Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak


Müh. 8. Qiymətləndirmənin nəticələrində müxtəlifliyin subyektiv səbəbləri



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

Müh. 8. Qiymətləndirmənin nəticələrində müxtəlifliyin subyektiv səbəbləri 

 

Müh. 9.  Ekspert  qiymətləndilməsində  etalon  sırasının tərtibi 



 

Müh. 10.  Ekspertlərin  fərdi xüsusiyyətlərinin qiymətləndirilməsi 

 

Müh. 11. Ekspert məlumatlarının uzlaşmasının təhlili 

 

 

 

Mühazirə mətnlərini hazırladı: “Qida mühəndisliyi və ekspertiza” 

kafedrasının baş müəllimi   

Simuzər Səyyad qızı Fərəcova.

 


        

Müh. 1. İSTEHLAK  MALLARININ  KEYFİYYƏT 

EKSPERTİZASI  METODLARI. İSTEHLAK MALLARININ 

EKSPERTIZASININ OBYEKT VƏ SUBYEKTLƏRI. 

 

Mühazirənin planı : 

1.

 

İstehlak  mallarinin  keyfiyyət ekspertizasi  metodlari 

2. Ekspertizanın  obyekti 

3. Keyfiyyət sıralanması 

4. Təhlükəli  məhsul 

5. Ölçü dərəcələri 

6. Ekspertizasının  subyektləri 

7. Ekspertin müstəqilliyi, səriştəliliyi, iş təcrübəsi, şəxsi  keyfiyyəti 

8. Ekspertin  subyekləri 

 

            



Malların keyfıyyəti arası kəsilmədən yüksəldilməli və cəmiyyətin hər bir 

inkişaf dövrü üçün optimal texniki-iqtisadi səviyyəyə malik olmalıdır. Malların 

keyfiyyəti nisbi xarakter daşıyır və istehlak şəraitinə, təyinatına görə oxşar olan 

əşyaların müqayisəsi zamanı dərk edilir və onu təşkil edən xassələr kimi kəmiyyət 

göstəricilərilə ifadə edilə bilər. Quraşdırma və istehsal prosesində malların 

keyfıyyətinin formalaşmasının öyrənilməsi, keyfıyyət göstəricilərinin və keyfıyyət 

səviyyəsinin təyin edilməsi əmtəəşünaslığın mühüm vəzifəsidir. Odur ki, malların 

keyfıyyəti, eləcə də onların istehsal dəyəri kimi yalnız texniki kateqoriya hesab 

edilmir. 

       Tədavül sferasında çalışan istehlakçılara yaxın olan əmtəəşünaslar mala olan 

tələbləri ümumiləşdirməli, istehlakçıların marağını qorumalı, malların 

keyfiyyətinin yüksəidilməsinə və çeşidinin yeniləşməsinə çalışmalıdırlar. 

Əmtəəşünas istehsala təsir göstərməklə istehsalla istehlak arasında sıx əlaqə 

yaratmalıdır. Bu məqsədə nail olmaq üçün əmtəəşünaslıq həm bir elm kimi və həm 

də tədris fənni kimi aşağıdakı məsələləri həll etməlidir: 



əmtəənin istehlak dəyərini yaradan əsas xassələrin müəyyənləşdirilməsi; 

əmtəəşünaslığın elmi əsasını təşkil edən prinsip və üsulların dəyişdilməsi; 



- semərəli təsnifləşdirmə ve kodlaşdırma üsullarından istifadə etməklə əmtəə 

çoxluğunun    sistemləşdirilməsi; 

- sənaye və ticarət müəssisələrinin çeşid istifadəsini təhlil etmək məqsədilə    

əmtəələrin xassələnnin və çeşid əlamətlərinin öyrənilməsi; 

çeşidin idarə edilməsi; 



 - əmtəələrin istehlak xassələri və göstəriciləri nomenklaturasının təyin edilməsi; 

konkret mal növlərinin əmtəəşünaslıq xarakteristikasının verilməsi və s. 



      İlkin layihələşdirmə mərhələsində gələcək məmulat fərziyyəyə əsaslanan 

istehlak dəyərinə malik olur. Layihə və texnikanın qabaaqcıl nəaliyyətlərinə uyğun 

olmaqla. Perspektiv dünya nümunələri səviyyəsinə cavab verməlidir. 

