Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


) Şəxsiyyətin formalaşmasında mühitin və tərbiyənin rolu



Yüklə 0,82 Mb.
səhifə11/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3) Şəxsiyyətin formalaşmasında mühitin və tərbiyənin rolu
İngilis filosofu Con Lokk “fitri qabiliyyətlər” nəzəriyyəsinə qarşı çıxaraq özünün məşhur “tabula rasa” (ağ lövhə) nəzəriyyəsini irəli sürmüşdür. Lokk belə hesab edirdi ki, uşaq dünyaya nə şair, nə həkim, nə qul,nə də ağa kimi gəlir. Uşağa irsən heç nə verilmir. Onun ruhu ağ lövhəyə bənzəyir. C.Lokk insan xarakterini çaya, tərbiyəni isə bəndlərə bənzədirdi. Onun fikrincə, axar çayın qabağına bənd vurub onun istiqamətini dəyişmək mümkün olduğu kimi, tərbiyənin gücü ilə insan xarakteri istənilən səmtə yönələ bilər. “Tərbiyə haqqında fikirlər” adlı əsərində yazırdı ki, təsadüf etdiyimiz yaxşı və ya pis, xeyirli və ya xeyirsiz adamların onda doqquzu tərbiyə sayəsində belə olmuşdur. C. Lokkun “ağ lövhə” nəzəriyyəsi təbii imkanları, yəni irsiyyəti inkar edir, tərbiyənin rolunu şişirdirdi. Tərbiyənin insan şəxsiyyətinin formalaşmasındakı roluna dair C.Lokkun fikirlərini K.A.Helvetsi, D.Didro və.b. da müdafiə etmişlər. Helvetsi tərbiyəyə yüksək qiymət verir və onu hər şey hesab edirdi. D.Didro onun fikrini daha da dəqiqləşdirərək deyirdi ki, tərbiyə çox şeydir. XIX əsrdə yaşamış rus inqilabçı demokratları (Çernışevski, Belinski, Dobrolyubov) da insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır. Belinski uşaq şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rolunu göstərməklə bərabər, uşaq ruhunu ağ lövhə hesab edən və onun üzərində tərbiyə ilə hər şeyin yazılmasını mümkün bilən C.Lokk təlimini tənqid etmiş və yazmışdır ki,”Palıd ağacını alma yetişdirməyə məcbur etmək olmaz,çünki onda alma yetişdirmək imkanı yoxdur.Amma meşədə bitən cır armud ağacını peyvənd etməklə onu dadlı,iri,xoş ətirli armud yetişdirməyə məcbur etmək olar.Çünki onda armud yetişdirmək imkanı var”.
Bununla o demək istəyirdi ki, insan təbii imkanlar ilə oğulur. Bu imkanlar isə tərbiyənin, ictimai mühitin təsiri ilə formalaşır. Tərbiyə insan yaratmır, adamın, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir.
Vaxtilə bir qrup mütərəqqi fikirli rus psixoloqları insan şəxsiyyətinin formalaşmasında, habelə qabiliyyətlərin inkişafında irsiyyətin nə kimi rolu olduğunu yoxlamaq məqsədilə adları ensiklopediyaya düşmüş 1618 xadimin tərcümeyi-halını, həyat yolunu öyrənmişlər. Aydın olmuşdur ki, heç bir istedadlı atanın talantlı oğlu, heç bir talantlı oğulun da istedadlı atası olmamışdır. Dahi rus alimi Lomonosov balıqçı, görkəmli fizik Faradey dəmirçi oğlu, mahir bəstəkar Şopen mühasib, böyük Sabir- dükançı, görkəmli dramaturq C.Cabbarlı-kömürçü, dahi bəstəkar Ü.Hacıbəyov-müəllim oğlu olmuşdur.
Bu faktlar tarixi həqiqətlər olsa da, onunla tam razılaşmaq qeyri-mümkündür. Dahi, istedadlı adamların övladları da valideynləri kimi görkəmli olurlar. Q.Qarayevin, S.Vurğunun, R.Rzanın, S.Rəhimovun və digər sənətkarların uşaqlarının timsalı da bu fikrimizin sübutudur. Uşağın inkişafına, onun şəxsiyyətinin formalaşmasına ictimai mühitin təsirinə dair elmə məlum 40-dan çox “homo ferus” (cəmiyyətdən xaric yaşayan insan) faktlarını xatırlamaq lazım gəlir. “Homo ferusa” səbəb uşağın anadan olan vaxt ictimai mühitdən ayrı düşməsidir. Belə faktlardan Komenski, Dobrolyubov istifadə etmişlər. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyanlar arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir. Belə bir hal o yerə gətirib çıxarır ki, həmin adamlar bəzən hər cür ağıllılıq əlamətlərindən məhrum olur. Məşhur Kaspar Hauzer kimi. Belə adamlar insana xas əlamətlərini (nitq, dik yerimək və.s.) itirirlər.Hind şahzadəsi Əkbər öz alimləri ilə mübahisə etmişdir ki, insanın insan olması üçün onun insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment aparmışdır. Bir hindli, bir çinli və bir benqal uşağını anadan olan kimi valideynlərindən almış, onları sarayda bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insanı münasibətlər dünyasından məhrum etmişdir. Uşaqlar böyümüşlər. Yeddi yaşda onların tamaşasına getmişlər. Uşaqlar yalnız heyvani səslər çıxarmışlar. İnsana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. Elmə bu da məlumdur ki, iqtisadi və mədəni inkişafın ən aşağı pilləsində duran xalqlara mənsub uşaqlar yüksək mədəni şəraitə düşüb təlim-tərbiyə aldıqda, onlarda yüksək qabiliyyətlər inkişaf edir.. Deməli, insan şəxsiyyətinin formalaşması üçün irsiyyət, bioloji amillər hələ kifayət deyil.Bunun üçün ictimai mühit və tərbiyə lazımdır. İnsan şəxsiyyət kimi döğulmur. İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraltindən, itimai münasibətlər sistemindən, istehsal münasibətlərindən asılı olur.İctimai mühit deyərkən insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir, yeniləşir. Şərait insanları yaratdığı kimi, insanlar da şəraiti yaradırlar. İnsan mövcud ictimai mühiti dəyişib öz arzusuna müvafiq qura bilir, həm də bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir, həyatı gözəllik qanunları əsasında qurur. İnsan şəxsiyyəti əlverişli ictimai şəraitdə tərbiyə vasitəsilə inkişaf edir. Tərbiyə sayəsində uşaqda yeni qabiliyyətlər və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və formalaşır. Uşaq təlim və tərbiyə vasitəsi ilə həqiqi insan olmağı öyrənir, ictimai həyata hazırlanır, geniş dünyagörüşə sahib olur. Bir sözlə, uşaq tərbiyə prosesində insanlaşır. B.A.Suxomlinskinin dediyi kimi, hər bir insan şəxsiyyətini təbiət cilalamır, təbiət yalnız əsas qoyur, cilalamaq isə tərbiyənin və təlimin borcudur.İnsanın ictimailəşməsi, onun insanlıq dünyasına daxil olması ailədən başlayır. Şəxsiyyətin formalaşmasında ailənin rolu böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mənəvi təsəvvürlərin formalaşmasında, yaşlı adamlar uşağa qayğı göstərirlər. Həzrəti Məhəmməd (s) buyurmuşdur ki, heç bir valideyn öz övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gedir, onun həyatında yeni dövr başlayır. Müəllim də, valideyn də uşaq şəxsiyyətinə böyük təsir göstərir. Azərbaycan xalqının dünya şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizam öyrətməyə başlamaq lazımdır. Tərbiyənin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan, onlara düzgün istiqamət verməkdən ibarətdir. Beləliklə insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında irsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır.İnsan hazır qabiliyyətlərlə doğulmur.Lakin onun anadan olarkən irsən özü ilə gətirdiyi təbii imkanlar əlverişli mühitin və düzgün tərbiyənin nəticəsində inkişaf edib qabiliyyətlərə çevrilir.Məs.uşaq nitq qabiliyyəti ilə doğulmur, lakin nitq qazanmaq üçün təbii imkanlarla doğulur.Yəni onun dilinin,boğazının, səs tellərinin,dişlərinin xüsusi quruluşu danışmaq üçün təbii imkandır. Həmin imkanın nitq qabiliyyətinə çevrilməsi isə müvafiq insani mühitin və tərbiyənin təsirindən asılıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin