|
|
səhifə | 145/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Sosial təminat - Qocalara və əmək qabiliyyətini itirənlərə, habelə ana-uşaqlara maddi təminat, xidmət göstərilməsi üzrə sosial-iqtisadi tədbirlər sistemi.
Staqnasiya - İqtisadiyyatda, istehsalatda, ticarətdə durğunluq vəziyyəti.
Staqflyasiya - Ölkədə eyni vaxtda həm işsizliyin, həm də inflyasiyanın olması.
Standart - Dövlətin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş etalon, nümunə, model.
Struktur - Quruluş, yaxud vahid sistemi təşkil edən və bir-biri ilə qarşılıqlı əlaqədə olan bölmələrin, hissələrin toplusu.
Strateji əmtəələr - Ölkənin milli təhlükəsizliyi naminə ixracı nəzarətə alınan, məhdudlaşdırılan, qadağan edilən məhsullar.
Dostları ilə paylaş: |
|
|