səhifə 130/161 tarix 28.04.2022 ölçüsü 0,93 Mb. #56523 növü Dərs
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Netto qiymət - Mal və məhsulun alqı-satqı yerindəki qiyməti.
Nisbi göstərici - Mütləq göstəricinin baza kəmiyyətinə nisbəti.
Nisbi qiymət - Əmtəənin müəyyən miqdarda başqa bir şeylə , yaxud məhsulla ifadə olunmuş qiyməti.
Nisbi üstünlük - Müxtəlif ölkə istehsalçılarının eyni məhsul istehsalı üzrə xərclərinin fərqli olması.
Nominal dəyər - Qiymətli kağızların (səhmlərin, banknotların) üzərində yazılan, göstərilən dəyər.
Nominal əmək haqqı - İşçi və qulluqçuların aldığı əmək haqqının (pul vəsaitinin) məbləği.
Nominal gəlir - Müəyyən vaxt ərzində hər bir fərdin , yaxud sosial qrupun əldə etdiyi pul gəliri.
«Nou-hou» - Hələ geniş yayılmamış, əmtəələrin-xidmətlərin istehsalının və reallaşdırılmasının təşkili üçün zəruri sayılan elmi-texniki biliklər , texnoloji yeniliklər.
Dostları ilə paylaş: