Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə14/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Yeniyetmə yaşının xüsusiyyətləri. Bu dövrdə uşaqlarda çox kəskin dəyişikliklər baş verir. Yeniyetmə həm uşaqlıq, həm də ilk gənclik əlamətlərini özündə əks etdirir. Çox vaxt bu dövrü çətin yaş dövrü, böhran dövrü adlandırırlar. Yeniyetmələr öz uşaqlıq illərindən ayrıla bilmirlər. Onlar fiziki cəhətdən sürətlə inkişaf edirlər. Bu dövrdə yeniyetmələr sanki ikinci dəfə, vətəndaş kimi doğulurlar. Yeniyetmələrin analıq ləyaqəti tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Yeniyetmələr özlərini yaşlı adamlar kimi aparmaq istəyirlər. Buradan da onların davranışında bir sıra neqativ, xoşagəlməz hallar baş verir. Yeniyetmə yaşı dövrünün bir sıra ziddiyyətləri vardır: 1- Yeniyetmə pisliyə, yalana qarşı barışmaz olmağa çalışır, lakin həyatın mürəkkəb məsələlərindən baş çıxarmağı bacarmır. 2- Yeniyetmə yaxşı olmağa, ideala can atır, lakin qəyyumluğu istəmir. 3- Yeniyetmə özünü təsdiq etmək istəyir, lakin bunu bacarmır. 4- Yeniyetmə köməyə, məsləhətə dərin ehtiyac duyduğu halda, böyüklərdən çəkinir, onlarla ünsiyyətdə olmağa cürəti çatmır. 5- Yeniyetmə qüvvələrin, arzuların zənginliyi, lakin təcrübənin azlığı, imkanların məhdudluğu ucbatından müəyyən çətinlik qarşısında qalır. 6- İdeal olana aludəçilik və ideal olanın adi həyatda ola biləcəyinə şübhə etmək yeniyetmənin davranışında inamsızlıq yaradır. 7- Yeniyetmə elmin tükənməzliyinə təəccüblənir, çox bilməyi arzulayır, intellektual əməkdən ruhlanır, eyni zamanda gündəlik təlim-tərbiyə tapşırıqlarına səthi münasibət bəsləyir.
8- Yeniyetmə romantikdir, coşğundur, şəndir, lakin onda kobud hərəkətlər yox deyil və o, bunu cürətlilik, mərdlik sayır. Yeniyetmələrdə peşələrə meyl, maraq yaranır, onlar peşələrin əhəmiyyəti, faydası haqqında düşünür, özlərini istədiyi sənətə yönəltməyə çalışırlar. Yeniyetmələrdə özünüdərk, özünütəsdiq baş qaldırır. Onlarda əxlaqi anlayışlar, dostluq və yoldaşlıq, böyüyə hörmət, düzlük, doğruçuluq və.s. formalaşır. İlk gənclik dövrünün xüsusiyyətləri. Bu dövrdə anatomik-fizioloji inkişaf davam edir. Beyin tam inkişaf mərhələsinə çatır. Daxili sekresiya vəzifələri inkişafını başa çatdırır. Psixi proseslər, nitq, iradə əsaslı şəkildə təşəkkül tapır. Mücərrəd, məntiqi təsəvvür inkişaf edir. Elmi dünyagörüşü, etik, əxlaqi, estetik təsəvvür, baxışlar və əqidələr formalaşır. Onlarda həyat mövqeyi, sözlə əməli işin birliyi yaranır. Bu dövrdə gənclər həyatda fəal mövqe tutmağa can atır,ictimai borca şüurlu münasibət bəsləyir, sözü ilə işini gündəlik davranış normasina çevirməyə çalışırlar. Bu yaş dövründə “borc”, “vicdan”, “namus”, “şərəf, “ədalət” və.s. əxlaqi anlayışlar və kateqoriyalar formalaşır. Məktəbli gənclər ədalətsizliyə, yalançılığa, yaltaqlığa dözə bilmir, həyatın kölgəli hallarına qarşı barışmaz olurlar. Bu dövrdə onlar özlərini, öz həyat zirvələrini anlayır, özünütəsdiqə və özünüreallaşdırmaya cəhd edir, konkret peşə seçməyə çalışırlar. Onlar özlərinə və başqalarına sığınacaq və ümidgah ola biləcəklərini dərk edir, məhəbbətin iki qəlbi bir-birinə caladığını, iki sahili birləşdirən körpü olduğunu başa düşürlər. Gənclər əməkdə iştirakı zəruri, sosial vəzifə kimi başa düşür, ictimai-faydalı və məhsuldar əməkdə iştirak edir, istehsalatda əməyin psixologiyası, əmək mühiti ilə tanış olurlar. Bu dövrdə gənclər elmi-texniki tərəqqinin nailiyyətlərini öyrənməyə can atırlar.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin