MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə109/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   105   106   107   108   109   110   111   112   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Sahibkarlıq gəlirini bir tərəfdən müəssisə mənfəəti böl­güsünün yekun nəticəsi kimi, digər tərəfdən sahibkarlıq qa­biliyyəti göstərilməsinə görə mükafat kimi nəzərdən keçirmək lazımdır.

  • Sahibkarlıq gəliri kimi əvvəlcə mənfəətin borc götürül­müş kapitala görə faiz ödənildikdən sonra fəaliyyət göstərən kapitalistin sərəncamında qalan hissəsi başa düşülürdü. Kre­dit sisteminin inkişafı ilə mənfəətin faiz və sahibkarlıq gəli­rinə bölünməsi, onun öz kapitalından və ya börc götürülmüş kapitaldan istifadə yolu ilə alınmasından asılı olmayaraq, ümumi xarakter alır. Borc faizindən fərqli olaraq sahibkar­lıq gəliri əvvəlcədən müəyyənləşdirilmiş kəmiyyət deyil və konkret sahibkarın necə təsərrüfatçılıq etməsindən asılıdır.

  • Miqdarca sahibkarlıq gəliri ümumi mənfəətdən borc faizi, vergilər və büdcəyə başqa ödənişlər çıxıldıqdan sonra alınan qalıqdır.

  • Sahibkarlıq gəliri kəmiyyətinə, alınma metodlarına, istifadə istiqamətlərinə görə müxtəlifdir. Belə ki, müxtəlif mülkiyyət formalı firmalarda sahibkarlıq gəlirinin formalaş­ması funksiya-kapitalı və mülkiyyət-kapitalının fərqləndiril­məsi ilə əlaqədar müxtəlifdir. Kapital mülkiyyətçisi həm də öz istehsalının sahibkarı rolunda çıxış edəndə sahibkarlıq gəliri yuxarıda göstərilən sxem üzrə formalaşır. Kapital mülkiyyətçisi və sahibkar başqa-başqa şəxslər olarsa, iki va­riant mümkündür. Kapital mülkiyyətçisi istehsalın və satı­şın idarəedilməsi funksiyasını menecerlərə verir və onlara maaş müəyyənləşdirir. Sahibkarın gəliri kapitala mülkiyyət­çilik inhisarına haqq kimi çıxış edir. Menecer funksiya-kapi­talım həyata keçirir və müəssisənin fəaliyyəti üçün məsuliyyət daşıyır. Kapital mülkiyyətçisi kapitalı müəyyən faizlə (bir qayda olaraq bankdakından yüksək) sahibkara onun öz işini təşkil etməsi üçün verir. Bir qayda olaraq, bu halda sahib­karlıq gəliri sahibkarın öz şəxsi maraqlarını həyata keçirdi­yinə görə daha yüksək olur. Bu halda gəlir istehsalın fəaliy­yət göstərməsində təşəbbüs göstərilməsi, yeniliklərin tətbi­qi, yeni məhsul istehsalı, firmanın idarə edilməsində qərarlar qəbul etməsi və riskə görə məsuliyyətin müqabilin­də mükafatlandırma kimi çıxış edir.

  • Sahibkarlıq gəliri özündə ehtiva edir:

  • normal mənfəət, yəni sahibkarı həmin fəaliyyət istiqa­məti çərçivəsinə cəlb etmək və orada saxlamaq üçün zəruri olan normal mükafatlandırma;

  • normal mənfəətdən artıq alınmış gəlir, yəni iqtisadi mənfəət.


    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   105   106   107   108   109   110   111   112   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin