Ştat cədvəli- Şirkətin, müəssisənin, təşkilatın işçilərinin sayım, vəzifələrini, maaşlarını, ödəmə xüsusiyyətlərini göstərməklə təsdiq və qəbul olunmuş siyahı.
Şübhəli hesablar– Vaxtında ödənilmə ehtimalı çox az olan hesablar.
Tacir- Gəlir məqsədilə əmtəə-mal alıb və satan şəxs.
Talon - Sahibinin müəyyən nemət və xidmətlərdən istifadə etmək hüququnu təsdiqləyən sənəd.
Tam məşğulluq- Ölkənin əmək qabiliyyətli bütün əhalisinin iş yerləri ilə təmin olması.
Tarif- Müxtəlif təyinatlı xidmətlərə görə olan ödəniş norması.
Tarazlaşmış bazar- Əmtəə-xidmətlərin ümumi həcmi və digər xüsusiyyətlərə görə tələblə-təklifın tarazlığı.
Tarazlıq qiyməti- Bazarda tələbin həcminin təklifin həcminə uyğun (bərabər) olduğunu tənzimləyən qiymət səviyyəsi.