3) Səbəb və məqsəd bildirir:Vətən uğrunda vuruşmaq... 4) Hal-vəziyyətin icra tərzini bildirir: məcazi mənada vermək, elmi şəkildə əsaslandırmaq.
Çıxışlıq hallı feli birləşmə. Belə feli birləşmənin 2-ci tərəfi prosesin adını, 1-ci tərəf isə hərəkətin kimdən, haradan və nədən yönəldiyini göstərir: kitabdan köçürmək, Anardan soruşmaq, dağdan enən Və s. Bu birləşmənin tərəfləri arasında aşağıdakı məna münasi-bətləri var: 1) Obyekt münasibəti: 1-ci tərəf əşyanın maddi əsasını, hansısa bir şeydən, hadisədən uzaqlaşdığını, kimdən və nədən söhbət getdiyini bildirir: gümüşdən düzəldilmiş, daşdan hazırlanan, ailəsindən ayrılmaq, rəfiqəsindən gileylənmək, qardaşından söhbət açmaq və s. 2) Məkan münasibəti: dağdan enmək, şəhərdən qayıtmaq, məktəbdən çıxmaq. 3) Zaman münasibəti : cavanlıqdan öyrənmək, beşikdən tərbiyə etmək və s. 4) Səbəb münasibəti: sevincdən ağlamaq, utandığından qızarmaq və s.
Qoşmalı feli birləşmə. Belə birləşmələrdə 1-ci tərəf müstəqil sözlə qoşmadan, 2-ci tərəf isə felin təsriflənməyən formalarından ibarət olur. Bu cür formalaşan feli birləşmələrin bəzilərini nəzərdən keçirək: 1) Qoşma tərəflər arasında əlaqələndirici vasitə kimi çıxış edir, ayrı-ayrı sözlərin söz birləşməsi kimi formalaşmasına kömək edir, fellə yiyəlik hal arasında əlaqə yaradır. Məs: quş kimi süzmək, yay kimi dartınan, sənin üçün ölmək, onun kimi oxumaq və s. 2) Qoşmalar feli birləşmənin tərəfləri arasındakı məna əlaqələrin daha qabarıq şəkildə ifadə edilməsinə, fikrin dürüst anlaşılmasına imkan yaradır: günortadan yatmaq _ günortadan bəri yatmaq, məktəbə getmək_məktəbə sarı getmək və s. 3) Qoşmalar tərəflərin məna əlaqəsinin yaranmasında ən əsas amil kimi iştirak eydərək, həmin əlaqələri reallaşdırir. Məs: sənin üçün getmək, sənin kimi getmək, səninlə getmək, sənin qədər getmək və s. Qoşmaları dəyişdirməklə yeni məna əlaqəsi yaranırsa, qoşmanı eynilə saxlamaqla birləşmədə edilən dəyişiklik də birləşmənin mənasına təsir edir, tərəflər arasındakı əlaqəni dəyişir.Məs.: evə qədər getmək, axşama qədər gözləmək, dəniz qırağı ilə gedən, Arzu ilə gedən, qələm ilə yazmaq və.s Qoşmalı birləşmələrin 1-ci tərəfləri ismin əsasən adlıq, yiyəlik, yönlük və çıxışlıq halları ilə ifadə edildiyindən 4 qrupa ayrılır: 1) 1-ci tərəfi adlıq halda işlənənlər; 2) 1-ci tərəfi yiyəlik halda işlənənlər; 3) 1-ci tərəfi yönlük halda işlənənlər; 4) 1-ci tərəfi çıxışlıq halda işlənənlər. 1-ci növ birləşmələrin 1-ci tərəfi əvəzliklə ifadə olunmur, xüsusən şəxs əvəzliyi ilə, 2-ci növ birləşmələrin 1-ci tərəfləri yalnız əvəzliklə, 3-cü və 4-cü növ birləşmələrin 1-ci tərəfləri isə hallana bilən bütün sözlərlə ifadə olunur və müxtəlif məna variantları yaradır.