      Istehsal mərhələsində məmulatın verilmiş layihəsi hazır məhsuluna çevrilir. 

Burada layihənin fərziyyəyə əsaslanan istehlak dəyərini məmulatın istehlak 

dəyərində ifadə etmək vacibdir. 

Əmtəəşünas istehsala təsir göstərməklə istehsalla istehlak arasında sıx əlaqə 

yaratmalıdır. Bu məqsədə nail olmaq üçün əmtəəşünaslıq həm bir elm kimi və həm 

də tədris fənni kimi aşağıdakı məsələləri həll etməlidir: 

əmtəənin istehlak dəyərini yaradan əsas xassələrin müəyyənləşdirilməsi; 



əmtəəşünaslığın elmi əsasını təşkil edən prinsip və üsulların dəyişdilməsi; 

- semərəli təsnifləşdirmə ve kodlaşdırma üsullarından istifadə etməklə əmtəə 

çoxluğunun    sistemləşdirilməsi; 

- sənaye və ticarət müəssisələrinin çeşid istifadəsini təhlil etmək məqsədilə    

əmtəələrin xassələnnin və çeşid əlamətlərinin öyrənilməsi; 

      Şəxsi istehlak üçün olan məmulatlar tələbi ödəmə xarakterindən asılı olaraq iki 

qrupa bölünür: 

ərzaq və ya qeyri-ərzaq 

(sənaye) malları, buna görə də 

əmtəəşünaslıq iki müstəqil ərzaq malları əmtəəşünaslığı və qeyri-ərzaq malları 

əmtəəşünaslığı tədris fənnlərinə ayrılır. 

       Istehlak malları - istehlakçı tərəfindən realizə olunan və onun şəxsi məqsədləri 

üçün istifadə etdiyi 

mallara deyilir. Lakin, belə adlandırılma şərtidir, çünki eyni 



mal müxtəlif istehlakçıarda eyni məqsəd üçün istifadə oluna bilər. 

      Ərzaq mallarının keyfiyyəti dedikdə- onların öz təyinatlarına uyğun olaraq

müəyyən istehlak tələblərini təmin etmək yararlığını şərtləndirən xüsusiyyətlərin 

cəmi nəzərdə tutulur. 

Ticarətdə isə

, malların bütün normativ-texniki sənədlərin 

tələblərinə uyğunluğu keyfiyyət adlandırılır. 

Malların bir və ya bir neçə 

xüsusiyyətlərinin cəminə keyfiyyət göstəricisi deyilir.

 

       Ərzaq mallarının keyfiyyəti onun vahid və kompleks göstəriciləıinə görə 



qiymətləndirilir. Keyfiyyətin vahid göstəricisi onun bir, kompleks göstəricisi isə 

bir neçə xüsusiyyətini əhatə edir. Məsələn: kərə yağında «rəng» göstəricisi vahid 

göstərici, «konsistensiyası və xarici görünüşü» isə kompleks göstərici hesab edilir, 

belə ki, bu göstərici bircinslilik, plastiklik, sıxlılıq, kəsim səthinin vəziyyəti və s. 

kimi xüsusiyyətlərini özündə birləşdirir. Bəzi hallarda məhsulun keyfiyyəti onun 

hər hansı bir təyin edici göstəricilərinə görə qiymətləndirilir. 

      Üstünlük əmsalı─ məhsula verilən keyfiyyət göstəricilərinin başqa göstəricilər 

arasında miqdarca daha üstün xüsusiyyətlərə malik olduğunu göstərir. 

      Keyfiyyət səviyyəsi 

─ keyfiyyəti qiymətləndirilən  malların keyfiyyət 

göstəricilərinin normativ sənədlərdə nəzərdə tutulan əsas, fundamental keyfiyyət 

göstəriciləri ilə müqayisəli qiymətləndirilməsidir. 

      Bütün normativ-texniki sənədləşməyə uyğun gələn məhsullar yararlı sayılırlar. 

Məhsulun təyin edilmiş tələblərə hər hansı bir uyğunsuzluğu qüsur sayılır. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin