Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə56/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   189
2019-04-25 12-07-55

Qeyri-müəyyən əvəzlik. Bu əvəzliklər əşya və onun əlaməti haqqında ümumi, nisbi anlayış verir. Daha doğrusu, cümlə daxilində konkret olmayan şəxsin və ya əşyaların əvəzində işlənir. Qeyri-müəyyən əvəzliklər müxtəlif şəkildə düzəlir:
1. Kim, nə əvəzliklərinə isə (-sa,-sə), hər sözünü əlavə etməklə: kimsə, kim isə, hər kimsə, hər kim, nə isə, hər nə, hər nə isə;
2. Kim sözünə mənsubiyyət şəkilçisi artırmaqla: kimi, kimisi;
3. Bir sözünə mənsubiyyət şəkilçisi artırmaqla: biri, birisi;
4. Çox sayına mənsubiyyət şəkilçisi artırmaqla: çoxu, çoxusu (ları) və s.
Dilimizdə hamı, hamısı, hər kəs, bir kəs, filankəs, bəzisi, bəziləri, hərə, hərəsi və s. kimi qeyri-müəyyən əvəzliklər işlənir.
Qeyri-müəyyən əvəzliklər ismi qeyri-müəyyən şəkildə əvəz edir. Bu əvəzliklərdən bəziləri isimlər kimi hallanır, cəmlənir və mənsubiyyətə görə dəyişir. Məs.: hamı (-nın, -ya, -nı, -da ,-dan); hər kəs (-in, -ə, -i, -də, -dən). Kim isə, nə isə qeyri-müəyyən əvəzlikləri hallanmır.
İnkar əvəzliyi. “ İnkar əvəzlikləri əşyanın, əlamətin, kəmiyyətin, xüsusiyyətin olmadığını, qeyri-real olduğunu bildirir. ” Bu əvəzlik heç sözünün kim, kəs, nə, bir şey sözləri ilə birgə işlənməsindən əmələ gəlir: heç kim, heç kəs, heç nə, heç bir şey, kimsə və s. Kimsə əvəzliyi həm qeyri-müəyyən əvəzlik, həm də inkar əvəzliyi kimi işlənə bilir. Məs.: Yucalardan yucasan! Kimsə bilməz necəsən, görklü Tanrı! (KDQ) Kimsə bilməz Tanrıdağın yaşını, Duman almış Altayların başını. (A.İ.) İnkar əvəzlikləri daha çox isimləri əvəz edir, isimlər kimi hallanır, mənsubiyyətə görə dəyişir, bəzən də ismi birləşmə tərkibində işlənir. Məs.: Onun kim olduğunu heç kəs bilmirdi. (İ.Ş.) Bir allah bəndəsi bilir ki, Gülnisə heç kəsin toyuğuna kiş deməyib. Heç kəsin pis gününü istəməyib. (İ.Ə.) Bir sən ol, bir mən, bir uçuq kaha, Heç nə istəmirəm taledən daha. (N.K.) Əhməd qəmli-qəmli başını buladı: Mənim heç kimim yoxdur, yetiməm. (İ.Ş.) Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. (İ.Ş.) Onların heç birini görmək istəmirəm (danışıqdan).

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin