Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə5/35
tarix17.09.2022
ölçüsü95,49 Kb.
#63746
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35
PNT-magistr-I-kursFənn-PEDAQOJI-ETIKA-İ.Əliyev

Pedantizm nüfuzu. Hər bir kiçik nöqsanı qabartmaq, şagirdə irad tutmaq nəticəsində qazanılan nüfuzdur. Şagirdin hər bir hərəkətini lazımsız qanuni çərçivəyə salıb, onlarda özünəinamı azaltmaqla müşayət olunur.
Nəsihət nüfuzu. Öz şagirdlərinin nüfuzunu qazanmaq istəyən pedaqoqlar bəzən uzun-uzadı nəsihətlər yolunu seçərək belə hesab edirlər ki, əsil nüfuz qazanmağın yeganə yolu budur.
Zahiri xeyirxahlıq nüfuzu. Adətən, müəllimlik fəaliyyətinə yeni başlayanlarda pedaqoji təcrübənin azlığı səbəbindən yaranır. Lazımi səviyyədə ciddilik və tələbkarlıq olmadığından şagirdlər müəllimin, göstərişlərinə biganə qalır, onun xahişlərinə gülürlər.


Yoxlama sualları və tapşırıqlar

  1. “Etika”, “mərifət”, “əxlaq”, “pedaqoji etika” anlayışları arasında necə əlaqə vardır? Onların ümumi cəhəti nədir?

  2. “Pedaqoji etika”nın predmeti, vəzifələri, funksiyaları, əsas tədqiqat metodları hansılardır?

  3. Etik – pedaqoji fikrin inkişaf tarixini göstərin.

  4. Pedaqoji etikanın kateqoriyaları hansılardır?

  5. Robinzon Kruzonun insan ayağı dəyməyən adada əxlaqi prinsiplərə əməl etməsi zəruri idimi? Əsaslandırın.

  6. Peşə mərifətinin funksiyaları hansılardır? Peşə etikasının mahiyyəti nədir?

  7. Belə bir fikir vardır ki, kim ki xeyirxahdır, o həm də paxıllıqdan, qorxudan azaddır. Əksinə fikir də doğrudurmu: kim bunlardan azaddırsa, xeyirxahdır.



II MÖVZU. PEDAQOJİ ETİKANIN MÜASİR PROBLEMLƏRİ
Plan.

  1. Tərbiyə prosesinin humanistləşdirilməsi: problemlər və ziddiyyətlər.

  2. Uşaq hüquqlarına dair normativ-hüquqi sənədlər.

  3. Şagirdlərin insan hüquqları ruhunda tərbiyəsi.

Ədəbiyyat

  1. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009

  2. Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013

  3. Uşaq hüquqları barədə BMT Konvensiyası. Bakı, 2002

  4. Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin