Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə169/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   165   166   167   168   169   170   171   172   ...   189
2019-04-25 12-07-55

həm, həm də bağlayıcısı. Qız həm qorxudan sərsəmləmişdi, həm də soyuqdəymə ciyərinə işləmişdi (B.Bayramov).

  • nə, nə də bağlayıcısı. Nə anam dillənir, nə də mən düşüncələrimi dağıtmaq istəyirdim (B.B.).

  • ya, ya da bağlayıcısı. Bu evdə ya sənin anan qalmalıdır, ya da mən getməliyəm.

  • yoxsa bağlayıcısı. Bu əhvalatdan kimsənin duyuq düşməsinə imkan verməyin, yoxsa ca

    Tabesiz mürəkkəb cümlələrin quruluş növünə müxtəlif tərkib hissələrinə aid ortaq sözün və yaxud cümlə üzvünün olub-olmaması da təsir edir. Bu da tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini müəyyənləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.
    Tərkib hissələri üçün ortaq söz və cümlə üzvü olan tabesiz mürəkkəb cümlələr; Ən çox işlənən ortaq üzvlər zərflikdir, qismən tamamlıq və təyindir. Məsələn, Düzün ortasında (ortaq yer zərfliyi) fit verildi, səs bir də təkrar olundu, qatar xırp dayandı (M.C). Yay gələndə (ortaq zaman zərfliyi) bağlarda həyat qaynayır, cal-cağır səsi ətrafı bürüyür, şən qəhqəhələr duyğuları qanadlandırır. Birdən (ortaq tərzi-hərəkət zərfliyi) qulaqbatırıcı gurultu eşidildi, ayaqlarımızın altında yer titrədi. Onun istisindən (ortaq səbəb zərfliyi) çöllərin otu quruyur, biçilib qurtarmamış zəmilərin sünbülləri vağanıyıb yerə tökülürdü. Oxumaq üçün (ortaq məqsəd zərfliyi) mən Londona getdim, qardaşım isə Bakıda qaldı.
    Ortaq ara sözlər və ədatlar.
    Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında ortaq sözlərdən ədat, ara söz çoxluq təşkil edir. Məsələn, Deyirəm, bəlkə, duman çəkildi, aydınlıq oldu.(B.B) Yalnız bu qaranlıq mühitdə 12 yaşlı bacısı onu sevir, qardşı Cəlal ona hörmət edirdi.
    Bundan əlavə, ortaq şəkilçilər də tərkib hissələrin əlaqəli olmasını təmin edir. Məsələn, Mal-qara özünü kölgəliyə verib göyşəyir, quşlar budaqlarda gizlənir, itlər dilini bir qarış çıxararaq ləhləyirdi. Bu misalda hekayə forması şəkilçisinin sonuncu kompenentdə iştirak edərək bütün kompenentlər üçün ortaq olması həmin komponentlərin əlaqəsini formalaşdırır.
    Zaman uyuşması. Tabesiz mürəkkəb cümlənin komponentlərinin əlaqələnməsində zaman uyuşmasının da müstəsna əhəmiyyəti vardır. Birinci komponentdə xəbərlər hansı zamanla ifadə olunursa, sonrakı komponentlərin xəbərləri də zamanca əvvəlkinə uyğun olur. Nümunələrə nəzər salaq: Gah peşəkar artistlər tamaşa göstərir, gah da özfəaliyyət kollektivləri çıxış edir (indiki zamana görə uyuşma). Bir azdan saciçi hazır oldu, üstünə qatıq töküb qonaqlara göndərdilər (şühudi keçmiş zamana görə uyuşma). Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar (qeyri-qəti gələcək zamana görə uyuşma). Aca doqquz yorğan örtüblər, yenə yuxulaya bilməyib (nəqli keçmiş zamana görə uyuşma) və s.

    Yüklə 319,77 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   165   166   167   168   169   170   171   172   ...   189




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin