Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Biologiyada «həyat problemi»



Yüklə 331,42 Kb.
səhifə42/49
tarix02.01.2022
ölçüsü331,42 Kb.
#39770
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
felsefe az

Biologiyada «həyat problemi»

Araşdırdığımız problem XIX əsrdə, xüsusilə XX əsrdə biosferin (bios - həyat) elmi tədqiqində mərkəzi problem olmuşdur. Yeri gəlmişkən deyilməlidir ki, elm aləmində XX əsrin ikinci yarısını, hətta biologiyanın «qızıl əsri» adlandırmışlar. Məhz bu dövrdə bioloq alimlər biosferin mövcudluğunun səbəblərini dərk etmək sahəsində həqiqətən də xeyli elmi irəliləyişlər etmişlər ki, bu da fəlsəfi fikrə intellektual qida vermişdir: nuklein turşularının və zülalın molekulyar strukturu öyrənilmiş, irsi əlamətlərin ötürülməsi əlamətlərinin kodu açılmış, əsas həyat funksiyalarının təmin olunmasında membranın rolu araşdırılmış, virusların strukturu və onların reproduksiyası, həmçinin onların hüceyrədə təsiri mexanizmi öyrənilmişdir.

Əvvəllər həyatın görünməz mahiyyəti hesab edilən gen çoxlu tədqiqatların nəticəsində dolğun məzmun kəsb etmiş və böyük, dezoksiribonuklein turşusunun sapa oxşar molekulu, ya DRNT, yaxud bəzi virusların - RNT-nın bir hissəsi olmuşdur. Müvafiq olaraq indi genotip deyilərkən nuklein turşularının yığımı başa düşülür ki, burada nukleotidlərin müxtəlif nisbəti ilə orqanizmin genetik proqramı kodlaşdırılmışdır. Orqanizmin genetik proqramlaşdırılmasında DNT-nın rolunun və əhəmiyyətinin başa düşülməsində aparıcı məqam həmin molekulun arxitektonikasının dərk olunmasıdır: DNT-nın kimyəvi baxımdan vahid molekulu özünün ikispirallı binar struk­turu və genetik kodun üçlü quruluşu prinsipi (genetik kodun vahidi - triplet, yaxud kodon) hesabına irsiliyin vahid mexanizmini təmin edir.

Müasir nəzəri və eksperimental biologiyanın inkişafı Yer adlı planetdə həyatın rəngarəng təzahür formalarını əks etdirən zəngin təbiətşünaslıq materialı toplamağa imkan vermişdir. Məsələn, müəyyən edilmişdir ki, geoloji zamanda canlı cismin inkişafı onun formalarının genetik baxımdan bir-birilə, bir nəsildən digər nəslə keçməsilə bağlı ləng dəyişiklikdə ifadə olunur. Belə halda Yer üzündə həyatın zəruri əlaməti iki müstəqil əməliyyatın - genetinin DNT-nin ikiləşməsi (reduplikasiyası) və genetik proqram üzrə fenotipin qurulması baş verir. Ümid etməyə hər cür əsas var ki, yaxın illər daha mühüm problemlərin, о cümlədən gen və onun əlamətlərinin nisbəti, embrional inkişafın erkən mərhələsində genetik nəzarət, «təfəkkür-yaddaş» mexanizmində qarşılıqlı əlaqə, orqanların köçürülməsində uyuşmazlığın aradan qaldırılması və s. kimi problemlərin həlli illəri olacaqdır.

Lakin müasir molekulyar biologiya bəzi fəlsəfi-metodoloji xarakterli çətinliklərlə üzləşməli olur ki, bunlar da biosferin yaranması və fəaliyyətinin bəzi məqamlarını inandırıcı surətdə izah etməyə imkan vermir. Belə maraq doğuran faktlar içərisində bioloqların diqqətini onların ilk öyrənmədiyi elementlər: həyat özəyi - DNT və onun zülala münasibəti və əlaqəsi məsələsi cəlb edir. Məlumdur ki, zülalların yaranması DNT- dən asılıdır. Lakin DNT-nın özünün yaranması artıq mövcud zülalsız mümkün deyildir.

DNT-nin və onun zülal örtüyünün öz-özündən yaranmasının sadə riyazi ehtimalı hesablamaları göstərir ki, əgər belə bir sırf mücərrəd mülahizəyə yol versək ki, hansısa bir güclü qüvvə Kainatın bütün atomlarını bir yerə yığıb onların bir-birilə qarşılıqlı əlaqədə olmasını məcbur edə bilər, onda Yer üzündə heç olmasa bircə, yeganə həyat molekulunu əldə etmək üçün bütün variantları götür-qoy etməyə vaxt qalmazdı. Lakin «hüceyrə biologiyasının» mürəkkəb iyerarxik təşkili aşkar və tədqiq edildikdə eksperimentator alimlər təəccüblə aşkar etdilər ki, bu hüceyrənin bütün tərkib hissələri -onun divarları, membranı, genomu, ribosomları və s. də bütün canlı cismin çox mürəkkəb «memar ansambllarıdır». Bununla yanaşı, onlar başa düşdülər ki, zahirən oxşar konstruksiyalar prinsipcə fərqlənirlər, hüceyrələrin ayrı-ayrı növləri bir-birinə oxşamır, təkraredilməzdirlər. Daha doğrusu, aşkar edildi ki, bütün hüceyrələrin hamısı mütləq fərdi xarakterə malikdir. Özü də, mürəkkəb təşkilli və mürəkkəb tənzimlənən sistem olan hüceyrə yalnız onu vahid bütövlük olan orqanizmdə birləşdirən heç də mürəkkəb olmayan hüceyrədaxili əlaqələrin asılılığı sayəsində mövcuddur.

Hüceyrələr canlı varlıqları quran tikinti bloklarıdır. Özü də ayrı-ayrı orqanoidlərin hüceyrələrinin funksiyaları sırf «ixtisaslı» xarakter daşıyır. Məsələn, müəyyən edilmişdir ki, orqanizmdəki bütün hüceyrələr mayalanmış yeganə bir hüceyrədən yaranır. Bu, başa düşməyə imkan verir ki, məməlilərin mürəkkəb orqanizmində saysız-hesabsız müxtəlif hüceyrələrin olmasına baxmayaraq, onlar niyə eyni genomun - eyni informasiya toplusu olan DNT-nin daşıyıcısıdır. Deməli, orqanizmin bu və ya digər tipli hüceyrələrinin differensiallaşması, yaranması, hüceyrələrin sonrakı strukturu və funksiyalarının xarakteri eyni bir orqanizmin müxtəlif hüceyrələrindəki DNT-nin strukturundakı fərqlərdən və genetik fəallığın həyata keçirilməsi xüsusiyyətlərindən asılıdır. Hər bir hüceyrənin DNT-sində о qədər informasiya var ki, o, mövcud heyvan növünün istənilən hüceyrə tipini yaratmaq üçün kifayət edir. Müəyyən şəraitdə hər bir hüceyrə cinsi hüceyrə rolunu oynaya bilər. DNT tarixi inkişafın gedişində toplanmış bütün informasiyanın daşıyıcısı kimi heyrətamiz dərəcədə sabit (mühafizəkar) polimerdir. Əgər DNT-nin strukturu daha mütəhərrik olsaydı, onda bu hal zülalın biosintezi prosesində, maddələr mübadiləsində və hüceyrənin fəaliyyətində xaosa gətirib çıxarardı. Belə şəraitdə əlamətlərin irsən qanunauyğun ötürülməsi mənasında təkamül inkişafı mümkün olmazdı.

Canlı orqanizmin elementar vahidi hesab olunan hüceyrə Yer üzündə bütün biosferin quruluşunun, hər bir orqaniz­min inkişafının və aktiv həyat fəaliyyətinin əsasıdır. Hüceyrə dəyişən xarici mühitə uyğunlaşaraq canlı orqanizmin bütövlüyünü qoruyub bərpa edir. Onun mənası və yüksək məziyyəti də məhz bundadır. Bu sahədə elmi-fəlsəfi mübahisələr əsasən canlı sistem olan bütöv orqanizm ilə müqayisədə hüceyrənin nisbi üstünlük təşkil etməsinə müncər olunur. Lakin «canlı sistem» üçün mənasının və təyinatının müəyyənləşməsi, onun bütün canlılar üçün xüsusi dəyər kimi qəbul edilməsi fəlsəfi baxımdan hələ dəyərincə qiymətləndirilməmişdir. Buna görə də, həyatın özdəyərliliyinin müəyyənləşdirilməsi biologiyada olduğu kimi fəlsəfə üçün də uzunmüddətli problem olacaqdır. İndi isə bütün orqanizmlərin - bitkilərin, heyvanların və insanın xromosomlarının irsi bütövlüyünün çıxış düsturu olması prinsipcə müəyyən edildiyi şəraitdə, hüceyrənin bölünməsi prosesində xromosomun parçalanmasının da mənası aydınlaş­mışdır. Hesab edirlər ki, bu mexanizm iki oxşar hüceyrə arasında ən mühüm funksional informasiyanın «nəzərdə tutulmuş» bölgüsü üçün zəruridir. Axı, həyat hüceyrələrin «fəaliyyətidir». Bu, həm də hüceyrədə çoxlu kimyəvi reaksiyadır, bunlar da fermentlərin (zülal təbiətli bioloji katalizatorlar) təsiri ilə baş verir. Zülal hüceyrənin bölünməsi arasındakı dövrdə müxtəlif kimyəvi elementlərdən sintezləşir. Məhz bu dövrdə DNT-nin molekulu «həyatı oxumaq» üçün daha əlverişli olur. Bu dövrdən başlayaraq xromosomlar yığcamlığını itirir və həyatın düyünü «açılmağa» başlayır, yəni bir növ, DNT-nin «yaddaş kitabı» açılır, orqanizmin təşkil olunduğu zülalları hüceyrə sintez edir.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin