Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


İsim, xüsusiyyətləri və lüğəvi məna qrupları



Yüklə 319,77 Kb.
səhifə11/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   189
2019-04-25 12-07-55

İsim, xüsusiyyətləri və lüğəvi məna qrupları
İsim adlar qrupuna daxil olan ən əsas nitq hissəsidir. İsim digər nitq hissələrinin, həm də sintaksisdə mövzuların çoxunun mənimsənilməsində böyük rol oynayır.
İsim başqa nitq hissələrinin mərkəzində durur. İsim ərəb mənşəli söz olub (mənbə dildə ism fonetik tərkibdədir), “ad” mənasını ifadə edir. Geniş mənada isim əşya anlayışını bildirən əsas nitq hissəsidir. “Əşya” leksik vahidi də ərəb mənşəlidir və “şeylər” anlayışını ifadə edir. Başqa nitq hissələri isim olmasa, izah edilməz. Çünki əşya olmasa, onun əlamət və keyfiyyətindən, kəmiyyətindən danışmaq mümkün deyil. Ona görə də isim digər nitq hissələrinin mərkəzində dayanır.
İsimlər bizi əhatə edən bütün maddi və mənəvi varlıqların, mücərrəd anlayışların adlarını bildirən sözlərdir. Bu baxımdan isimləri aşağıdakı leksik məna qruplarına bölmək olar:
1) Canlı varlıqların adlarını bildirənlər: a) şəxs adı bildirənlər – rəsmi ad və soyadları. Bunlar xüsusi isimlər adlanır, dövlət sənədi ilə təsdiq olunur: Alı, Arzu, Əşrəf, Tahir və s.
b) insanlar arasında ictimai və ailə münasibətlərini, qohumluq əlaqələrini bildirir və dəyişkən olur: ata, xala, ana, bacı və s.
c) peşə, vəzifə, dərəcə, rütbə, elmi adları bildirənlər: həkim, mühəndis, müəllim, professor, direktor, mayor, general və s.
2) Digər canlı varlıqların adlarını bildirənlər: ceyran, dəvə, quş, qoyun, at və s.
3) Bədən üzvlərinin adlarını bildirənlər: üz, qaş, dodaq, baş, göz, ayaq və s.
4) Cansız varlıqların adlarını bildirənlər: qələm, kitab, torpaq, stol, pəncərə və s.
5) Təbiət və ictimai hadisələrin adlarını bildirənlər: boran, yağış, tufan, ildırım, inqilab, zəfər, qələbə, işğal, müharibə və s.
6) Zaman anlayışını bildirənlər: həftə, ay, il, gün, vaxt, zaman və s.
7) Əlamət, keyfiyyət, hərəkət adlarını bildirənlər: yaxşılıq, gözəllik, təmizlik, döyüş, qaçış, xəstəlik və s.
8) Coğrafi yer və ərazi adlarını bildirənlər: küçə, şəhər, kənd, meydan, dağ, dərə və s.
9) Müxtəlif elm adlarını bildirənlər: dilçilik, fəlsəfə, tibb, riyaziyyat və s.
Lüğəvi mənasına görə bir-birindən fərqlənən isimlər kim?, nə?, bəzən də hara? sualına cavab verir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin