Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə12/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4- Yaş dövrləri İnsan həyatının müəyyən dövrü üçün xas olan anatomik-fizioloji və psixi keyfiyyətlərə yaş xüsusiyyətləri deyilir. Təlim-tərbiyə işində uşaqların yaş xüsusiyyətini nəzərə alıb yaş dövrlərinin təsnifatını verən mütəfəkkirlərdən Platonu, Aristoteli, Nizamini, Komenskini, Russonu və.s göstərmək olar. Platon yaş dövrlərindən bəhs etsə də, məsələni Aristotel kimi işləməmişdir. Aristotel ilk dəfə yaş dövrlərini yeddi-yeddi olmaq şərtilə üç qrupa bölmüşdür. O,7 yaşa qədərki dövrü bitki dövrü adlandıraraq bu dövrdə fiziki tərbiyəyə üstünlük vermiş, 7-14 yaşı yeniyetməlik (heyvani dövr və bu dövrdəki tərbiyəni iradə tərbiyəsi, 14-21 yaşı kamillik dövrü, bu dövrdəki tərbiyəni əqli tərbiyə adlandırmışdır. Aristotelin yaş bölgüləri Nizaminin də əsərlərində öz əksini tapmışdır. O, üç dəfə oğlu Məhəmmədə (7, 14, 21 yaşı tamam olanda) nəsihət yazmış, həmin bölgülərə müvafiq oğlunun fəaliyyət sahələrini, nə kimi işlər görməli olduğunu müəyyən etmişdir. Dahi çex pedaqoqu Y.A.Komenski uşaqların inkişaf xüsusiyyətlərini və illərini altı-altı olmaqla 4 dövrə bölmüşdür: 1) 6 yaşa qədər uşaqlar üçün hər ailədə “ana məktəbi” (məktəbəqədər ailə tərbiyəsi). 2) 6 yaşdan 12 yaşa qədər yeniyetmələr üçün hər kənddə, hər icmada və qəsəbədə ”ana dili məktəbi 3)12 yaşdan 18 yaşa qədər gənclər üçün hər şəhərdə “latın məktəbi”. 4) 18 yaşdan 24 yaşa qədər yetkinləşmiş gənclər üçün akademiya-ali məktəb. O həmin dövrləri eyni zamanda ilin fəsilləri ilə adlandirmışdır(Yaz,yay,payız və qış).
Fransız pedaqoqu Jan Jak Russo yaş dövrlərini belə təsnif edir: 1.Anadan olandan iki yaşa qədər –körpəlik dövrü;2. İki yaşdan on iki yaşa qədər-əqlin yuxu dövrü.Bu dövrdə daha çox fiziki tərbiyəyə üstünlük verir.3.On iki-on beş yaş arası dövrü əqli və əmək tərbiyəsi dövrü adlandırır.4.On beş yaşdan yuxarı isə əxlaq tərbiyəsi dövrü kimi qəbul edir.

Pedaqogika elmi klassik pedaqoqların fikirlərinə, bir çox tədqiqatlara istinad edərək, uşaqların yaş dövrlərini aşağıdakı kimi müəyyən etmişdir: 1)Çağalıq dövrü-1yaşa qədər;2).Körpəlik dövrü-1-3 yaş; 3).Məktəbəqədər dövr-3-6 yaş; 4). Məktəb dövrü-6-18 yaş. Məktəbəqədər yaş dövrünün spesifik mərhələləri var Bu dövrdə təlim-tərbiyə məsələləri kiçik, orta, böyük və məktəbə hazırlıq qruplarında aparılır. Hər bir qrupla məşğələ keçən uşaqların yaş xüsusiyyətləri nəzərə alınır. Məktəb dövrü isə aşağıdakı mərhələlərə bölünür: 1- kiçik məktəb yaşı (6-10 yaş), 2- kiçik və orta yeniyetmə yaşı (10-12 yaş), 3- böyük yeniyetmə yaşı (13-15 yaş), 4- ilk gənclik dövrü (16-17 yaş). Hər bir yaş mərhələsində uşaqların üç istiqamətdə inkişafı nəzərə alınır: a- anatomik-fizioloji, b- psixoloji, b- intellektual-mənəvi inkişaf.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin