Mövzu 15. Alternativ firma nəzəriyyəsi 15.1. Ənənəvi firma nəzəriyyəsi: mənfəətin maksimumlaşdırılması 15.2. Menecerial firma nəzəriyyəsi: satışdan gəlirin maksimumlaşdırıması 15.3. Artımın maksimumlaşdırılması nəzəriyyəsi 15.4. Firmanın davranış nəzəriyyələri. 15.5. Məqsədlərin çoxluğu nəzəriyyələri
15.1. Ənənəvi firma nəzəriyyəsi: mənfəətin maksimumlaşdırılması Ənənəvi nəzəriyyə firmanın davranışını mənfəətin maksi- mallaşdınlmasına can atmaqla izah edir. Bu nəzəriyyə iki ehtimala əsaslanır:
mülkiyyətçilər hər gün əməliyyat nəzarətini və firmanın işlərini idarə etməni həyata keçirirlər;
onların yeganə istəyi - mənfəəti maksimallaşdırmaqdır.
Nəzəriyyə mənfəətin maksimallaşdınlması tezisini son
hədd xərclərinin və son hədd gəlirinin bərabərliyi şəraitində əsaslandırır: MC=MR.
Amma təcrübədə bu nəzəriyyə bir sıra çətinliklərlə qarşılaşır. Birincisi, firma öz fəaliyyətini qiymətləndirmək və ya proqnozlaşdırmaq üçün marjinal təhlildən istifadə etmir. Həqiqətən də son hədd xərclərinin və xüsusilə də son hədd gəlirinin hesablanması xeyli çətindir və firmanın məhsuluna real tələb əyrisini, həmin tələbin qiymət və gəlirə görə elas- tikliyini bilməməklə mürəkkəbləşir. Bir çox iri firmaların bahalı bazar tədqiqatları təşkil etməsinə baxmayaraq alınmış informasiyanı 100% səhih və qənaətbəxş hesab etmək olmaz. Gələcək gəlir və xərclərin qiymətləndirilməsi də belə çətindir. Və nəhayət, digər firmaların hərəkətləri və əks-tədbir- lərini öncədən bilmək və onların fəallıqlarının nəticələrini qiymətləndirmək praktik olaraq mümkün deyil.
Belə bir məsələyə də diqqət yetirmək lazımdır: müasir bazar iqtisadiyyatında mülkiyyət hüququnun idarəetmə hüququndan əsaslı şəkildə ayrılması müşahidə olunur və kiçik, təkbaşına sahibkarlıq istisna olmaqla, mülkiyyətçilər operativ idarəetmə ilə məşğul olmur, bu məqsədlə peşəkar menecerləri cəlb edirlər.
Bütün bu faktlar bəzi “Ekonomiks” dərsliklərində verilən ənənəvi firma nəzəriyyəsinin səmərəliliyi haqqında lətifənin yaranmasına səbəb olmuşdur: “Avtomobilin sürücüsü arabir pəncərədən çölə balaca kağız parçaları atır. Dostu onun nə üçün belə etdiyini soruşur.
Bax görürsən bu necə gözəl təsir edir!- sürücü qürurla deyib növbəti kağızı pəncərədən çölə atır”.
Zarafat öz yerində, amma ənənəvi nəzəriyyə problemə kifayət qədər aydınlıq gətirmədiyindəndir ki, bir çox iqtisadçılar firmanın davranışını tamamilə başqa verilənlərlə və başqa məqsəd yönümləri ilə izah edən alternativ nəzəriyyələr irəli sürmüşlər.