən aşağıda yerləşən nöqtə firmanın bağlanma nöqtəsi adlanır. Orta dəyişən xərclərin minimal səviyyəsindən aşağı qiymətlərdə firmanın heç bir şərtlə istehsalı davam etdirməyəcəyinə görə MC əyrisinin AVC əyrisindən aşağıda yerləşən hissəsi əslində firmanın təklif əyrisi deyil. Firmanın təklif əyrisi MC əyrisinin onun AVC əyrisi ilə kəsişmə nöqtəsindən yuxarıda yerləşən hissəsi ilə təmsil olunmuşdur. Firma fəaliyyətinin mühüm göstəricisi istehsalçının artıqlığıdır. İstehsalçının artıqlığı qrafik şəkildə təklif əyrisindən yuxarıda və solda yerləşən və yuxarıdan bazar qiyməti əyrisi ilə məhdudlaşan fiqurun sahəsi ilə təmsil olunmuşdur (bax: şəkil 19.14). Diqqət versək görərik ki, firmanın təklif əyrisi MC əyrisinin orta dəyişkən xərclər əyrisi səviyyəsindən yuxanda yerləşən, yuxarı qalxan hissəsi ilə təmsil olunmuşdur.
Yüklə 52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin