Sosial dinamikantn xətti tipinin reallaşması ictimai inkişafın çoxvariantlılığı ilə sıx bağlıdır. Onların əlaqəsi dönüş məqamlı situasiyalarda daha aydın görünür. Belə dövrlərdə cəmiyyət bifurksiya (latınca ikiyə bölünmə, şaxələnmə deməkdir) vəziyyətində olur, yəni onun müxtəlif yollar üzrə inkişaf etməsinə imkanlar yaranır. Cəmiyyət öz tarixi yolu qarşısında durur. Belə hallarda stabil vəziyyətlərdəkindən fərqli olaraq bir çox inkişaf imkanları özünü göstərir. Onlar əsasən üç variantda çıxış edir: mövcud vəziyyətin konservasiyası, irəliyə doğru inkişaf və geriyə doğru tənəzzül. Sonuncu iki variant xətti meyllər kimi özünü göstərir. Həm də hər bir meylin arxasında müəyyən maddi və ideya daşıyıcıları (müxtəlif sinif və sosial təbəqələr) dayanır. Onlar bu meylləri öz mənafelərinə uyğun şəxildə istiqamətləndiımək üçün bir-birilə mübarizə aparırlar. Qeyd olunan vəziyyət keçid dövrünü yaşayan müasir Azərbaycan cəmiyyəti üçün də səciyyəvidir.
Sosial reallığa geniş miqyasda yanaşdıqda burada üçüncü tipdən olan dəyışikliklərin, yəni spiralvari dinamikanın baş verdiyini görmək olar. Dinamikanın bu tipi cəmiyyətin müxtəlif keyfiyyət vəziyyətlərini əhatə edən proseslərin istiqamətini əks etdirir. Lakin nəzərdə tutlmalıdır ki, ictimai həyatda spiralari sosial dəyişikliklərın müxtəlif tiplərindən yalnız biridir.
Dostları ilə paylaş: |