Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


ç)İnsan həyatı onun beyin ritmlərinin təzahürüdür



Yüklə 331,42 Kb.
səhifə43/49
tarix02.01.2022
ölçüsü331,42 Kb.
#39770
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
felsefe az

ç)İnsan həyatı onun beyin ritmlərinin təzahürüdür

Hamının bildiyi, lakin о qədər də sadə olmayan bu fenomeni başa düşmək üçün insan həyatının fəlsəfəsi haqqında ideyaların inkişafı tarixinə retrospektiv nəzər salmaq gərəkdir.

Bəşər tarixində ilk dəfə müdrik Sokrat təbiətşünas mütəfəkkirlərin həqiqət axtarışını kəskin şəkildə insan fenomeninin mərkəzi probleminə - onun daxili (mənəvi) aləminə yönəltdi. Sokratdan ötrü insan həyatında başlıca cəhət öz davranışının motivlərini dərk etməkdir. Özünün bütün həyatı boyu o, insan həyatının mənasının mənəvi vüsətini sübut etməyə çalışmışdır. Sokratın ölümü belə - insan həyatını qiymətləndirmək, onu insanın adına layiq yaşamaq təliminin yüksək təcəssümü olmuşdur. Sofistlər hələ ondan əvvəl insanı hər şeyin ölçüsü adlandırmışlar. Onlar gəncləri öz əqli və vicdanının səsilə yaşamağı öyrədirdilər. Lakin onların konsepsiyasında insan həyatına diqqət üç məqam üzərində cəmləşmişdir: a) nemət, ləyaqət, rəhmdillik kimi etik qayda - anlayışların relyativizm və ifrat subyektivizm mövqeyindən başa düşülməsi; b) ictimai-təbii mühitdə başlıca fəaliyyət subyektidir, v) onlar ilk dəfə olaraq insanların həyatının dərki prosesinə eksperimental məna kəsb etdirmiş və varlığın eksperimental xarakterini əsaslandırmışlar.

Platon və Aristotelin konsepsiyasında insan həyatı vəhdətinin (insanın) əbədi olaraq ruha və bədənə dramatik şəkildə bölünməsidir. Platona görə, ruh və bədənin vəhdəti və əksliyində insan mövcudluğunun (həyatın ekzistensiyası) əbədi faciəsi yerləşir. Aristotelin mövqeyi metodoloji kollektivizmə qovuşur, yəni o, sosial bütövlüyünün fərdin mənafeyindən ucada durduğunu təbliğ edirdi. О yazırdı: «Ailə də hər birimizlə müqayisədə təbiətinə görə imkan olan dövlətdir; axı, vacibdir ki, bütöv hissədən əvvəl gəlsin». İnsanın mənəvi böhranının müəyyən mərhələsində insanın həyatında ekzistensial dəyərlərin və ictimai mənanın müvəqqəti itirdiyi dövrdə ilk plana fəlsəfi antropologiya (insan fəlsəfəsi) çəkilir. Bu, Epikürün təlimində parlaq əksini tapmışdır. О, deyirdi: təbabət bədənin müalicəsində kömək etdiyi kimi fəlsəfə də insanın ruhunu sağaltmalıdır. Cəmiyyət yalnız fərdin tələbatlarının, onun istək və səylərinin ödənildiyi mühitdir. Epikürün etik fərdiyyətçiliyi, hər şeydən əvvəl, özünü sevməyi öyrədirdi. Lakin bu keyfiyyət in­san nəslini saxlamaq naminə özünü qurban verməyi istisna etmir. Başqa sözlə, burada biz əxlaqi, ağıllı eqoizmin nümunəsini görürük.

Orta əsrlərdə insan həyatı Allahın yaratdığı dünya nizamının hissəsi kimi nəzərdən keçirilirdi. Dini mütəffəkirlər şübhə etmirdilər ki, insanı Allah yaratmış və onu özünə bənzər yaratmışdır. O, Allahın bütün göstərişlərinə ciddi əməl etməlidir. Lakin insan öz fərdi həyatını, bir qayda olaraq, özü bildiyi ki­mi qurur.

XVII-XVIII əsrlərdə insan haqqında baxışlarda inqilabi irəliləyişlər baş verir. İ.Kant insana iki aləmin sakini kimi baxırdı: hissi və əqllə dərk olunan varlıq. Onun fəlsəfəsində bununla bağlı insan varlığına hələ əvvəllər təsbit olunmamış yeni elmi baxış formalaşmışdır: təbiət aləmi və insanın özünün yaratdığı süni aləm insanın əvvəlki nəsillərinin müxtəlif təbii-mədəni sistemlərin uzun sürən sintezi nəticəsində yaranmış çox mürəkkəb özünü tənzimləyən fiziososial funksional sistemdir. İn­san bütün sistemlərin təkmilli zirvəsidir. Onun orqanizminin üzvləri və lifləri quruluşuna və funksiyalarına görə müxtəlif hüceyrələrin kombinasiyasi olan çoxlu geterofunksional kiçik sistemlərdən ibarətdir. Fərdin orqanizmi təbii məskunlaşdığı mühitlə sıx qarşılıqlı əlaqədə və ondan müəyyən qədər asılı vəziyyətdədir. Burada insan hava udur, onda baş verən metabolik proseslər üçün su və qida qəbul edir. İnsanın qidası bütün birinci və ikinci nəsillərin (bitkilərin və heyvanların) orqanizmlərin deinteqrasiya olunmuş komponentlərinin zəruri kombinasiyasıdır. Bitki və heyvanlardan insan özünün mövcudluğu üçün müxtəlif həyat vasitələrini sintez edir. Fərd nə qədər geniş spektrdə natural komponentlər qəbul edirsə, yəni insan orqa­nizminin çox minilliklər ərzində mənimsəmək üçün uyğunlaşdığı komponentləri qəbul edirsə, onun orqanizmində gedən metabolizm reaksiyaları da rəngarəng olur. Elə buna görə də insan öz qidasında çoxlu kiçik elementləri olan və daxili sistemdə həzmə yüngül məruz qalan bitki meyvələrinə və ət-süd məhsullarına çox yer verir.

İnsan orqanizmində baş verən bütün proseslərin həm də özünün kosmik xarakterli gizli rəqəmləri vardır. Bunlar beynin, ürəyin, insan orqanizminin digər orqanlarının ritmləridir. Bu ritmlər dinamik, mütəhərrikdirlər. İnsanın bütün pozitiv və neqativ duyğuları və həyəcanları beynin ritmlərinin xarakterinə təsir göstərir. Dəqiq desək, beynin ritmləri xarici təbii və sosial mühitin məhsuludur. İnsan beyninin 24 saatlıq sutkada davam edən gündəlik həyat fəaliyyətinin ritmik tsikli gümrahlıq və yuxu mərhələsinə bölünür. Gümrahlıq mərhələsi daha aktiv fəaliyyət vaxtıdır. İnsanın paradoksal və yavaş keçən fazaları daxil edən yuxusu isə əsasən beyinini əsəb-psixi fəaliyyəti ilə bağlı heç də az yüngülləşdirmir. İnsanın beyni onun təfəkkürünün və şüurunun, onun mənəviyyatının bilavasitə maddi əsasıdır. Beynin digər fəaliyyəti ilə bizim «mən»in taleyi, yəni insanın mənlik şüuru bağlıdır. İnsan beyni həyat fəaliyyətinin fəal idarəedici strukturudur. İnsan beyninin informasiya və idrak funksiyaları əsəb və beyin hüceyrələrinin həyat fəaliyyətli məcmusu ilə üzvi qarşılıqlı əlaqədədir. Ritmlərin beyin mexanizmlərinin əsasında RNT-nin, yəni bu və ya digər impulsların, onların generasiyasını və sönməsini hüceyrə ilə bioelektrik keçiriciliyini göstərən strukturunu dəyişən biokimyəvi reaksiyalar durur. İnsanın beynində cərəyan edən məhz bu biokimyəvi reaksiyalar müxtəlif intensivlik və tezliklə beyin elektromaqnit (dalğa) ritmlərini bildirir. Bunlar isə məlum olduğu kimi, təkcə insanın sağlamlığından və xəstəliyindən xəbər vermir, həmçinin şəxsiyyətin həyat fəaliyyətinə, yaxud passivliyinə təsir edir.

Məlum olduğu kimi, hər bir insan özünün təbii-insani keyfiyyətlərinin müxtəlif genetik determinasiyası və funksional xüsusiyyətləri ilə adekvat sosial-mədəni həyat şəraitində olduqca öz molekulyar kütləli DNT-nin genomunu irsən qəbul edir ki, bu da özündə üç milyona yaxın gen daşıyır. Hələ antik dövrdə təşəkkül tapmış insanın fenogenotipi kiçik siqnal sistemlərinin funksional mərkəzlərinin məcmu fərdi spektrlərinin daha da dərinləşməsi və differensiasiyası sayəsində daha da ixtisaslaşaraq müxtəlif insanlarda bu və ya digər funksional alqoritmləri yerinə yetirmək qabiliyyətini rəngarəng edir. Bunun nəticəsində biz indi inanmağa başlayırıq ki, niyə bəziləri elmi yaradıcı, digərləri təcrübi eksperimental funksiyalarını yaxşı yerinə yetirir, niyə bəzilərinin riyaziyyata, başqalarının isə incəsənətə qabiliyyəti olur.

Beləliklə, funksional alqoritmlərin spektrlərində funksional özəklərin differensiasiyası və yekunun genişlənməsi insan orqanizminin bioloji universallığına baxmayaraq, baş beynin kiçik siqnal sistemlərinin funksional mərkəzlərinin fərdi məcmu spektrlərinin genotip ixtisaslaşmasına gətirib çıxarmışdır. Bu isə, öz növbəsində, insanların peşə yönümündə əksini tapmışdır. XIX-XX əsrlərin ayrıcında Qərbdə «həyat fəlsəfəsi» (Нитсше, Дилтей, Зиммел, Бергсон) adı ilə insan fəlsəfəsində prinsipcə yeni fəlsəfi idealist istiqamət yaranmışdır. Onun meydana gəlməsi dünyanın mexanistik mənzərəsinin özünü doğrultmayacağını aşkar edən biologiyanın, fiziologiyanın, psixologiyanın təbiətşünaslıq elmlərinin sürətli inkişafı ilə izah olunur. Həmin fəlsəfənin mərkəzində dünyanın mütləq, çoxcəhətli başlanğıcı sayılan «həyat» anlayışı durur. «Həyat» anlayışı materiya və şüurdan fərqli olaraq çoxcəhətli, rəngarəng və əbədidir. Həyatı hisslərin, yaxud zəkanın köməkliyi ilə başa düşmək mümkün deyil. O, yalnız intuitiv dərk olunur və yaşantıya müyəssərdir. İnsan həyatının mənası onun arzularının terapiyasıdır.

Sonda N.Q.Çernişevskinin belə bir nikbin fikrini xatırlatmaq yerinə düşər: «İnsan üçün dünyada ən əziz olan şeylərin ən ümdəsi və əzizi - həyatdır, əvvəlcə elə bir həyat ki, onu insan istəyir, sevir; sonra isə hər hansı bir həyat, çünki hər halda yaşamaq yaşamamaqdan yaxşıdır».




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin