Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə38/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • Gözəl
III Mövzu: Sifət. Say
Plan:

      1. Sifət haqqında ümumi məlumat

      2. Sifətin qiriluşca növləri

      3. Sifətin dərəcələri

      4. Sifətin substantivləşməsi

      5. Say haqqında məlumat

      6. Sayın məna növləri

Nitq hissələri arasında sifətin xüsusi yeri vardır. Sifət dilin lüğət tərkibinin zənginləşməsində, poetik təfəkkürün inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir.Sifət Azərbaycan dilçilik ədəbiyyatında ən geniş tədqiq olunmuş nitq hissəsidir. Azərbaycan dilində əsas nitq hissələri içində sifət öz işlənmə dərəcəsinə və zənginliyinə görə isim və feildən sonra əsas yerlərdən birini tutur. Sifətin əsas xüsusiyyəti onun cümlə daxilində bir isimlə yanaşı işlənməsidir. Yəni əşya yoxdursa, onun hansı əlamət və keyfiyyətindən söz açmaq olar? Deməli, sifət əşyanın əlamət və keyfiyyətini bildirir, isimlə (əşya ilə) bağlı olur, aralarında yanaşma əlaqəsi vardır, əşyadan qabaq gələrək, onu izah edir. Bir nitq hissəsi kimi sifətin özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar sifəti digər nitq hissələrindən fərqləndirir. Sifətin özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:


1. Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas cəhət onun leksik-qrammatik mənasıdır;
2. Sifət necə?, nə cür?, hansı? suallarına cavab verir;
3. Əşyanın əlamət və keyfiyyətini bildirməklə daha məhdud məna qruplarını da əhatə edir;
4. Sifət öz lüğəvi məna və məzmununu qoruduğu zaman hal və kəmiyyət kateqoriyasının əlamətlərini qəbul etmir;
5. Sifətin formal əlamətlərindən biri də onun dərəcələrə malik olmasıdır;
6. Sifətlər öz lüğəvi məna və məzmununu qoruduğu zaman cümlədə təyin və ismi xəbər vəzifəsini icra edir. Məs.: Qubad əmim ucaboylu, enlikürəkli, ayağı çarıqlı bir kəndli idi. Xəlsə nənənin əri rəhmətə gedəndə uşaqları balaca imiş.(İ. Əfəndiyev.) Kür qırağı sərindir, Girmə, içi dərindir. Oğlanı dərdə salan Bir ala göz gəlindir. (Bayatı) Bu bağda bar şirindir, Heyvadan nar şirindir... (Bayatı)
Sifətin bu cür özünəməxsus əlamətlərinə baxmayaraq, başqa nitq hissələrindən təcrid edilmiş halda öyrədilə bilməz. Ona görə ki, isim, say, zərf, feli sifət, qoşma sifətlərlə bir çox cəhətdən yaxınlıq yaradır. İsim və sifəti yaxınlaşdıran cəhət onların hər ikisinin cümlədə təyin olmasıdır. Lakin sifətin təyin vəzifəsində çıxış etməsi onun əsas xüsusiyyətidir. İsmin təyin rolunda çıxış etməsi isə bir sıra xarakterik hallarla bağlıdır (Bax: adlıq hal və xüsusiyyətləri).
Sifətə yaxın olan nitq hissələrindən biri də saydır. Sifətlər kimi saylar da təyin edir, ikisi də substantivləşir, xüsusən sıra sayları və hansı? sualına da məhz o cavab verir. Hər ikisi isimlə bağlıdır: gözəl qız – beş qız; maraqlı kitab – iki kitab və s.
Sifətlər zərflərlə, qoşmalarla, feli sifətlərlə də yaxınlıq yaradır.
Dilimizdə mövqeyindən, əlaqəyə girdiyi sözün təsirindən asılı olaraq sifət, zərf kimi işlənən yaxşı, gözəl, iti, doğru, yaxın, uzaq, pis, əyri, cəld, iti; bəzən həm sifət, zərf, modal söz kimi işlənən yaxşı, düz; bəzən də sifət və qoşma kimi işlənən doğru, ayrı, başqa, əlavə, sarı, qeyri; bəzən də həm sifət, həm də feil kimi işlənən sarı kimi sözlər vardır. Nümunələrə nəzər salaq: Həccə doğru varmayan hacı degil, Doğru söz doğrulara acı degil. (İ.N.) Var doğru yazmağa madam ki, imkan, Neçin gəlsin gərək ortaya yalan? (N.G.) Yorğanı çiyninə çəkib, kürəyini ona doğru çevirdi. (İ.Ş.) O, köksünü ötürüb ağır-ağır qaranlıq daxmaya doğru irəlilədi. (İ.Ş.) Yaxşı igidin adını eşit, üzünü görmə. (A.sözü) Yaxşı igid yaman etməz adını... (A.Ə.) Yaxşı, a molla, bir de görüm, mən deyən oldu, olmadı? (M.Ə.S.) Gözəl qız, sən saf susan, İki qəlb arzususan. (Ə.K.) Məni səndən gözəl bilən, tanıyan, Varmı, ey xaliqi-zəminü zaman! (H.Cavid) Birinci cümlədə doğru sözü sifətdir, isimlə (söz) əlaqəyə girib, hansı? (necə? nə cür?) sualına cavab verir, cümlədə təyindir. İkinci cümlədə doğru sözü feilin təsriflənməyən forması olan məsdərlə (yazmağa) əlaqəyə girib necə? (nə cür?) sualına cavab verir, hərəkətin necə icra edildiyini, yəni tərzini bildirir. Həm də ona hansı? sualını vermək olmur. Bir fərqi də budur. Üçüncü və dördüncü nümunədə yönlük halda olan sözlərlə (ona, daxmaya) əlaqəyə girərək istiqamət məzmunu yaradan doğru sözü qoşmadır. Beşinci, altıncı nümunələrdə yaxşı sözü isimləşmiş sifətlə (igid) yanaşı gələrək onun keyfiyyətini bildirir, sifətdir. Yeddinci nümunədə isə yaxşı sözü başqa sözlərlə sintaktik əlaqəyə girmir, cümlədə danışanın ifadə etdiyi fikrə münasibət bildirir, modal sözdür. Səkkizinci cümlədə gözəl sözü “qız” isminə aiddir, onun əlamətini bildirir, sifətdir. Doqquzuncu cümlədə isə gözəl sözü feli sifətlə əlaqələnib və zərfdir.
Və yaxud:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin