MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə100/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   96   97   98   99   100   101   102   103   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Texnologiya əsas istehsal amilləri arasındakı qarşılıqlı əlaqəni ifadə edir. O əmək cisminin vəziyyətinin, xassələri­nin, formasının, dəyişdirilməsinin müxtəlif metodlarından istifadəni nəzərdə tutur. İstehsalın təşkili istehsal amilləri­nin hamısının ahəngdar işləməsini, onların mütənasib kə- miyyətli nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə ənənəvi olaraq dörd istehsal amili qrupunu ayırır: torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyə­ti (şəkil 13.1).
Torpaq təbii amil kimi nəzərdən keçirilir. O, insan fəaliy­yətinin nəticəsi deyil. Bu qrup istehsal amillərinə istehsal prosesində istifadə oluna biləcək təbii sərvətlər: faydalı qa­zıntılar, kənd təsərrüfatı üçün yararlı torpaqlar, meşələr və s. daxildir.

Kapital, istehsal amili kimi, əmtəə və xidmətlər istehsa­lında istifadə olunan nemətlər məcmusu kimi çıxış edir. Bun­lar alətlər, maşınlar, avadanlıq, anbar binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Onların tex­niki vəziyyəti daim təkmilləşir və istehsal prosesinin ümumi nəticəliliyinə, onun səmərəli məqsədəuyğunluğuna təsir edir.
Əmək nemətlər hazırlanması və xidmətlər göstərilməsinə yÖnümlənmiş zehni və fiziki fəaliyyətlə təmsil olunmuşdur. Şəxsiyyətin qabiliyyətlər məcmusu insan kapitalını əmələ gə­tirir. insan əməyinin ixtisaslaşması nə qədər yüksək olarsa, onun kapitalı da, müvafiq olaraq bu kapital üzrə gəliri də (əmək haqqı) bir o qədər yüksək olar. Hazırda insan kapita­lına investisiya qoyuluşu cəmiyyət üçün ən səmərəli və xər­cini tez çıxarandır.
Sahibkarlıq qabiliyyəti nemətlər və xidmətlər yaratmaq məqsədilə bütün qalan istehsal amillərinin koordinasiyası və biri-biri ilə uzlaşdırılması üzrə fəaliyyətlə təmsil olunan xü­susi növ insan kapitalıdır. Bu insan resursu növünün özəlliyi istehsal prosesində istehsal olunan məhsulun, texnologiyanın yeni növlərini, müəyyən risk həddində və zərər çəkmək ehti­malında kommersiya əsasında biznesin təşkili formalarını tətbiq etmək istəyi və bacarığındadır. Sahibkarlıq fəaliyyəti miqyası və nəticələrinə görə yüksəkixtisaslı əmək məsrəflə­rinə bərabər tutulur.
Bəs, istehsal amillərinin təsnifatına yanaşma fərqi nədədir?
Marksizm istehsal amillərinin, bir iqtisadi kateqoriya kimi, istehsalın sosial yönümlülüyünü müəyyənləşdirməsindən çıxış edir. Artıq istehsal prosesinin ilkin zəminində cəmiyyətin sinfi tərkibi və siniflərin «ədalət* uğrunda mübarizəsinin zəruriliyi formalaşır. Marjinalistlər isə amilləri istehsal prosesinin on­larsız mümkün olmadığı ümumi texniki-iqtisadi amillər kimi nəzərdən keçirir.
Marjinalistlər kapital dedikdə əmək vasitələri və cisimlə­rini başa düşür, təbii şəraiti isə xüsusi fonda ayırırlar. Marksistlər təbii şəraiti, əmək vasitələrini və əmək cisimlə­rini vahid maddi amildə birləşdirirlər. İstehsalda xüsusi təbii şəraitdən söhbət getdikdə isə onların xüsusiyyəti renta vasi­təsilə nəzərə alınır. Onların fikrincə, bu artıq iqtisadi elmin xüsusi bölməsidir.
Marjinalistlər sahibkarlıq fəaliyyətini istehsal amili he­sab etdikləri halda, marksistlər bunu inkar edirlər.
Bütövlükdə isə amillərin təsnifatındakı fərq əsas məsələ ilə - təbii istehsalın təhlilinə sinfi yanaşma ilə şərtlənir.
İstehsal amillərinin göstərilən təsnifatı donmuş, əbədi verilmiş deyildir. Postsənaye cəmiyyətinin iqtisadi nəzəriy­yəsində istehsal amilləri qismində informasiya ekoloji amillər də göstərilir. Onların hər ikisi istehsalın səmərəlilik səviyyəsinə, ixtisaslı iş qüvvəsinin hazırlanma prosesinə, insan kapitalının səviyyəsi və imkanlarının artırılmasına həlledici təsir göstərdiyinə görə özü-özlüyündə müstəqil amil qismində çıxış edən müasir elmin nailiyyətləri ilə sıx bağlı­dırlar. informasiya mexanizmlər, maşınlar, avadanlıqlar sis­temində, menecment və marketinq modellərində maddiləşmiş bilikləri sistemləşdirir.
Müasir istehsalda ya iqtisadi artımın səbəbi kimi çıxış edən, ya da zərərlilik, zərərli qazlarla, çirklənmə və s. ilə bağlı onun imkanlarını məhdudlaşdıran istehsalın ekoloji amili get-gedə daha böyük əhəmiyyət kəsb edir.
Amillərin təhlilini yekunlaşdıraraq qeyd edək ki, istehsal prosesinə bütün amillər daxil edildikdən sonra istehsal müm­kündür. Konkret əşya və ya xidmətin istehsalı müəyyən amillər məcmusunu tələb edir, lakin bunlardan ən əsasları torpaq, əmək və kapitaldır. Onlar qarşılıqlı əlaqədə çıxış edir və bir-birini tamamlayırlar. Məsələn, turbin hazırlanması üçün hüquqi cəhətdən sənədləşdirilmiş xüsusi istehsal tələb olunur. Bunun üçün torpaq sahəsi və istehsal binaları, qur­ğular dəzgahlar, xammal, işçi və menecer əməyi şəklində ka­pital lazımdır. Amillərdən birinin olmaması sistemi dağıdır və istehsal prosesini qeyri-mümkün edir.
Amillər bir-birini əvəz edə bilirlər. Bu məhsulun müxtə­lif istehlak xassələri ilə şərtlənir. İstənilən məhsul və ya nemət istehsalı müxtəlif amillərdən müxtəlif birləşmələrdə və müxtəlif nisbətlərdə istifadə olunması şərtilə mümkün­dür. Belə qarşılıqlı əvəzləmə və kəmiyyət nisbəti dəyişkənliyi xüsusilə müasir istehsal üçün: kimyəvi məhsullardan yaşayış evlərinin sənaye tikintisinə qədər - səciyyəvidir.
Amillərin qarşılıqlı əvəzlənməsi yalnız tələbin spesifikliyi və məhsulun konstruktiv xüsusiyyətlərilə deyil, əsas etibarilə bir tərəfdən resursların məhdudluğu, digər tərəfdən isə onlar­dan istifadənin səmərəliliyi ilə şərtlənir. Sahibkar elə istehsal texnologiyası seçir ki, bu zaman az tapılan və ya nisbətən bahalı istehsal amili az işlənsin. Boş torpaqların məhdudluğu şəraitində hündür binaların, yarımkeçiricilərin, əvəzləyicilə- rin, benzinə qənaətli m jxtəlif maşın modellərinin və s. yara­dılması üçün cəmiyy; t məhz buna borcludur. Beləliklə, sahibkarlıq bazar qiyməti ilə son məhsul həddinin hazırlanma­sına çəkilən xərclərin müqayisəsi ilə hesablanan istehsal məs­rəflərinin labüd azaldılması tələbatından çıxış edərək amillərin müxtəlif kombinasiyalarından istifadəni nəzərdə tutur.
Təsərrüfatdan asılı olmayaraq son nəticədə bütün amillər məhsulun hazırlanması üçün zəruridir. Deyək ki, istehsalın son dərəcə sadələşdirilməsində bir amil bir məhsulun hazırlanması üçün istifadə olunur:
Q = f(A),
Burada Q - məhsul, A - istehsal amilidir.
Bu halda məhsul bir amilin funksiyası kimi çıxış edir. Real gerçəklikdə isə istehsal prosesi daha mürəkkəb gedir, onun nəticəsi isə (məhsul) çoxsaylı amildən istifadənin nəti­cəsidir. Müxtəlif vəziyyətlər mövcud olur. Bunları şərti olaraq dörd qrupa bölmək mümkündür: amildən istifadə olunmur; imkanlarının yarısından istifadə olunur; optimal miqdarda məhsul istehsalı üçün istifadə olunur; həddən artıq çox miqdarda məhsul hazırlanması üçün istifadə olunur.
Məhsulun istehsalında saysız-hesabsız amillərin istifadə olunmasını qrafik şəkildə əks etdirmək mümkündür (şəkil

  1. .

Qrafikdə A amilindən (istifadə səviyyəsi) istifadə olunma­sının X, - X4 vəziyyəti təsvir olunmuşdur. Yx - Y4 istehsal olunan məhsulun sayıdır. A - A xətti A amilindən optimal istifadə etməklə almaq mümkün olan məhsulun sayı. Q - - A amilinin bu və ya digər tətbiqi səviyyəsidir (istifadə edil­məsidir).
Əgər istehsal prosesi daim A - A xəttindədirsə, istehsal fondu optimal istifadə olunur və daim ödənilir. Aşağıdırsa - istehsal fondu az, yuxarıdırsa - həddən artıq istifadə olunur. Sonuncu hallarda istehsal tarazlığı pozulur və bu hal ya amilin çatışmazlığı ilə xarakterizə olunur, ya da amilin əlavə ehtiyatlarını (xammal, avadanlıq, alətlər və s.) tələb edir.

Firmanın işləməsi prosesində amillərdən müxtəlif kom­binasiyalarda saysız-hesabsız istifadə variantları nəzərdə tu­tulur. Kombinasiyalalarm çoxluğu elmi-texniki tərəqqi və istehsal amilləri bazarının vəziyyəti ilə şərtlənir. Elmi-tex­niki tərəqqi və texniki çevrilişlər yeni qarşılıqlı əvəzlənən amillərin (At) və yeni məhsulun (QO yaranmasına səbəb olur. Nəticədə, A1 amilinin köməkliyilə amilin və onun ödənilməsi üçün gərək olmayan əlavə (izafi) məhsulun ödənilməsi üçün zəruri olan qədər Qı məhsulu istehsal etmək imkanı yaranır. Bu əlavə Q məhsul ehtiyatını izafi məhsul adlandıraq. Onun istehsal edilməsi ilə istehsalın sonrakı artımı mümkündür. Buradan belə bir nəticə çıxır: istehsal gəlirlərindən daha yaxşı istifadə onun miqyasının sonrakı artımını, təkrar is­tehsal həcminin genişlənməsini şərtləndirir.


Beləliklə, istehsal amillərinin birləşməsi nəticəsində əmək məhsulları, maddi nemətlər məcmusu yaranır. Alınmış məhsu­lun həcminin (kütləsinin) onun hazırlanmasına sərf olunmuş əməyə kəmiyyət nisbəti əmək məhsuldarlığım səciyyələndirir. Məhsuldarlıq göstəricisini (M) aşağıdakı şəkildə vermək olar:
M=Q/Ə,
burada Q - hazırlanmış məhsulun natural şəkildə və ya pulla ifadə olunmuş miqdarıdır;
Ə - əmək sərfi (məsələn, insan-saat və ya həmin istehsal­da məşğul olanların sayı).
Məhsuldarlıqdan əməyin intensivliyi - gərginliyini fərq­ləndirmək lazımdır.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin