Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə171/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   167   168   169   170   171   172   173   174   ...   189
2019-04-25 12-07-55

Baş və budaq cümlə: Qeyd etdik ki, tabeli mürəkkəb cümlənin tərkib hissələrini təşkil edən sadə cümlələr mənaca bərabərhüquqlu olmur. Həmin cümlələrdən biri məsteqil, o biri (və ya o biriləri ) isə ona tabe olur. Tabe edən baş cümlə, tabe olan isə budaq cümlə adlanir. Bas cümlə qrammatik vəziyyətə gorə sərbəst olduğundan budaq cümləni qrammatik cəhətdən özündən asılı edir. Bu asılılıq hamsında eyni dərəcə olmur. Bu cəhətdən tabeli mürəkkəb cümlələri 3 qrupa bölmək olar: 1) Analitik tipli tabeli murəkkəb cümlələr. 2) Sintetik tipli tabeli murəkkəb cümlələr. 3) Analitik – sintetik tipli murəkkəb cümlələr.
Analitik tipli tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə tabelilik bağlayıcıları ilə bağlanır və tabelilik o qədər də qüvvətli deyil. Sintetik tipli tabeli mürəkkəb cümlələrdə budaq cümlənin baş cümlədən asılılığı daha qüvvətli olur, yalnız şəkilçilərlə bağlanır: (-sa2, -mi4).
Analitik - sintetik tipli tabeli mürəkkəb cümlələrin budaq cümlələri baş cümləyə bağlılığı analitik tiplilərə nisbətən qüvvətli, sintetik tiplərə nisbətən zəif olur. Bu tipli tabeli mürəkkəb cümlələrin baş cümləyə bağlayıcı sözlər və şəkilçilərlə bağlanması həmin cümlələrin formal cəhətdən ən səciyyəvi xüsusiyyətidir. Budaq cümlənin baş cümlədən asılılığının qüvvətli və ya zəif olmağından asılı olmayaraq, o, baş cümləyə xidmət göstərir. Ya baş cümlədə buraxılmış hər hansı bir üzvün yerində işlənir, ya baş cümlədə əvəzliklə ifadə olunmuş hər hansı bir üzvü izah edir, ya da ümumilikdə baş cümlənin ümumi məzmununa aid olur. Məsələn, 1) Həqq bilir, sözümə hiylə qatmazam mən (S. I. Xətai ). 2) Hamıya aydın oldu ki, Mustafa atasını aldadırmış. 3) Hansı gülü istəyirsənsə, o gülü də götür. Birinci tabeli mürəkkəb cümlədə baş cümlə “ nəyi bilir? “ sualını tələb edir və budaq cümlə həmin sualın cavabını ödəyir, yəni baş cümlədə buraxılmış tamamlığı əvəz edir. İkinci cümlədə “nə aydın oldu?” sualını tələb edir və budaq cümlə həmin sualın cavabını ödəməklə baş cümlədə buraxılmış mübtədanın yerində işlənir. Üçüncü nümunədə baş cümlə ( o gülü götür ) ” hansı ? sualını ” tələb edir. Əslində həmin sualın cavabını “o “ işarə əvəzliyi verir və təyin kimi işlənir. Lakin “gülü “ tamamlığının əlavə izahata ehtiyacı duyulur. Budaq cümlə “ o “ işarə əvəzliyi ilə ifadə olunmuş təyini izah edir, aydınlaşdırır.
Bu misallardan aydın olur ki , budaq cümlə qrammatik cəhətdən baş cümlənin bir üzvü vəzifəsini daşıyır. Budaq cümlələri sadələşdirməklə də onun hansı cümlə üzvü vəzifəsini daşıdığını asanlıqla müəyyənləşdirmək mümkündür. Onlar sadələləşdirilirkən feli tərkiblərə çevrilir. Feli tərkiblərlə budaq cümlələr sintaktik sinonimlik yaradır. Lakin feli tərkiblərdə predikativlik, cümlə intonasiyasi və fikir bitkinliyi olmadığından cümlə kimi yox, söz birləşmələri kimi fəaliyyət göstərir.
Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrin bütöv bir fikir ifadə etməsi üçün tabelilik əlaqəsində birləşməsi zəruridir. Sadə cümlələr arasında tabelilik əlaqəsi isə müxtəlif vasitələrlə formalaşır. Həmin vasitələr aşağıdaılardır: 1) Tabelilik bağlayıcıları. Tabelilik bağlayıcıları yalnız baş və budaq cümlənin arasında deyil, baş və budaq cümlənin içərisində işləndikdə də özünün bağlayıcı vəzifəsini yerinə yetirir. Tabelilik bağlayıcıları səbəb, şərt, aydınlaşdırma və güzəşt bağlayıcılardır: ki , çünki, ona görə, onun üçün, indi k, madam ki, buna görə, bunun üçün, madam ki, bir halda ki və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin