I Mənsubiyyət kateqoriyası
II Xəbərlik kateqoriyası
III Kəmiyyət kateqoriyası
1- Bu kateqoriyanın şəkilçiləri bəzən abstraktlığı nisbətən konkretləşdirir.
2- İki söz arasında atributiv əlaqə yaradır.
3- Bu kateqoriya məzmunca cümlənin əsas hökmünü ifadə edir.
4- Bu kateqoriyanın yaranması üçün həmişə iki sözün bir tərkib halında işlənməsi şərt deyildir.
5- Bu kateqoriyanın şəkilçiləri əşya ilə şəxs arasında münasibət yaradır.
6- Bu kateqoriyanın şəkilçiləri hər hansı bir nitq hissəsinin hansı şəxs ilə ifadə olunduğunu müəyyənləşdirir.
7- Bu kateqoriya bəzən ismin təkrarı ilə də yaranır.
A) I 2,4,5; II 3,6; III 1,7
B) I 1,3,5; II 2,6; III 4,7
C) I 4,5,6; II 1,3; III 2,7
D) I 3,7; II 1,2,4; III 5,6
E) I 1,4,7; II 5,6; III 2,3
7. Azərbaycan dilində qrammatik məna bir sıra vasitələrlə ifadə olunur. Biri yanlışdır.
A) Hal və zaman şəkilçiləri ilə
B) Sözlərin sırası vasitəsilə
C) Vurğu vasitəsilə
D) Leksik şəkilçilər vasitəsilə
E) Köməkçi sözlər vasitəsilə
8. Hansı bənddəki şəkilçilər Azərbaycan dilində qrammatik məna yaratmır? Düzgün bəndi göstərin.
A) –da2,- dan2
B) -dı4, - ır4
C) -kı4, -cıl4
D) -əm2, -sınız4
E) -lar2, -dır4
9. Sözün qrammatik mənası haqqında verilən fikirlərdən biri yanlışdır.
A) Sözün qrammatik mənası leksik mənaya nisbətən sözlər arasındakı əlaqəni göstərə bilmir.
B) Qrammatik məna sözlərin bir-biri ilə əlaqəsini göstərir.
C) Sözün qrammatik mənası digər sözlərlə əlaqəyə girərkən kəsb etdiyi əlavə mənalara deyilir.
D) Qrammatik məna nitqdə sözün anlaşılmasını dəqiqləşdirir.
E) Qrammatik məna danışan şəxsin haqqında danışdığı əşya və ya hadisəyə münasibətini bildirir.
10. Qrammatik mənanın sintaktik ifadə vasitəsinə nə aiddir?
1- sözlərin bir-birinə yanaşması
2- şəkilçilər
3- intonasiya
Dostları ilə paylaş: |