Gəlir - müəyyən vaxt kəsiyi ərzində təsərrüfat fəaliyyəti nəticəsində əldə olunmuş pul vəsaitidir. Bu müəssisənin (firmanın), fiziki şəxsin və ya cəmiyyətin işinin pulla ifadə olunmuş (rublla, dollarla, markayla və s.) nəticəsidir.
Gəlirlərin təsnifatı müxtəlif meyarlar üzrə aparılır. Mənimsəmə subyektindən (alan) asılı olaraq fərqləndirilirlər:
əhalinin gəliri;
müəssisənin (firmanın) gəliri;
dövlətin gəliri;
cəmiyyətin gəliri (milli gəlir).
Bu gəlirlərin məcmusu cəmiyyətin maksimal tələbini müəyyənləşdirir. Əldə olunmuş və real mövcud olan gəlirin həcmindən asılı olaraq fərqləndirirlər:
Amil gəlirlərinin yaranması və bölgüsü problemi iqtisadi nəzəriyyədə həmişə böyük maraq doğurmuşdur. İstehsal amilləri sahibləri üçün gəlir olan şey həmin amillərin alıcısı üçün xərc olur. Belə
ki, iş qüvvəsi sahibləri üçün əmək haqqı gəlirdirsə (əməyə görə haqq), müəssisə üçün istehsal xərcləridir.
Bəs gəlir nədir?
Mikrosəviyyədə gəlir haqqında ən ümumi təsəvvür tərifdə verilir.
Gəlir - müəyyən vaxt kəsiyi ərzində təsərrüfat fəaliyyəti nəticəsində əldə olunmuş pul vəsaitidir. Bu müəssisənin (firmanın), fiziki şəxsin və ya cəmiyyətin işinin pulla ifadə olunmuş (rublla, dollarla, markayla və s.) nəticəsidir.
Gəlirlərin təsnifatı müxtəlif meyarlar üzrə aparılır. Mənimsəmə subyektindən (alan) asılı olaraq fərqləndirilirlər:
əhalinin gəliri;
müəssisənin (firmanın) gəliri;
dövlətin gəliri;
cəmiyyətin gəliri (milli gəlir).
Bu gəlirlərin məcmusu cəmiyyətin maksimal tələbini müəyyənləşdirir. Əldə olunmuş və real mövcud olan gəlirin həcmindən asılı olaraq fərqləndirirlər:
nominal gəlir - alınmış pulun ümumi məbləği;
xalis gəlir - vergilər veriləndən sonra qalan;
real gəlir - qiymətlərin dəyişməsi nəzərə alınmaqla xalis gəlir.
Müəssisə və yə firmanın gəlirlərinin təhlili zamanı adətən aşağıdakı məfhumlar istifadə olunur: