Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Müəllimlik peşəsinə verilən tələblər, müəllimin pedaqoji qabiliyyətləri



Yüklə 0,82 Mb.
səhifə17/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2. Müəllimlik peşəsinə verilən tələblər, müəllimin pedaqoji qabiliyyətləri.Müəllimlik sənətinin bir sıra özünəməxsus xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, müəllimlik çox şərəfli və nəcib peşədir. Görkəmli Azərbaycan maarifçisi Sultan Məcid Qənizadənin fikrincə , “ Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir, bağ bağbansız yaşaya bilmədiyi kimi bəşəriyyət də müəllimsiz yaşaya bilməz “. Çünki hər bir millətin tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlə bağlıdır ( N. Nərimanov ). Müəllim görüş dairəsi məhdud olan uşaqların gözünü dünyaya açır, onları cəmiyyətin yararlı vətəndaşları kimi formalaşdırır.
Müəllimlik son dərəcə məsuliyyətli bir peşədir. Cəmiyyət öz fiziki sağlamlığını həkimlərə, mənəvi sağlamlığını isə müəllimlərə etibar edir. Həkimin səhvi bir xəstənin həyatını itirməsi ilə nəticələnirsə, müəllimin səhvi bütöv cəmiyyətin mənəvi şikəstliyi, faciəsi deməkdir.Qədim yunan filosofu Platon qeyd edirdi ki, əgər pinəçi ayaqqabını pis tikmişsə, bundan bir afinalı zərər çəkər, müəllimin səhvi isə bütün Yunanıstana ziyan gətirər. Ona görə də müəllim öz işində səhv edə bilməz.
Müəllimlik həm də çox mürəkkəb peşədir: müəllim bir-birinə bənzəməyən şagirdlərlə, müxtəlif xarakterlivalideynlərlə çalışır. Bu baxımdan o, çox yüksək ünsiyyət və əməkdaşlıq mədəniyyətinə sahib olmalıdır.
Pedaqoji ədəbiyyatda müəllimə verilən tələblər üç qrupa bölünür:

  1. Ümumi tələblər- bir ziyalı olaraq müəllimin şəxsiyyətinə verilən tələblərdir ki, buraya müəllimin dünyagörüşü və əqidəsi, fəal həyat mövqeyi, vətəndaşlıq məsuliyyəti, ictimai borca şüurlu münasibəti aiddir.

  2. Xüsusi tələblər - müəllimin pedaqoji- psixoloji hazırlığına verilən tələblərdir ki, buraya onun bilik və bacarıqları daxildir.

  3. Spesifik tələblər- yəni müəllimin konkret ixtisas və metodik hazırlığına verilən tələblərdir.

Bunların içərisində ikinci qrup tələblər, yəni müəllimin pedaqoji- psixoloji hazırlığına verilən tələblər xüsusi əhəmiyyət kəsb edir. Müəllim öz yetirmələrinə verməli olduğu xüsusi (fənn üzrə), etik və həyati biliklərin daşıyıcısıdır. Buna görə də bilik müəllimin kamil şəkildə yiyələnməli olduğu “əmək silahı”dır.
Müəllimin dövlətin və hökumətin məktəb və təhsil haqqında qərar və göstərişlərini, uşaqların yaş və fərdi xüsusiyyətlərini, pedaqogika və psixologiyanı, müasir pedaqoji texnologiyaların əsaslarını, tərbiyənin forma və metodlarını, şəxsiyyətin formalaşmasının inkişaf qanunauyğunluqlarını bilməlidir. Peşə bilikləri həm də müəllimin intellektual səviyyəsinin başlıca göstəricisidir.
Pedaqoji ədəbiyyatlarda müəllimin bacarıqları, yəni pedaqoji qabiliyyətləıri aşağıdakı kimi təsnif olunur:
1.Didaktik qabiliyyət – tədris materialını, əyani vasitələri, avadanlığı seçmək və hazırlamaq , tədris materialını anlaşıqlı, aydın, ifadəli, inandırıcı və ardıcıl şəkildə şərh etmək, şagirdlərin idrak maraqlarını və mənəvi tələbatlarını stimullaşdırmaq, idrak fəallığını yüksəltmək bacarığında özünü göstərir.
2.Təşkilatçılıq qabiliyyətinə şagirdlərin tədris və sinifdənkənar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, onların davranış və fəaliyyətini idarə etmək,şagird kollektivində işgüzar əhvali-ruhiyyə yaratmaq , görülən işə yekun vurmaq aiddir.
3.Kommunikativ qabiliyyət ( ünsiyyət bacarıqları) –şagirdlər, onların valideynləri, müəllim həmkarları, məktəb rəhbərliyi ilə düzgün qarşılıqlı münasibətlər yaratmaq bacarığında özünü göstərir.Ünsiyyət üslubuna görə müəllimləri avtoritar, liberal və demokratik olmaqla üç qrupa bölürlər.
Avtoritar ünsiyyət üslubu subyekt-obyekt münasibətlərinə əsaslanır.Bu zaman müəllim həmişə hökmran mövqedə dayanır,şagirdlərin fəal olmalarına şərait yaratmır. Liberal üsluba malik müəllimlər şagirdlərin işinə qarışmamağa çalışır, neytral mövqe tuturlar.Demokratik ünsiyyət üslubuna malik müəllimlər isə şagirdi subyekt kimi, bərabərhüquqlu tərəf-müqabil kimi qəbul edir,şagird kollektivinə hörmətlə yanaşır,onların müstəqilliyini boğmur, rəy və təkliflərini nəzərə alır. Bu gün təhsilin humanistləşdirilməsi, şəxsiyyətyönümlülük kimi prinsiplərin reallaşdırılması eyni zamanda demokratik ünsiyyət üslubuna əsaslanır.
Müəllim- şagird ünsiyyəti verbal (nitq vasitəsi ilə) , qeyri- verbal ( mimika, jestlər, duruş), vizual ( baxışlar-gözlər vasitəsi ilə) və taktil yolla ( əsasən kiçik yaşlı şagirdlərin başını sığallamaq, xoş sözlər demək və s.) həyata keçirilir.
4.Perseptiv qabiliyyət- şagirdin daxili aləmini duymaq, onun emosional vəziyyətini düzgün qiymətləndirmək, özünü fikrən şagirdin yerində qoymaq bacarığıdır.
5.Suqqestiv ( təlqinedici) qabiliyyət- şagirdlərə emosional - iradi təsir göstərməkdən ibarətdir. Təbii ki, bütün müəllimlər şagirdlər üzərində eyni təsir gücünə malik deyildir. Yalnız şagirdlər tərəfindən sevilən, daha çox nüfuz qazanan müəllimlər onlara emosional-iradı təsir göstərə bilirlər.
6. Tədqiqatçılıq qabiliyyəti- pedaqoji situasiyaları düzgün dərk etmək və qiymətləndirməkdir.
7.Elmi-idraki qabiliyyət- seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin