Təhlükəli məhsul
– aradan qaldırılması mümkün olmayan qüsurlu
məhsullardır ki, onların istifadəsi həyat ü2çün ,istehlakçının sağlamlığı üçün ,
əmlak üçün və eləcə də ətraf mühit üçün zərərli ola bilər.
Təhlükəli məhsulların içindən ən təhlükəliləri seçilir, standart dərəcələrə
ayrılır, belə ki, bunlar mövcud standartların tələblərinə uyğun gəlir.
Potensial təhlükəli mallar – istehlakçı üçün təhlükəli olan və ya istifadə
zamanı ətraf mühit
üçün zərərli maddələr buraxan mallardır.
Potensial mallar özündə bir çox ərzaq və qeyri-ərzaq mallara cəmləşdirir.
Qeyri - potensial mallara alkoqollu içkilər, tütün məmulatları, avtomobillər (dəm
qazı). Standart mallar mal növlərinə, marka, nömrə, mürəkkəblik dərəcələrinə
bölünür. Belə bölünmələri yalnız ekspert təyin edə bilər.
Ölçü dərəcələri –
müəyyən ölçüləri ilə fərqlənən mal kateqoriyalarıdır. Ölçü
dərəcələri uzunluğu, diametric, kütləsi ilə xarakterizə olunur. Ölçü keyfiyyət
kateqoriyalarının göstəricisi kimi qəbul edilir və ya çox vaxt malın, çeşidin
qiymətini, eləcə də istehlakçıların seçimini müəyyənləşdirir. Ayrı-ayrı ərzaq
malları qrupları üçün ( təzə meyvə, tərəvəz, duzlu və turşuya qoyulmuş tərəvəz,
bal, yumurta ) ölçü əsas göstəricilərindən sayılır və mal kateqoriyalarının sortlarını
fərqləndirən əlamətlərindən biridir. Məsələn, əla növ almalar eninə kəsdikdə
diametrlər 60 mm-dən aşağı olmamalıdır: 1 növ – 50 mm, II növ – 45 mm.
Yumurta I-ci kateqoriya kütləsi – 55 qr az olmamalıdır; II – 45 qr, balıqlar
ölçülərinə görə iri, orta və xırda ölçülərə bölünür.
Qeyri-ərzaq malları ( geyim,
ayaqqabı, tikinti materialları) ölçülərinə görə kateqoriyalara bölünür. Alıcı ancaq
özünə lazım olan ölçüdə paltar və ayaqqabı alır, burada ölçü istehlak seçimi kimi
vacib vasitədir. Ekspert şərti işarələri hərtərəfli seçməlidir. İstehlak mallarının
dərəcələrinin təyini ekspert qiymətləndirilməsinin sonuncu mərhələsi hesab olunur.
Qarşıya qoyulmuş məqsədlərə daha dolğun və əsaslı nail olmaq üçün kriteriya
şəklində xassə və göstəricilərin əhəmiyyət dərəcəli seçilə bilər. İstehlak
qiymətləndirilməsində mal partiyalarının xarakteristikaları təyin edilir.
Göstərilən obyektlər ancaq göstərilən əsas xarakteristikalarla ( çeşid,
keyfiyyət, miqdar və qiymət) deyil, həm də müxtəlif səviyyəli qeyri-
müəyyənliklərlə xarakterizə olunur. Bu qeyri-müəyyənlik çox vaxt mal partiyaları
içindən nümunə seçmə metodu tətbiq etməklə alınan nəticədir.
Dostları ilə paylaş: |