MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Firmanın təklif əyrisi MC əyrisinin onun AVC əyrisi ilə kəsişmə nöqtəsindən yuxarıda yerləşən hissəsi ilə təmsil olunmuşdur



Yüklə 1,26 Mb.
səhifə72/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   68   69   70   71   72   73   74   75   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Firmanın təklif əyrisi MC əyrisinin onun AVC əyrisi ilə kəsişmə nöqtəsindən yuxarıda yerləşən hissəsi ilə təmsil olunmuşdur.
Firma fəaliyyətinin mühüm göstəricisi istehsalçının ar­tıqlığıdır. İstehsalçının artıqlığı qrafik şəkildə təklif əyrisin­dən yuxarıda və solda yerləşən və yuxarıdan bazar qiyməti əyrisi ilə məhdudlaşan fiqurun sahəsi ilə təmsil olunmuşdur (bax: şəkil 19.14). Diqqət versək görərik ki, firmanın təklif əyrisi MC əyrisinin orta dəyişkən xərclər əyrisi səviyyəsin­dən yuxanda yerləşən, yuxarı qalxan hissəsi ilə təmsil olun­muşdur.
11.4. Uzunmüddətli dövrdə firma və sahənin təklifi
Sahə firmalarının uzunmüddətli dövrdə əldə etdiyi iqti­sadi gəlir onları istehsalın miqyasını genişləndirməyə sövq edəcək və eyni zamanda sahəyə yeni kapitallar və firmalar cəlb olunacaqlar. Nəticədə sahənin ümumi təklifi artacaq. Sahənin təklif əyrisi sağa yerini dəyişəcək və tarazlı bazar qiyməti düşəcək (şəkil 19.21).

Əksinə, əgər sahədə qiymət çox aşağı olarsa və firmalar zə­rər çəkərlərsə, bu onlann çoxunun bağlanmasına və kapitalın sahədən getməsinə səbəb olar. Sahə təklifi azalar, təklif əyrisi sola yerini dəyişər, tarazlıq qiyməti isə artar (şəkil 19.22).

Rəqabət mübarizəsi nəticəsində sahəyə kapital axınının artması və azalması fəaliyyət şəraitləri bərabərləşənə və fir­maların hamısı normal mənfəət əldə etməyə başlayana qədər davam edəcək. Bu o deməkdir ki, uzunmüddətli dövrdə sa­hənin tarazlıq qiyməti istehsalın uzunmüddətli orta xərc­lərinin minimal göstəricisi səviyyəsində müəyyənləşir: P = LRACmin. Qrafik şəkildə bu o deməkdir ki, son hədd mən­fəəti əyrisi (orta gəlir, qiymət) uzunmüddətli orta xərclər əyrisinə onun ən aşağı nöqtəsində toxunur (şəkil 19.23).

Əgər firmanın uzunmüddətli (LR) və qısamüddətli (SR) son hədd və orta göstəriciləri üst-üstə düşərlərsə, E nöqtəsi onun uzunmüddətli dövrdə tarazlıq nöqtəsi olar:
SRMC = SRAC = LRMC = LRAC = MR = PE.

Tələb dəyişərsə, sahənin istehsal həcmi və bazar qiymə­tində nə baş verər? Bu suala cavab sahə təklifinin uzunmüd­dətli əyrisinin köməkliyi ilə verilə bilər.
Şəkil 19.24-19.26-nı nəzərdən keçirək.
Hər üç halda sahə məhsuluna tələbin artması baş vermiş­dir ki, nəticədə tələb əyrisi yerini sağa dəyişmişdir, özü də bu zaman tarazlıq nöqtəsi A nöqtəsindən B nöqtəsinə keçir. Tarazlı bazar qiyməti artır və bazara yeni firmalar cəlb edir, mövcud firmalar isə istehsalın sahəsini artırmağa maraq əldə edirlər. Nəticədə sahə təklifi artır, sahə təklifi əyrisi sağa keçir. Bazarın yeni tarazlıq səviyyəsi C nöqtəsində müəyyən­ləşir. Deməli, uzunmüddətli dövrdə firmanın təklif əyrisi yalnız sağa keçmir, həm də onun mailliyi də dəyişir. Sahənin uzunmüddətli dövrdə təklif əyrisini səciyyələndirən nöqtələr A və C - sahənin ilkin və son tarazlıq nöqtələridir.
Şəkil 19.24 - 19.26 üç tipik vəziyyəti əks etdirirlər. Bi­rinci halda (şəkil 19.24) C nöqtəsində tarazlıq qiyməti ilkin səviyyədə qalır, ikinci halda (şəkil 19.25, a) — artır, üçüncü halda (şəkil 19.26, a) - ilkin səviyyə ilə müqayisədə aşağı düşür. Qiymətin yekun səviyyələrindəki fərq orta istehsal xərclərinin ayrı-ayrı firmalardan asılı olmayıb, ümumsahə istehsal şərtlərindən irəli gələn artımı ilə izah olunur. Başqa sözlə, söhbət miqyasın xarici səmərəsindən gedir.
İkinci halda (şəkil 19.25, a) sahəyə yeni firmaların axını və rəqabətin kəskinləşməsi iqtisadi resursların qiymətini artırır. Nəticədə orta sahə xərcləri artır, bu da miqyasın mənfi xarici effektinə aparır. Ayrılıqda götürülmüş firma üçün onun orta uzunmüddətli xərclər əyrisi yerini yuxarı dəyişir (şəkil 19.25, b).
Şəkil 19.26-da sahə istehsalının genişlənməsinin uzun­müddətli dövrdə orta xərclərin azalmasına apardığı vəziyyət göstərilmişdir. Bu, sahə infrastrukturunun uğurla inkişaf etdirilməsi, məsələn, distribüter şəbəkəsi, kommunikasiya­lar, banklar və s., həmçinin yeni, daha ucuz resursların cəlb olunması və b.k. nəticəsində baş verə bilər. Bu halda firma-




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin