Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə106/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • Qeyd.
2. Tabelilik bağlayıcıları
1) Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Ən geniş işlənən ki başlayıcısı analitik tipli mübtəda, xəbər, tamamlıq, təyin, tərzi-hərəkət, dərəcə, zaman, səbəb, məqsəd, şərt, nəticə budaq cümlələrini baş cümləyə bağlayır. Məs.: Mən nənəmdən eşitmişdim ki, adamlar xəstələnəndə zəli qoyurlar ki, artıq qanı sorub çəksinlər. (İ. Ə.) Mən istəyirdim ki, anam belə qüssəli şeylər oxumasın. (İ. Ə.) Birdən elə bir gurultu eşidildi ki, yer titrədi, evin şüşələrindən bir neçəsi sınıb töküldü. Sonra atamgil şəhərdən xəbər gətirdilər ki, hərbi anbarın partlamağı nəticəsində yüzlərlə adam həlak olub. (İ. Əfəndiyev)
Qeyd. Bu bağlayıcı omonim xarakterə malikdir. Belə ki, eyni fonetik tərkibə malik olan bu söz ədat kimi də işlənir. Bunları asanlıqla fərqləndirmək mümkündür. Ki ədat kimi işlənirsə, sözün və cümlənin təsir gücünü artırır. Ancaq bağlayıcı kimi işlənirsə, deməli, bağlayıcı funksiya daşımalıdır. Bu bağlayıcı tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan vasitə kimi işlənir və bundan sonra vergül işarəsi qoyulur. Ki ədat kimi tabeli mürəkkəb cümlələrdə bağlayıcı sözlərin tərkibində işlənir və bu halda ondan sonra vergül qoyulmur. Məs.: O durub özxoşuna gəlməyib ki bura? (ədat) (İ. Ə.) Mən ki (ədat) damdan, bacadan baxmaz idim. Kimin ki (ədat) deməyə sözü var, əlini qaldırsın. Biz üç-dörd adam qərara almışıq ki, qoşun gəlib keçənə qədər arvad-usaq yığılsın Məşədi Qurbanın evinə ( tamamlıq budaq cümləsini baş cümləyə bağlayan bağlayıcı). (Bax. R.Hümmətova. Qoşma və bağlayıcının tədrisində inteqrasiya)
2) Səbəb bağlayıcıları: ona görə (ki), buna görə (ki), onun üçün, bunun üçün, çünki, odur ki, o səbəbə (ki), bu səbəbə (ki). Bu bağlayıcılar, əsasən, səbəb budaq cümləsini baş cümləyə bağlayır. Həmçinin mətnin komponentləri arasında da əlaqə yaradır. Bu bağlayıcılar səbəb budaq cümlələrini aşağıdakı kimi baş cümləyə bağlayır:
a) çünki, ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün ki, o səbəbə ki, bu səbəbə ki bağlayıcıları baş cümlədən sonra gələn səbəb budaq cümləsinin əvvəlində işlənir, baş cümlədəki hərəkət və əlamətin səbəbini bildirir və budaq cümləni baş cümləyə bağlayır. Məs.: Şairəm, çünki vəzifəm budur, əşar yazım. (M.Ə.S.) Ancaq Səkinə baxıb gördü ki, xeyr, bu alagözlü gəlin oğlanın ağlını yaman oğurlayıb, oğlan ondan əl çəkməyəcək, ona görə də Səkinə acıq eləyib qayıtdı Kürdobaya. (İ. Ə.) Şahmar bəyin düşməni çox idi, ona görə də oğlanları, qardaşları tapa bilmədilər ki, bəyi kim vurub. (İ. Ə.) Onun anası Xədicəbanu yer üzündəki arvadların ən xoşbəxtidir, çünki o, mənə Maliktac kimi oğul bəxş etmişdir. (İ. Ə.)
b) səbəb budaq cümləsi yenə də baş cümlədən sonra gəlir, baş cümlədə ifadə olunan fikrin səbəbini aydınlaşdırır, izah edir. Belə hallarda ona görə, ondan ötrü, o səbəbə, onun üçün bağlayıcıları baş cümlənin tərkibində olur və budaq cümlə ilə baş cümlə arasında ki bağlayıcısı işlənir. Məs.: Onun üçün öyrətdim ki, əlimi bu sənətə, Bir gün sənə əl açıb düşməyim xəcalətə. (N. G.) Səni ona görə bağışlayıram ki, səhvini başa düşüb nəticə çıxarmısan. Üzünü ona görə (onun üçün, o səbəbə) bağlayırdı ki, onun qadın olduğunu bilməsinlər.
c) ona görə, ondan ötrü, o səbəbə, onun üçün, çünki, ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün ki, o səbəbə ki, bu səbəbə ki, odur ki, ondan ötrü, bundan ötrü bağlayıcıları baş cümlədən sonra gələn nəticə budaq cümləsinin tərkibində işlənir, budaq cümləni baş cümləyə bağlayır. Məs.: Az zamanda əli elə gətirdi ki, yeznəsini sıxışdırıb bazardan çıxardı, ona görə də yeznəsi Əbdüləziz Abdulla ilə oldu həmişəlik düşmən. (İ. Ə.) Onlar biri o birindən uca olması barədə qərinələrdən bəri mübahisə edirdilər. Odur ki, çobanın hayını-harayını eşitmədilər. (Az. əfsanələri)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin