|
|
səhifə | 159/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
V
Va-bank - Böyük risk və təhlükə ilə bağlı olan hərəkət etmək.
Vahid iqtisadi məkan - İqtisadi ittifaqda birləşmiş bir neçə dövlətin təşkil etdiyi təsərrüfat fəaliyyəti zonası.
Vaxta görə əmək haqqı - Əmək haqqının iş vaxtının, iş saatlarının kəmiyyətindən asılı olaraq, işçinin əməyinin ödənilməsi forması.
Vaxtı keçmiş kredit - Müəyyən edilmiş vaxtda banka qaytarılmamış kredit.
Valyuta - Ölkənin milli pul vahidi (manat, dollar, avro) və beynəlxalq hesablaşmalarda haqq-hesab aləti.
Valyuta məzənnəsi - Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində ifadəsi.
Valyuta bazarı - Müxtəlif ölkələrin valyutalarının alqı-satqısının aparıldığı birja və birjadankənar (banklararası) sahələr.
Valyuta böhranı - Ölkələrin pul-kredit sisteminin böhranı.
Dostları ilə paylaş: |
|
|