Mühazirə mətnləri Bakı ­- 2015


MÖVZU 1. KURSUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ



Yüklə 0,93 Mb.
səhifə2/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

MÖVZU 1.

KURSUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
1.1. Müasir elmlər sistemində iqtisadi nəzəriyyənin yeri və rolu
Bəşəriyyətin keçdiyi mürəkkəb və ziddiyyətli yük­­sə­liş yolunun, müxtəlif ictimai-iqtisadi quruluşların, fərq­li təsərrüfat sistemlərinin ümumi inkişaf qanunauy­ğun­luq­la­rı­nın, onların özünəməxsus cəhətlərinin tənqidi surətdə təh­lil olunub öyrənilməsində, ən başlıcası isə bu zəngin təc­rübədən yaradıcılıqla faydalanmaqda, ictimai elmlərin tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin müstəsna əhə­miy­yəti vardır.

İnsanlar yaşadıqları cəmiyyəti, onun enişli-yoxuşlu in­kişaf mərhələlərini və hazırda gəlib çatdığı so­sial–iq­ti­sa­di səviyyənin konkret göstəricilərini, eyni zamanda gə­lə­cək yüksəliş istiqamətlərini elmi biliklər əsasında öy­rə­nib müəyyənləşdirirlər.

Ümumiyyətlə elm dedikdə - təbiət, cəmiyyət və in­san təfəkkürünün inkişaf qanunları haqqında vahid biliklər sistemi başa düşülür. Hələ qədim dövrlərdə elm öz təd­qi­qat sahələrinə görə təbiət və cəmiyyət elmlərinə ayrılmış­dı. Müasir dövrdə elm – ictimai (sosial), təbiət və texniki elmlərə bölünür.

Geniş əhatəli iqtisad elminin nəzəri və metodoloji əsası olan iqtisadi nəzəriyyənin müxtəlif problemlərini bil­mək, qarşıya çıxan gündəlik, habelə gələcək qayğıları sə­riş­tə­li həll etmək yolunda dövlət xadimlərinə, siyasət­çi­lə­rə, diplomatlara, işgüzar bizneslə məşğul olanlara, gələcək mütəxəssislərə sadə peşə sahibi insanlara da, şübhəsiz fay­dalıdır. Tanınmış iqtisadçı Q.Mənkyü (ABŞ) qeyd edir ki, sadə işlərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “iqtisad elminin sərt qayda-qanunlarına bələd olmaq” həmişə yardımçı və köməkçi rolunu oyna­ya­caq­dır.

Mütəxəssislərin fikrincə, iqtisad elmi mütləq hökm­lər vermək və uzunömürlülüyü ilə öyünə bilməz. Çünki, həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyiş­dik­cə, elm-texnika sahəsində yeni nailiyyətlər qazanıldıqca, daha mükəmməl materiallar və resurslar meydana çıxdıq­ca, istehsalın və insanların tələbatları, zövqləri dəyişdikcə, şübhəsiz iqtisad elminin (nəzəriyyənin) qarşısında duran problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi - insanların müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün maddi (mənəvi) nemətlər istehsal etmək və müxtəlif təyi­natlı xidmətlər (servis dairəsi) göstərməkdir.

Bu iqtisadi vəzifə isə təbii resursların müəyyən məh­dud­luğu və insanların maddi, habelə mənəvi tələblə­ri­nin artması, hətta sonsuzluğu ilə bağlıdır. Müasir anlamda iq­ti­­sad elmi mövcud resursların məhdudluğu və tələblərin sonsuzluğu şəraitində, maddi nemətlərin (xidmətlərin) is­­teh­salı, bölgüsü, müba­diləsi, istehlakı prosesində in­san­­la­rın iqtisadi fəaliyyə­tinin təhlilidir.

Cəmiyyətdə baş verən geniş əhatəli iqtisadi proseslər təbiidir ki, ümumi tələblə təklifin qarşılıqlı əlaqəsi, qiy­mət­­lər mexanizmi vasitəsilə, bazar rəqabəti şəraitində müəy­­yən enib-qalxmalarla həyata keçirilir. Ona görə də, müx­təlif istiqamətli iqtisadi nəzəriyyələrin qarşısında cəmiyyət üçün son dərəcədə vacib əhəmiyyətə malik olan belə bir suala ən səmərəli cavab tapmaq durur: “nə istehsal etməli, necə istehsal etməli, kim üçün istehsal etməli?” Deməli, iqtisad elmi və nəzəriyyəsi qısa şəkildə “kim, nə, necə?” sualına cəmiyyət miqyasında optimal cavab axta­rır. Bu isə o qədər də asan bir məsələ deyildir.

Müxtəlif istehsalçılardan, çoxsaylı alıcılardan, ümu­mi və fərdi maraqlardan, daxili və xarici amillərdən asılı olaraq, iqtisadi nəzəriyyə öz qarşısında duran vəzifələri uğurla həll etmək üçün, şübhəsiz bir sıra şərtlərlə, sub­yek­tiv-obyektiv maneələrlə, ciddi əngəllərlə rastlaşır. Lakin iqtisad elmi, bəşəriyyətin inkişafının müxtəlif mərhələlə­rin­də həmişə bu problemlərə cavab axtar­mışdır.

Cəmiyyətin təsərrüfat həyatı problemlərinə yanaşıb, onları konkret şəraitə uyğun həll etmək yolunda iqtisad elminin rolunu yüksək qiymətləndirən Amerika iqtisadçısı P.Samuelson, iqtisadi nəzəriyyəni elmlərin şahı adlandır­mışdı. Nobel mükafatı laureatı M.Fridmen (ABŞ) iqtisadi nəzəriyyəni insanı heyran edən maraqlı elm kimi səciy­yə­lən­­dirmişdir.

Riyazi məntiqin banilərindən biri B.Rassel (İngiltərə) iqtisad elmini xeyli asan hesab edərək, bu sahədə məşğul olmaq istəməmişdi. Əksinə, alman fiziki M.Plank iqtisad elminin çətin olduğunu söyləyərək, fizika-riyaziyyat sahə­sinə keçmişdi. İqtisadçı A.Heylləronner bu peşə üçün “də­və dözümü və müqəddəs adamlara xassələr” la­zım oldu­ğunu qeyd etmişdi. Təbiidir ki, iqtisadçı daim öyrənməli və öz üzərində çalışmalıdır, çünki belə olmasa, iqtisadçı mu­siqi əsərini qiymətləndirən kar adama oxşaya­caqdır.

Müasir mərhələdə, planlı sosialist inzibati amirlik iq­ti­sadi sisteminin dağılıb, bazar münasibətlərinin forma­laş­dığı postsosialist və postsovet ölkələrində, o cümlədən də Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ay­rı-ayrı sahələri qarşısında mühüm vəzifələr durur.

Bütövlükdə bir sistem halında iqtisad elminin həm nəzəri, həm də əməli (təcrübi) istiqamətləri vardır. Bu mə­na­da iqtisadi nəzəriyyə pozitiv normativ kimi hissə­lə­rə ayrılır.

İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə bir elm kimi ilk növbədə cəmiyyət həyatında gedən pro­sesləri hərtərəfli təhlil edir, faktları izah edir və yaranmış vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında öz məsləhət və tövsiyələrini vermir. Cəmiyyət həyatında baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edi­lir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkə­nin timsalında istehsalın azalması, işsizlik səviyyəsinin art­­ma­sını göstərə bilər, lakin bu mənfi proseslərin necə ara­dan qaldırılması yolları haqqında öz tövsiyələrini ver­mir.

Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi ha­di­sə və proseslərin gələcək meyllərini, inkişaf istiqamət­lərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini ve­rir. Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi nəzəriyyəyə nisbətən iqtisadçılar və mütəxəssislər arasın­da daha çox mübahisələrə səbəb olur. Çünki həmin pro­ses­lər (iqtisadi artım, yığım norması, yeni iş yerləri açıl­ma­sı) birmənalı qarşılanmır, müxtəlif qrupların yaxud şəxs­­­lərin maraqlarına toxunur.

Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca mövcud olmuş cəmiyyətlərin həyatı, ictimai-siyasi, iqtisa­di-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyə­lə­nir. Doğrudur, qarşılıqlı əlaqə və təsir nəticəsində tam bir sistem kimi fəaliyyət göstərən cəmiyyət həyatında bu cə­hət­lərin hansınınsa çatışmaması, yaxud nöqsanı, bütöv­lük­də cəmiyyət həyatına öz təsirini göstərəcəkdir. Deməli, bütün cəhətlərin normal və ahəngdar fəaliyyəti sahəsində iqtisadi sistem yaşayıb inkişaf edə bilər.

Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının sahələri arasında iqtisadiyyat, həyatın davamı və insan­la­rın yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir. İqti­sadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının tə­mə­lini təşkil etdiyindən, iqtisad elmi də bütün iqtisadi bilik dairələrini əhatə edir. İlk mərhələdə təsərrüfat və onun idarə olunması qanunları mənasını daşıyan bu anla­yış, hazırda mürəkkəb, habelə çoxcəhətli bir fəaliyyət dairə­sini, yəni bütövlükdə iqtisadiyyatı əhatə edir.



Məlumdur ki, insan cəmiyyəti formalaşdığı ilk ad­dım­larından başlayaraq indiyədək həmişə iqtisadiyyatla, təsərrüfatla bağlı olmuşdur. Vaxtilə yalnız təbiətin hazır məhsullarından, təbii nemətlərindən istifadə etməklə kifa­yət­lənmiş insanlar, tədricən əkinçilik və maldarlıqla məş­ğul olmuş, sənətkarlıq şeyləri hazırlamış, müxtəlif emalat­xa­nalar təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat va­si­tə­lərini təkmilləşdirmiş, elektrik və atom enerjisindən isti­fadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başla­mış­lar.

İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan tə­sər­rüfat həyatı sahələri genişləndikcə, iqtisadiyyatı daha səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri bilik­lə­rə ehtiyac artmışdır. Həyat irəliləyib inkişaf etdikcə, in­san­ların təsərrüfat əlaqələri genişləndikcə, ayrı-ayrı ölkə­lər arasında ticarət münasibətləri yeni sahələri əhatə etdik­cə, şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyə­lər də dəyişmişdir.

Müxtəlif məktəb və istiqamətlərindən asılı olmadan, ölkənin və dünyanın təsərrüfat həyatındakı iqtisadi artım, yığım və istehlak, tələb və təklif, qiymət və rəqabət, in­flya­­siya və işsizlik, maliyyə və pul-kredit sistemi, büdcə və vergilər, investisiya və xarici borclar, başqa ölkələrlə xa­ri­ci iqtisadi-ticarət əlaqələri və beynəlxalq valyu­ta-kre­dit münasibətləri, inteqrasiya və qloballaşma proses­lə­rinin sosial-iqtisadi nəticələri kimi aktual problemlər həmişə iqtisadi nəzəriyyənin diqqət mərkəzində durmuş­dur.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin